"Əli (ə)-ın Xanım Zəhra (ə) ilə öyünməsi" Başımın - TopicsExpress



          

"Əli (ə)-ın Xanım Zəhra (ə) ilə öyünməsi" Başımın tacı, canım məbədi Zəhraya ərəm, Böyük həqq bəxşişi, mən onu can tək sevərəm, Dini- İslami qəbul eyləyən ilkin nəfərəm, Ərəbin vur əliyəm, zamini- fəthü zəfərəm. Od vurub küfr evinə, şurü şəri söndürərəm, Qızmış aslan, qılınc əldə qəzavü- qədərəm, Allahın elçisinə bağlı, ona can ciyərəm, Az yaşımdan onun ehkamını əzbər bilərəm. Mən hüda nəxli budağındakı şirin bəhərəm, Cəbrail şahpəri başım üzərində gəzərəm. İki oğlumla ki Zəhradan olub, fəxr edərəm, Atası söylədi damad mənə, bəxtəvərəm, Etdi Peyğəmbər əli başıma bu tacı kərəm, Dərrətüt- taci- imamətdə papaq, həm kəmərəm. Bədrdə enməz igid, mənbəi- hövlü həzərəm, Mən Yəmin, həm də Ühüddə sanılan şiri- nərəm. Mənəm İslamın ələmdarı ki sahib- hünərəm, Əmri qətlə yetirən, zalimi rəfi- xətərəm. Xaliqin qəhr oduyam, küfrü külə döndərərəm, “Nad- Əli” məzhəri, ayineyi- “Şəqqül- Qəmər”əm. Saqəri şəhd dolu huri əlindən içərəm, Həm qılınc cövhəri, saflıqda işıqlı səhərəm, Əliyəm, şahi-vilayət, iki aləm ağası, Elm şəhriydi Peyəmbər, mən onun darvazası. Müəllif: Muhəmməd Huseyn Şəhriyar Ira Ira
Posted on: Thu, 25 Jul 2013 17:08:01 +0000

Recently Viewed Topics




© 2015