İntihar (suisid) - Qəza olaraq və şüur - TopicsExpress



          

İntihar (suisid) - Qəza olaraq və şüur yerindəykən bədbəxtçilik nəticəsində özünü öldürməyə deyilir. İntihar qarşısı alına biləcək ölüm səbəbidir. Bu qərarın alınmasına səbəb olan amillər çox müxtəlifdir. Çox vaxt bir neçə faktor birgə bu davranışın meydana çıxmasına səbəb ola bilər. İntihar şəxsin hissi, psixi və ya sosial səbəblərin təsiri ilə öz həyatına son qoyması kimi qiymətləndirilir. İntiharın səbəbləri İntiharın səbəbləri kimi daha çox –cinsiyyət, aşağı sosial-iqtisadi vəziyyət, ata-ana münaqişələri, ixtilaf, immiqrasiya, psixi pozuntular, şiddətə meyllilik və düşünmə (fikirləşə bilmə) pozuntuları göstərilir. Depressiya da yetkin insanlarda olduğu kimi gənclərdə də vacib risk faktoru olduğu vurğulanır. İntihar edən şəxslərin 90%-i depressiya xəstəsidir. Depressiya xəstələrinin 15%-i intihara cəhd nəticəsində həyatlarını itirirlər. Depressiyada olan kişil ərin intihar nəticəsində həyatını itirmə nisbəti qadınlara görə daha yüksəkdir. Problemləri həll etmə bacarığının kifayətsizliyi, stress və ümidsizlik hissləri ilə intiharın yaxın əlaqəsi olduğu göstərilir. İntiharın səbəblərini aşağıdakı kimi qruplaşdıra bilərik: 1. Psixiatrik xəstəliklər 2. Sosial səbəblər 3. Psixoloji səbəblər 4. Bioloji səbəblər 5. Genetik yaxınlıq 6. Fiziki xəstəliklər Psixiatrik səbəblər. İntihara səbəb olan psixiatrik problemlər bunlardır: 1. Depressiya 2. Şizofreniya; intihar edənlərin 10%-ində şizofreniya müşahidə olunur 3. Spirtli içkilərdən istifadə 4. Narkotik maddələrdən asılılıq 5. Şəxsiyyət pozuntusu 6. Yüksək həyacanlılıq Sosial səbəblər. Cəmiyyətin sosial xarakteri ilə bağlı olaraq intihar faizi də ölkədən – ölkəyə fərqlilik göstərir. Ailə bağları zəif olan ölkələrdə intihar faizi daha çoxdur. Suisidlərin ilk təsnifatlarından biri fransız psixoloqu Emil Dürkheymə məxsusdur. O, sosial faktorların rolunu əsas götürərək, intiharın aşağıdakı formalarını ayırd etmişdir: Eqoistik intihar - öz sosial qrupu ilə vəhdət hissini itirmiş və ona görə də ailəvi, dini, ictimai nəzarətə tabe olmayan şəxslər tərəfindən törədilir. Anomik intihar – sosial və siyasi dəyişikliklər dövründə dövründə cəmiyyətlə sosial inteqrasiyası pozulmuş şəxslərdə təsadüf edilir. Sosial və iqtisadi böhranlarda cəmiyyət içində intihar faizi yüksəlir. Məsələn, hər iki dünya müharibəsində bütün Avropa ölkələrində intihar faizi digər dövrlərə görə çox artmışdır. Alturistik intihar – öz həyatını sosial motivlər naminə qurban verən və bununla yüksək dərəcədə qrup identifikasiyasına malik şəxslərdə təsadüf edir. Bundan əlavə, insanın həyatla hesablaşması məqsədi daşıyan sadə intihar, özünə qəsd edərkən yaxınlarını da özü ilə aparmaq tendesiyalı şəxslərdə genişlənmiş intihar (məsələn, intihardan əvvəl azyaşlı uşağını guya əzabdan qurtarmaq üçün öldürmüş qadının hərəkəti), eyni zamanda birgə intihar etmək üçün razılığa gəlmiş qruplarda təsadüf edilən kollektiv intihar (belə hallar dini təriqət nümayəndələrində və psixiatriya xəstəxanalarının pasiyentlərində rast gəlinir) növləri ayırd edilir. Psixoloji səbəblər. Şəxsi yaxınlıq da intihar ehtimalını artırır. Bioloji yaxınlıq. Beyindəki serotonin maddəsindəki azalma intihar ehtimalını artırır. Ailəvi yaxınlıq. Ailədə intihar edən qan bağı olan yaxının olması insanlarda intihar etmə ehtimalını artırır. Fiziki xəstəliklər. Xərçəng, ürək xəstəliyi, AİDS kimi xəstəliklərə tutulan insanlarda intihar ehtimalını normal insana görə daha çoxdur. Risk faktorları 1. Ailəvi risk faktorları (parçalanmış ailələr, istismar, ünsiyyət pozuntuları- düzgün münasibət qura bilməmək) 2. İntihar düşüncələri və keçmiş cəhd 3. Stressli həyati hadisələr (ayrılıq, itki, travmatik yaşantılar) 4. Anlaşmazlıq, ixtilaf 5. Uğursuzluq 6. Ailədə və yaxud yaxın əhatədə intihar cəhdlərinin olması Davranışla əlaqədar göstəricilər 1. Psixi pozğunluq əlamətlərinin olması 2. Ölüm riski olan dərmanlardan kiçik dozada istifadə 3. Son altı həftə içində ünsiyyətdən çəkinmə, özünəqapanma 4. Cinsi həyatla maraqlanmama 5. İctimai təsirlərdən uzaq durma 6. Sevdiyi əşyaları dost-tanışa paylama 7. Tez-tez ölümdən söhbət etmə İntiharla əlaqəli hisslər 1. Dərin kədər və ümidsilik 2. Nifrət 3. Peşmançılıq 4. Təhrikedici davranışlar İntihardan qoruyucu faktorlar 1. Problemi həll edə bilmə bacarığının üzə çıxarılması 2. Çətinliklərin öhdəsindən gəlmə bacarığının inkişaf etdirilməsi, dəstəklənməsi 3. İdman və ictimai fəaliyyətlərdə iştirak 4. Yaşamaq səbəblərinin tam dərk edilməsinə yönəltmək (öz məsuliyyətlərinin fərqinə varma) 5. Uşaq və gənclər intihar etməkdəm qorxursa, sosial əhatinin fikrini nəzərə alırsa ya da əxlaqi maneələri düşünürsə, bunların fərqinə varması dəstəklənərək də kömək oluna bilər.
Posted on: Thu, 07 Nov 2013 20:04:39 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015