İspaniyanın Atletiko klubunda oynayan ulduz futbolçu Arda - TopicsExpress



          

İspaniyanın Atletiko klubunda oynayan ulduz futbolçu Arda Turan, Hollandiya matçı əvvəlində özünə, Biz Dünya Kubokundayıq. Sən olmayacaqsan deyə zarafat yoluyla ilişən komanda yoldaşlarına, Hollandiyanı məğlub edib mən də orada olacağam demişdi. Ancaq alınan məğlubiyyətlə Türkiyə 2014 Dünya Çempionatına getmək ümidlərini itirdi. Sportal.az xəbər verir ki, ispan qəzetlərində Ardaya mənəvi mənada ən böyük dəstəyi, Atletikonun verəcəyi ifadə edilib. Ardanın, Türkiyənin hücumçularına əlindən gəldiyincə qol şansı yaratdığını yazan El Mundo Deportivo qəzeti, Arda, yaşadığı bu şoku Atletikonun qarşıdakı matçlarda alacağı qələbələrlə tez unudacaq. Başda Dieqo Simeone və oyunçuları, Ardanı təsəlli etmək üçün indidən hərəkətə keçib deyə yazdı. Ölkənin bir başqa əhəmiyyətli idman qəzeti Marca isə Arda Dünya Çempionatının ən əhəmiyyətli itkinlərindən biri olacaq. Futbolsevərlərin onu izləyə bilməyəcək olması, böyük şanssızlıq. Atletiko isə bu həftə Espanyolla oyuna çıxacaq. Komandanın ən əhəmiyyətli ulduzu olan təcrübəli futbolçunun əhvalının, bir an öncə əvvələ dönməsi, komanda adına çox əhəmiyyətli olacaq
Posted on: Fri, 18 Oct 2013 10:36:39 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015