“İmarət” fan klubu “Qarabağ”ın Makedoniyanın - TopicsExpress



          

“İmarət” fan klubu “Qarabağ”ın Makedoniyanın “Metallurq” klubu ilə cavab görüşünə ciddi hazırlaşır”. Bu barədə fan klubu n rəhbəri Xaləddin Bayramov Sportarena.az saytına açıqlamasında bildirdi, o əlavə etdi ki, oyunda azarkeşlərimiz sürprizlər görəcəklər : “İndidən həmin oyunun hazırlıqlarına başlamışıq, həftədə 2 dəfə toplantının olmasını təmin etmişik, yeni plakatları hazırlayırıq, bu plakatlar rəmzi xarakter daşıyacaq. Bundan əlavə, iyul ayının 10 –da şəhərə yürüş təşkil edəcəyik, sonda isə dənizkənarı bulvarda şarlar havaya buraxacayıq”. Xaləddin Bayramov “İmarət” fan klubunun üzvlərinin sayının artdığını da müsbət hal kimi dəyərləndirdi və həmin azarkeşlərin yürüşdə iştirak edəcəyini də əlavə etdi. Bu da aparılan uğurlu təbliğatdan irəli gəlir.
Posted on: Fri, 05 Jul 2013 04:30:54 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015