Əgər bacarırsızsa, mənə elə bir diss atınki, - TopicsExpress



          

Əgər bacarırsızsa, mənə elə bir diss atınki, qulaqlığımı taxıb, sözlərini əzbərliyib sizinlə birgə oxuyub, ortaqlıq edim. Amma bacarmırsızsa, adımı belə yazmıyın heç yerdə. Mən müqəddəs biri deyiləm. Ən böyük MC olub, heykəlimin tikilməyinidə isdəmirəm. Bütün günü daş olub eyni yerdə durmaq arzusundada deyiləm. Amma, söhbət bacarığdan gedirsə əgər, hə. Özümdən çox əminəm. Hətda bütün dünya MC-lərindən daha güclü olduğumu düşünürəm. Məni hər adam dinliyə bilməz, nədə dinləməy məcburiyyətində deyil düzdü amma hər adam anlıyada bilməz. Çünki, hər adamın məni dinləməyi üçün heçnə eləmirəm. Youtube-da baxış sayımın nə qədər olduğuda maraqlı deyil mənə. Konsertlərə çıxıb bütün kütlənin mənə əl qaldırmağınıda gözdəmirəm. Tracklərimi hər kəsin əzbər bilməyinidə gözdəmirəm heçkimnən. Kiçik bir dinləyici kütləsi mənim üçün çox böyük bir şeydiki artıq bunu qazanmışam. Əgər fame olmaq arzusunda olsaydım, nə Lil wayn-nen əksiyəm, nədə Lil Orxannan. Amma heç vaxd unutmadığım bir şey var mənim. Bir MC-nin hörmət qazanmağı çox çətin bir şeydi. Gözdən düşməyi üçünsə bir track bəs edir. Mənim hər kəsdən bir fərqim var. O-da Bu sənətdən heç vaxd, heç bir şey gözdəmədim. Sadəcə yazdım, studioya geddim, oxudum və internet-ə verdim. Bütün uğurlar ard-arda gəldi. Sizin üçün heç olan, mənim üçün böyük bir şeydi. Çünki, mən sizin əlivizdə olan studiolarda böyümədimki, ilk etdiyim şey partladmaq olsun. Mən nə eləmişəmsə, bir studiom olsun və orda sadəcə yazıb oxuyum deyənə eləmişəm. Yəni mənim heçliyim küçələr olub və elədiyim hər şey, sizin heç saydığıvız studio qazanmaq olub. Buda mənə bir qardaş (K-z), 4 yoldaş, (Noton, Mone, Madrhyme, Asap) və Zombies Home-ı qazandırıb. Siz AzRap-ə indi gəlmisiz və mən sizinlə eyni pillədəyəm. Amma bunnan heç vaxd utanmıram. Çünki mən sizdən 6 pillə aşağıda başladım, 12 pillə yuxarıdayam ... Gecəviz xeyrə ... (c) Mc B.u.S
Posted on: Sat, 23 Nov 2013 22:54:49 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015