İyunun 26-da keçiriləcək sayca dördüncü hərbi parada - TopicsExpress



          

İyunun 26-da keçiriləcək sayca dördüncü hərbi parada hazirliq işəri bu gün də davam edir. ANS PRESS-in verdiyi xəbərə görə, paradda nümayiş olunacaq hərbi texnika artiq bir neçə gündür ki, Azadlıq meydanındadır. Əsas məşqlərlə bağlı şəhərin mərkəzi küçələri bağlanması şəhər sakinləri tərəfindən narazılıqla qarşılanıb. Dünən axşam saatlarında yaranan tıxac gecə saat 1-ə dək davam edib. Məşqlə əlaqədar Azadlıq meydanı istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdirilib. Yusif Səfərov və Afiyyədin Cəlilov küçəsinin kəsişməsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Eləcə də Yusif Səfərov Neftçilər prospektinin kəsişməsində avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulub. Puşkin küçəsindən Neftçilər prospektinə çıxış istiqamətində də avtomobillərin hərəkətinə qadağa qoyulub. Bağlı yollar siyahısında Üzeyir Hacıbəyov və Keykab Səfərəliyeva küçəsinin kəsişməsi də yer alıb. Bu istiqamətlərdə nəqliyyatın məhdudlaşdırılması artıq bir neçə gündür ki, yollarda tıxaclara səbəb olub. İşinə, mənzil başına tələsən sürücülərsə əvvəlcədən bu barədə Yol polisi və Bakı Şəhər İcra Hakimiyəti tərəfindən xəbərdarlıq edilmədiklərindən narazıdırlar. Alternativ yollara gəldikdə isə sürücülər üçün Üzeyir Hacıbəyov küçəsində nəqliyatın hərəkəti iki tərəfli tənzimlənib. Eləcə də Üzeyir Hacıbəyov Zorgi bağı istqamətində yol xətlənərək hər iki istiqamətdə gəliş-gediş mümkün olub. Cavanşir körpüsündə də yol iki tərəfli tənzimlənərək avtomobillərin gəliş- gedişi üçün şərait yaradılıb. Bakı şəhər dövlət yol polis idarəsinin şöbə rəisi Vaqif Əsədovun sözlərinə görə, hərbi parad bitən müddətə qədər sürücülər şəxsi nəqliyyat vasitəsindən mümkün qədər az istifadə etsələr yaxşıdır.
Posted on: Tue, 25 Jun 2013 05:02:20 +0000

Trending Topics



v>

Recently Viewed Topics




© 2015