İndi tək edə bildiyim getmək... Bəlkə hər şey daha - TopicsExpress



          

İndi tək edə bildiyim getmək... Bəlkə hər şey daha yaxşı olar mən getsəm, bu gedişim belə sənin yaxşılığın üçündür... Getməm asan görünər sənə bəlkə də, qaçdı gözə ala bilmədi sevməyi, qorxaq deyərsən ardımdan… Sevməmiş məni aldatmış deyərsən... Ama ən çox mənə toxunur getmək... Qalmaq qədər incidər canımı… Belə qərarım asan görünə bilər sənə… Vəfasızlar gedər deyərdin çıxdı getdi vəfasız deyib də özünü heç sorğulamazsan, tanıyıram səni nə idi getməsinə səbəb, mənmi idim? deməzsən, heç səbəbsiz getdi deyərsən… Bilməzsən gedənin də canı yanar... Gedəndə qan ağlar, qalan qədər... Geridə buraxıb hər şeyi, vecsiz görünmək, bilməzsən nə çətindir sevərkən getməyi gözə almaq… Nə çətindir buraxılan xəyalıyla davam etmək yola, olmayacağını bilə-bilə yenə də arzu etmək... Xatirələrlə tutunmağa çalışmaq həyata, amma sən anlamadan çıxdı getdi deyərsən... Amma hardan biləsən tək çarəsidir gedənin… Getmək... Məcburdur getməyə, ardına baxa-baxa… Unuda bilməz gedəndə yaşananları, gözə ala bilməz, sevə bilməz, tanımaq istəməz yeni eşqləri... Xatirələrlə oyanar hər sabah… Bilməzsən məcburdur getməyi gözə alacaq qədər getməyə... Anla nə olar qırılma, incimə məndən... Üzülmə aldırmadan getdi deyə, lənət olsun səndən uzaq bu şəhərlərə... Üzülmə, məcburam səni uzaqdan sevməyə, bağışla məni..
Posted on: Thu, 18 Jul 2013 07:55:21 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015