1 - Ölüm, ibrәt dәrsi almaq üçün, pәrhizkarlıq varlı - TopicsExpress



          

1 - Ölüm, ibrәt dәrsi almaq üçün, pәrhizkarlıq varlı olmaq üçün, ibadәt isә iş vә mәşfuliyyәt üçün kafidir. 2 - Heç bir yaxşı iş iki xüsusiyyәtdәn üstün ola bilmәz; Onlar Allaha iman gәtirmək və Onun bәndәlәrinә yaxşılıq etmәkdәn ibarәtdir. Heç bir pis iş də iki xüsusiyyәtdәn xoşagəlməz sayıla bilmәz; Onlar isə Allaha şәrik qoşub, onun bәndәlәrinә ziyan vurmaqdan ibarәtdir. 3 - Yol yeridikdә tәlәsmәk, mö`minin dәyәrini aradan aparar. 4 - Öz işlәrini qadına tapşıran millәt, sәadәt üzü görmәz. 5 - Xalqın çoxu iki məsələdə aldanmışdır ki, onların biri sağlamlıq, digәri isә asudәçilikdir. 6 - Öz әziyyәtlәrini xalqın üzәrinә atan şәxs, mәl`undur. 7 - İbadәt yeddi hissәdәn ibarәtdir. Onun daha üstünü isə halal (çörәk) qazanmaqdır. 8 - Gözәllik dildәdir. 9 - Ümmәtimin әn daha üstün әmәli, fәrәc (açılmış) intizarında olmaqdır. 10 - Dünya, Allah yanında afcaqanadın qanadı tәk dәyәrli olsaydı, heç vaxt onu kağır vә münafiqә vermәzdi. 11 Alimlәrdәn soruşun, hikmәtli şәxslәrlә danışın vә yoxsullarla (bir yerdә) әylәşin. 12 - Savadı olmayan halda xalqa fәtva verәn şәxs, göy vә yer mәlәklәri tәrәfindәn lә`nәtlәnәr. 13 - Allah?taala yaxşı danışıb, bәhrәlәnәn vә sakit olub, amanda qalan bәndәyә rәhm etsin. 14 - Üç xüsusiyyәtә malik olan şәxsin imanı kamillәşmişdir: (Birinci): Fərəh və sevinci onu batil işlәrә çәkmәyәn; (İkinci): Әsәblәşdikdә haqdan kәnara çıxmayan; (Üçüncü): İqtidara malik olduqda, haqqı olmayan şeyә әl uzatmayan. 15 - Rahatlıq (sakitlik və asta davranış) Allahdan, tәlәsmәk isә şeytandandır. 16 - Hәzrәt Peyğәmbәr (s) bir gün evdәn xaric olduqda, (ağır) daşı yerindәn qaldıranları görüb buyurdu: Sizin daha güclü pәhlivanınız әsәblәşәn halda özünü (tәmkinli) saxlayandır. 17 - Daha üstün imanlınız, daha çox әxlaqlı olanınızdır. 18 - Gülәrüzlü olmaq kinlәri aradan aparar. 19 - Hәya iki cürdür: Ağıllı vә ağılsızlıq (hәyaları); Ağıllı hәya bilikdәn, ağılsızlıq hәyası isә nadanlıqdandır. 20 - Allaha vә cәza (Qiyamәt) gününә imanı olanlar öz vә`dinə әmәl etmәlidir. 21 - Әmәnәti saxlamaq ruzi, әmanәti xәyanәt isә yoxsulluq gәtirər. 22 - Övladın öz ata vә anasına mәhәbbәt dolu baxışı ibadәt sayılır. 23 - Facir (azğın) şәxs tә`riflәndikdә, ilahi әrş titrәyər vә Allah?taala qәzәbә gәlər. 24 - Nadanlıq üzündәn iş görәn şәxsin xarabkarlıqları, islahatından çox olar. 25 - İman iki hissәyә bölünür: Onun yarısı sәbr (dözüm), yarısı isә şükrdәn ibarәtdir. 26 - Hazır olan şәhvәti görmәdiyi vә`dә verilmiş (Behişt) üçün tәrk edәn şәxsә xoş (alqış) olsun. 27 - Ümmәtimdәn iki dәstә saleh olarsa, ümmәtim dә saleh olar, onlar yollarını azarsa, ümmәtim dә yolunu azar. Soruşdular: Ey Allahın elçisi! Onlar kimdir? Buyurdu: Fәqihlәr vә rәhbәrlәr. 28 - Dünya mö`minin zindanı, kağırin isә cәnnәtidir. 29 - Xalq üçün elә bir gün gәlәcәkdir ki, o günün xalqı canavar olacaq vә canavar olmayan canavarlar tәrәfindәn yeyilәcәkdir. 30 - Dünyanın sonunda әn az tapılan şey, e`tibarlı qardaş vә halal pul olacaqdır. 31 - Qur`anın haram etdiyini halal sayan şәxs, (Allaha va İslam dininə) iman gәtirmәmişdir. 32 - Peşimançılıq tövbә (etmәk) -sayılır. 33 - İman qəlbdә әqidә (bağlamaq), dildә danışıq vә bәdәnlә әmәl etmәkdәn ibarәtdir. 34 - Pisliyi tәrk etmәk sәdәqә vermәk (demәk) ? dir. 35 - Ümmәtim üçün üç şeydәn qorxuram; (Hәddindәn artıq) paxıllıq, nәfsani istәklәr vә azğın rәhbәrlər. 36 - Heç bir xeyir әmәli riyakarlıq üçün әncam vermә vә (riya olmadıqda da onu) hәya üzündən tәrk etmә. 37 - Peyğəmbərdən (s) soruşdular: Hansı dostlar daha üstündür? Buyurdu: Onu yad etdikdә, sәnә kömәk edәn vә onu unutduqda sәni yad edәn. Xalqın daha pisi kimdir? Buyurdu: Yolunu azmış alim. 38 - Biz Әhli?beytin mürüvvәti bizә zülm edәnlәri әfv etmәk vә bizdәn әsirgәyәnlәrә әta etmәkdir. 39 - Özünü dәrvişliyә vuran şәxs yoxsullaşar. 40 - Sizә yaxşılıq edәnin әvәzini verin, bir şeyiniz olmasa onun yaxşı işini tә`riflәyin ki, tә`riflәmәk (dә bir növ) yaxşılıq saylır. 41 - Allah yanında ən pis adam elmi ilə əməl etməyib ondan faydalanmayan alimdir. 42 - Әn yaxşı ev yetimin sevildiyi və ona hörmət göstərildiyi evdir. 43 - Başqa adamlara hörmət edin və onların qarşısında təvazökar olun, çünki, təvazökarlıq adamın dəyərini artırar. 44 - Allaha, qiyamətə və cəza gününə inananlar əhdinə vəfalı və bağlı olmalıdırlar. 45 - Uşaqlar ata-analarına məhəbbət və sevgi ilə baxdıqları zaman sanki ibadət edirlər. 46 - Yaxşı və dəyərli dost sahibi olmaq, səadət və xoşbəxtlikdir Açar sözlər:
Posted on: Wed, 14 Aug 2013 10:27:15 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015