Ərazisi Madayların vətəni Əsas məqalə: Midiya toponimləri - TopicsExpress



          

Ərazisi Madayların vətəni Əsas məqalə: Midiya toponimləri Madayların ilkin vətəni (tünd yaşıl rənglə göstərilmişdir) Madayların ilkin məskunlaşma ərazilərinin sərhədləri tədqiqatçılar arasında mübahisəlidir. Assur mənbələrində madayların mannaların cənub-qərb sərhəddində, Parsua vilayətinin şimal–qərbində məskunlaşması göstərilir. Mənbələrdə madayların ilkin məskunlaşma ərazilərinin cənub sərhəddinin Bikni dağı olması qeyd edilir. Bikni dağını əksər tədqiqatçılar Dəmavənd dağı ilə eyniləşdirirlər. Bununla belə həmin dağı Həmədan şəhəri yaxınlığında yerləşən Əlvənd dağı ilə də lokalizə edənlər vardır. Lakin Həmədanın (Ekbatan) Maday dövlətinin paytaxtı olması nəzərə alındıqda paytaxt şəhərin sərhəd yaxınlığında salınması inandırıcı görünmür. Q. Qeybullayev madayların ilkin məskunlaşma ərazilər haqqında yazır: "İlk vaxtlarda əsasən Kizilbunda (Cənubi Azərbaycan ərazisində indiki Qızıl-Üzən) çayının hövzələrində yaşamış Maday tayfası Assuriya ilə bir neçə əsr qanlı toqquşmalardan sonra, e.ə. 673-cü ildə öz dövlətini yaratmışdır". Madayların ilkin məskunlaşma ərazilərinin sərhədləri ilə bağlı tədqiqatçılar arasında müəyyən mübahisələr olsa da, bir mənalı olaraq bütün tədqiqatçılar madayların məskunlaşma ərazisini tarixi Azərbaycan ərazisində lokalizə edərək, madayların ən qədim və yerli Azərbaycan tayfalarından olmasını və yerli əhalinin (Azərbaycan türklərinin) etnogenezinin formalaşmasında mühüm rol oynadığını qeyd edirlər. Dövlətin ərazisinin genişləndirilməsi Midiya hökmdarı Kiaksar farsların tabe olunmasından, Şərqi İran ərazilərinin işğalından, geniş torpaqlara malik olan Aşşur dövlətinin darmadağın olunmasından, Mannanın, Urartunun və Sak çarlığının fəth edilməsindən sonra Qərbdə Halis (müasir Qızılirmaq) çayınadək uzanan zəngin Lidiyanı və yunan ticarət şəhərlərini öz dövlətinə birləşdirməyə cəhd etdi. Herodota görə, Lidiya ilə müharibə e.ə. 590-cı ildə başlandı. E.ə. 585-ci il mayın 28-də Halis döyüşü zamanı günəş tutulması hadisəsi baş verdi və bu hadisə döyüşən rəqiblər tərəfindən pis əlamət kimi qəbul edildi. Müharibə dayandırıldı. Sülh müqaviləsinə əsasən, Mada ilə Lidiya arasındakı sərhəd Halis çayı üzrə müəyyənləşdirildi. Lidiya ilə müharibənin başa çatdığı ildə qədim dünyanın böyük dövlət xadimlərindən biri, Esxil tərəfindən "Asiya üzərində hökmranlığın banisi" adlandırılmış Kiaksar vəfat etdi. Onun yaratdığı dövlətin ərazisi böyük idi. Bu dövlət Mada çarlığından başqa Manna, Sak çarlığı, Urartu torpaqlarını, "Siro-Mada" adlanan ərazini (keçmiş Aşşur vilayətləri olmuş Zamuanı, Parsuanı, Kişessunu, Xarxarı və b.) əsil Aşşur torpaqlarını (Ksenofontdan məlum olduğu kimi), Hirkaniya və Parfiya ilə birlikdə İranın bütün şərq qismi (bu isə yunan ənənəsindən irəli gəlir) özündə ehtiva edirdi. Beləliklə, Mada dövlətinin sərhədləri Şərqdə Orta Asiyadan qərbdə Halis çayınadək uzanırdı. Dövlətin şimal sərhədlərinin bir qismi Kolxidanın yaxınlığından keçirdi. Şübhəsizdir ki, Şimali Azərbaycanın bəzi bölgələri də Mada dövlətinin tərkibinə daxil idi. Mada dövlətinin tərkibində artıq sonralar fars hökmdarlarının yazılarında adları çəkilən satraplıqların ən azı bir qismi vardı. #Letar
Posted on: Sat, 29 Jun 2013 20:05:57 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015