Şəkər xəstəliyinin əlacı sperma imiş! Corctaun - TopicsExpress



          

Şəkər xəstəliyinin əlacı sperma imiş! Corctaun Universitetin alimləri yeni üsul kəşf ediblər Diabet xəstəliyinin 1-ci növü immun sisteminin insulin istehsal edən adacıq hüceyrələrə hücumu və onları sıradan çıxarılması nəticəsində ortaya çıxır. Amerika mətbuatına istinadən verdiyi məlumata görə, Corctaun Universitetinin professoru, kök hüceyrə bioloqu G.Ian Gallicanonun rəhbərlik etdiyi qrup bu xəstəliyi müalicə etməyin yeni üsulunu kəşf edib. Sınaqlar zamanı hər gün milyonlarla sperma istehsal edən spermatogional kök hüceyrələrindən istifadə olunub. Araşdırmaçılar bu hüceyrələri toplayıb və onları hər hansı bir hüceyrəyə çevrilə bilmək xüsusiyyətinə malik pluripotent kök hüceyrələrinə çevrilmələrini təmin edirlər. Sonradan isə bu kök hüceyrələrə insulin istehsal edən adacıq hüceyrələrinə çevrilmələri üçün “xəbər” ünvanlanır. Laboratoriya sınaqları zamanı bu hüceyrələr diabet xəstəliyindən əziyyət çəkən siçanlara nəql edilib. Əməliyyatdan sonrakı müddətdə siçanların qanında qlükozanın miqdarı azalıb. Alimlər təcrübənin insanlarda da eyni nəticə verəcəyinə inanırlar.
Posted on: Thu, 12 Sep 2013 10:32:38 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015