1 gün Məhəmməd (s.a.v.s) peyğəmbər öz nəvələrini, - TopicsExpress



          

1 gün Məhəmməd (s.a.v.s) peyğəmbər öz nəvələrini, balaca Həsəni (e) və Hüseyni (e) oynadır. Bu vaxt Peyğəmbərimiz Həsənin (e) ağzından öpür, qucaqlayır, sonra da Hüseynin (e) boğazından öpüb qoxlayır. Balaca Hüseyn (e) babasından küsərək ağlaya ağlaya anası Fatimeyi Zəhranın (sa) yanına gedir əhvalatı danışır və deyir : - Axı babam Həsənin (e) ağzından öpür, mənim yox, mənim ağzımdan pis iymi gəlir ? Anası Hüseyni (e) sakitleşdirir,lakin bu əhvalat onunda təəccübünə səbəb olur və Peyğəmbərin yanına yollanır. Fatimeyi Zəhra (sa) atasına: - EY ALLAHIN RƏSULU bu gün 1 əhvalat olub , Hüseyn (e) mənə danışdı, siz nə üçün Həsənin (e) ağzından, amma Hüseynin (e) boğazından öpmüsünüz ? Məhəmməd (s.a.v.s) Peyğəmbər 1 az gülümseyir sonra gözləri dolur və deyir: - Qızım onları elə öpməyimin böyük mənası var,bunu sənə danışsam qorxuram ki, pis olarsan. Fatimeyi Zəhra (sa) : - EY ALLAHIN RƏSULU and verirəm sənə yeri, göyü yaradana ki, pis olmuyacam danış. Peyğəmbərin gözləri lap dolur və başlayır sözünə : - Qızım, bu gün Cəbrayıl mələk xəbər gətirdi ki, mənə EY ALLAHIN RƏSULU sənin Həsənin (e) Zəhərlənərək , Hüseynin (e) isə boğazından qılınc zərbəsi vurulmaqla şəhid olacaqlar. Peyğəmbər bunları danışdıqca göz yaşlarını tuta bilmir, sonra deyir: - Mən də ona görə Həsənin (e) zəhər içəcəyi o gül ağzından,t Hüseynin (e( isə qılıncla kəsiləcək boğazından öpdüm... #Nihat
Posted on: Fri, 15 Nov 2013 01:12:57 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015