"ƏXLAQLI" qızlarımıza müraciət!Qızlar, tərbiyə - TopicsExpress



          

"ƏXLAQLI" qızlarımıza müraciət!Qızlar, tərbiyə anlayışı doğrudanmı sizin üçün bu qədər dəyişib, adiləşib? Sizi sərhədləyən, hərəkətlərinizə qadağa qoyan kriterilər doğrudanmı əriyib yox olub? Xidmətiniz kimədir? Ata və qardaşınıza, yoxsa təsadüfi qarşılaşdığınızoğlanlara? O oğlanlara ki, arının çiçəkdən bal alıb uzaqlaşdığı kimi, sizdən lazım olanları əldə edib uzaqlaşırlar. Elə siz deyilsizinmi ki, min cür hərəkətlərinizlə bütün oğlanlarda qızlara qarşı inanmsızlıq fikri yaradan? Elə sizin kimilərin sayəsində deyilmi oğlanlara “niyə evlənmirsən?” sualı veriləndə cavablandırılan fikirin belə olmasına səbəb- “yaxşı qız varmı ki, evlənək?” Atalar demiş “qurunun oduna yaş da yanır”. Bu hallarla qarşılan, bu cür fikirlərlə yüklənən hansı oğlan qızlara ciddi yanaşar, onlara inanar. Sizin sayənizdədir ki, artıq yaxşı qız görəndə də daxili inamsızlıq oğlanlara imkan vermir ki, qarşısındakını düzgün qiymətləndirə bilsin.Heç bilirsinizmi ki, nə qədər dəyişibsiniz? Əvvəllər təsadüfi halların, yaxud obyetiv səbəblərin təsirindən qurduğunuz sevgi münasibətləriniz uğursuzluqla nəticələnirdisə, indi siz öz xoşunuza bu qeyri-ciddi münasibəti qurmağa çalışır, ötəri hiss və maraqlarınızı yaşamağa can atırsınız. Sonluğun boşuna olduğunu bilə-bilə bu maraq və ehtiraslariniz naminə kimlərləsə birləşir, kimlərdənsə ayrılır və yenidən kimlərləsə birləşirsiniz. Sonra da “nə çoxdu qeyrətli oğlanlarımız deyib” biri ilə ailə həyatı qurursunuz.Saxta sifətləriniz, “tərbiyəli” davranışınızla kimləri aldatmağa çalışırsınız? Əsl aldadılan, həyatın rəzil insanlarına çevrilən elə məhz sizlər deyilsinizmi?! Bu gün ehtirasını başqa biri ilə, sabah başqa biri, o biri gün həyat yoldaşınızla ödəyəndə görəsən vicdan əzabı çəkəcəksinizmi? Görəsən keçmişinizin qaranlıq anlarının dəhşətverici xatirələri sizi incidəcəkmi? Əsla! Bilirsinizmi dəyişən düşüncəniz, seçdiyiniz geyim tərzinizlə qazancınız yalnız – kef, əyləncə, istənilən sayda oğlanlar, itirdiyiniz isə heç vaxt geri qaytara bilməyəcəyiniz hörmət, ad, namusunuzdur. Baxın, qazanc və itkilərinizə. Dəyərmi bu qazanca? Dəyərmi qeyri-sağlam məqsədə qurban verilən mənəviyyata? Bəlkə də mənim fikirlərim sizə heç maraqlı deyil, bəlkə də bir qədər rişxənd dolu gülüşlərlə yanaşacaqsınız. Elə isə sizə yox, sizə baxıb sizin yolunuzu təkrarlamağa çalışan qızlarımız! Cəmiyyətdə hörmətli şəxsiyyət olaraq formalaşmaq, ailənin izzətli qadını olmaq, yoxsa oğlanların quruca bir hörmətinə layiq bilinməyən, lağ obyektinə çevrilən biri olmaq. Hansını seçərdiniz? Düşünürəm ki, tərbiyəsindən, davranışından, həyat tərzindən asılı olmayaraq, hər kəsin seçimi birinci olardı. Elə isə müasirlik deyib “gözəl dünya” sehrinə düşmək haqqında xəyallar qurmayın. Bu gün qurduğunuz xəyal sabah beyninizdə formalaşan fikirə çevriləcək. Fikir isə qanunauyğun olaraq həyat məqsədinizə. Gəlin elə xəyal, fikir və məqsəd yaradaq ki, o bizim düzgün formalaşmağımıza açıq və aydın yol olsun. “İgid ölər, adı qalar” məsəlini yalnız igidə deyil, özümüzə də aid edək. Bu dünyada özümüzdən sonra qoyub getdiyimiz tək bir şey adımızdır. O adı şərəfli tutmaq isə hər birimizin borcudur. Ən azından doğmalarımızın başıdik olmaları naminə...
Posted on: Tue, 03 Sep 2013 04:22:42 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015