İki bacının qan donduran cinayəti Bütün Türkiyəni - TopicsExpress



          

İki bacının qan donduran cinayəti Bütün Türkiyəni dəhşətə salan cinayət hadisəsi baş verib. Teleqraf xəbər verir ki, qan donduran hadisə ötən gün səhər saat 7-də İstanbulda baş verib. Üçüncü həyat yoldaşından boşandıqdan sonra iki qızı ilə yaşayan 39 yaşlı Gülserən Süngü ofisiant işlədiyi kafedən evə gəlib. Bir müddətdən sonra qadının 27 yaşlı qardaşı E.Ş.-nin mobil telefonuna "İbo gələcək, məndən xəbərsiz evə getmə" mesajı gəlir. Bu mesajdan sonra dəfələrlə bacısına zəng edən qardaşın zənginə cavab verən olmur. Bacısından narahat olan E.Ş. evə getdiyində gənc qadını qanlar içində yerdə tapır. Hadisə yerinə gələn polis Süngünün 15 bıçaq zərbəsilə qətlə yetirildiyini görür. Zərbələrin əksəriyyəti qadının ürək nahiyəsinə vurulub. Polis apardığı araşdırmadan sonra şübhəli şəxs qismində Süngülün 17 və 19 yaşı iki qızını həbs edib. Ayrı-ayrılıqda dindirilən iki bacı cinayəti etiraf ediblər: "Anam hər zaman bizim evə tez gəlməyimizi istəyirdi. Əvvəlcə bacımla elektro-şok cihazı aldıq. Anamız səhər evə gələndə ona elektrik verdik. Huşsuz vəziyyətə düşmədiyini görüb cihazla başına vurduq. Tam huşsuz vəziyyətə düşdükdə isə bıçaqladıq". Faktla bağlı araşdırma aparılır.
Posted on: Sun, 15 Sep 2013 17:10:37 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015