İlahiyyatçı alim Tale Bağırzadə ətrafında yaradılan - TopicsExpress



          

İlahiyyatçı alim Tale Bağırzadə ətrafında yaradılan tamaşanı heyrət içində izləyirəm. Ona qarşı iki nəfər danışdırdılar. Onlar T.Bağırzadənin həbsinə görə dövlət orqanlarının binalarını yandırmaq istədiklərini dedilər. Öyrəndiyimə görə, bu iki gənc əslində polisin “şatatlı agentləri” deyillər. “Hicaba azadlıq” şüarı ilə keçirilən aksiyaya görə axrtarışda olanlardı. Onları ələ alıblarmı? Bilmirəm. Daha dəqiqi, bu gənclərin vəhşicəsinə işgəncəyə məruz qoyulub öz iradələri və Tale Bağırzadə əleyhinə ifadə alınmasıdır. Görünür, dözə bilməyiblər. Amma göstərilən süjetdə bir diqqətçəkən məqam daha vacibdir. Hacı Taleni də ötəri - 4-5 saniyəlik göstərdilər. O, pərişan halda gözümə dəydi. Ondan heç bir kəlmə də efirdə səsləndirmədilər. Bu o deməkdir ki, zalımın zəhməti bada gedib, işgəncələrin ağırlığına baxmayaraq Tale Bağırzadədən hətta montaj olunub əleyhinə çevriləcək fikir ala bilməyiblər. Tale Bağırzadə və yanğın təşkilatçısı, narkotik... bunlar bir-birinə o qədər yad şeylərdir ki. Məcazi mənada götürsək, hə, doğrudur, Tale Bağırzadə öz sərrast çıxışları ilə nəinki məmurların mülklərini yandırmağı təşviq edirdi, hətta bu odu onların canına salmışdı da. Azərbaycanda çox az rastlaşan fenomenlərdən idi ki, ruhani bir alim ictimaiyyəti narahat edən ictimai-siyasi problemləri əhatə edən və problemin dəqiq kökünü göstərən çıxışlar edirdi. Hakimiyyətin isə buna dözməyə 3-4 ay səbri çatdı. Mən bu “odlamaq” böhtanını eşidəndə mərhum doktor Əli Şəriətini yada saldım. O yazırdı: “Bir yerdə yanğın varkən, biri səni ibadətə çağırsa, bil, bu bir şeytanın dəvətidir”. Tale Bağırzadə yüksək ruhani intizamı ilə yanaşı insanları ölkəni bürüyən “yanğını söndürməyə” çağırdığı, yanğından insanların diqqətini yayındıran şeytanın dəvətini ifşa etdiyi üçün həbsə atılıb. Ona verilən ittihamları çox az adam ciddiyə ala bilər. Bu cür vətənsevər insanın şərlənərək zindana salınması nə qədər qəribədirsə, cəmiyyətin bu yaramazlıq qarşısında aciz qalması ondan daha ağırdır. Tale Bağırzadəyə bu gün fiziki işgəncə verilmir, ancaq unudulmamalıdır, onun bu günədək təcridxanaya köçürülməməsi də işgəncədir. Və daha pisi... cəmiyyətimizin təəssübünü çəkən insanlara qarşı tətbiq edilən işgəncələri biz dayandıra bilmirik. Kiçik və mütəşəkkil cəza dəstəsi bötöv bir xalqı zəlil etməyi uğurla bacarır. Buna görə bəzən düşünürəm ki, hakimiyyətin ictimai fəallara qarşı narkotik ittihamı verməsi heç də haqsızlıq deyil. Bir şey var ki, bu ittiham ayrı-ayrı fərdlərə yox, bütün cəmiyyətə verilməlidir. Gözümüzün önündə hüququmuzu qorumalı olan adamlar baş kəsir, ev yıxır, şər-böhtan atır, amma biz mürgüləyirik. Hamı bihuşdur. Bir neçə kəlməylə də Əliyev rejiminin işgəncə maşınının başında duran adamlara səslənmək istəyirəm. Siz çirkin işlə məşğulsunuz, bunu sizə indiyədək deməyənlər dostlarınız yox, düşmənlərinizdi. Insanları, illah da ədalət üçün çalışan insanları döyməyin, onların ləyaqətinə etiramla yanaşın. Biləsiniz ki, dünya çox ədalətlidir, etdikləriniz sonda hamısı qabağınıza çıxacaq. Tez-tez yadınıza Hüseyn Abdullayevi salın. O, Əliyev hakimiyyətini qorumaq üçün çox işlər görmüşdü, bu işlərdən biri də müxalifətçilərə qarşı mitinqlərdə zorakılıq etmək idi. Tale elə gətirdi ki, Hüseyn müəllimin özü qurduğu işgəncə mexanizminin qurbanı oldu. 2007-də onun da başına torpa keçirib həbs etdilər. Boş vaxtınız olanda indi həbsxanada anti-insani yaşayışa məhkum edilən Əli Insanovu xatırlayın. Nümunələr çoxdur, təki siz ibrət almaq niyyətində olasınız. Və işin başqa tərəfi... Bu gün barmaqlarını qırdığınız Tale Bağırzadə qollarını ədalətin təntənəsi üçün qələm edən insanların davamçısıdır. Qolunu, canını qurban verməyə hazır olan insanı bir-iki barmağı qırmaqla qorxuda bilməyəcəksiniz. Bu da ağlınıza gəlmədi?
Posted on: Sat, 22 Jun 2013 07:57:17 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015