Ən baha Azərbaycandadır Azərbaycanda benzinin qiymətinin - TopicsExpress



          

Ən baha Azərbaycandadır Azərbaycanda benzinin qiymətinin yüksəldiləcəyi barədə söhbətlər gedir. İqtisadçı ekspert Vüqar Bayramov deyib ki, hazırda Azərbaycan Xəzəryanı ölkələr arasında benzini ən yüksək qiymətə satan ikinci ölkədir: “Benzinin pərakəndə qiymətində Xəzəryanı regionda yalnız Rusiyaya uduzuruq. Rusiyada benzin Azərbaycanla müqayisədə 7 sent baha satılır. Ölkəmizdə 1 litr benzinin qiyməti 77 sentdir. Qazaxıstanda qiymət 71, Türkmənistanda 22 sentdir. İranda qiymət sanksiyaların tətbiqindən sonra 48 sentədək yüksəlsə də, bizdəki qiymətdən 38 faiz aşağıdır. Beləliklə, Xəzəryanı ölkələrdəki qiymətlərin müqayisəsi ölkəmizdə yeni qiymət artımlarına stimul yaratmır. Başqa bir müqayisə: ABŞ-da benzin 75 sentə satılır. Nefti idxal edən və orta aylıq əməkhaqqı Azərbaycanla müqayisədə 4 dəfə çox olan ABŞ-da qiymətlər bizdən aşağıdırsa, o zaman Azərbaycanda yeni qiymət artımını əsaslandırmaq çox çətin olar. Həm də ölkəmizdə benzin istehsalı və satışı subsidiya almayan sektordur. Bu isə o deməkdir ki, benzinin satış qiyməti onun istehsal xərcindən çoxdur. Yəni indiki qiymətlərlə benzin satışı mənfəətlidir. Benzinin istehsal xərclərində, eləcə də neftin dünya bazar qiymətində kəskin dəyişikliklər olmadığını da nəzərə alsaq, qiymət artımı üçün iqtisadi əsas tapmaq mümkün deyil. Qiymətin sadəcə neft ölkələri ilə müqayisəsi göstərir ki, biz heç də benzini ucuz satmırıq. Venesuelada benzinin litri 1 sentə, Səudiyyə Ərəbistanında 16, Birləşmiş Ərəb Əmirliyində 44, Misirdə 46 sent olduğunu nəzərə almalıyıq. Azərbaycanda benzinin qiymətinin Avropa ölkələri ilə müqayisə edilməsi iqtisadi baxımdan uğurlu deyil. Çünki benzinin qiymətinin müqayisəsi ilə yanaşı benzin xərclərinin əhalinin gündəlik və illik xərclərindəki payına diqqət yetirmək lazımdır. Məsələn, İtaliyada benzinin litri 2.15 dollaradır. Benzinin əhalinin illik xərclərində payı cəmi 1.65 faizdir. Fransa üçün uyğun göstəricilər 2.03 dollar və 0.85 faizdir. Bu göstərici Azərbaycan üçün 3.72 faizdir”.
Posted on: Fri, 08 Nov 2013 20:13:27 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015