22 oktyabr 22 oktyabr — Qriqorian təqvimi ilə ilin 295-ci - TopicsExpress



          

22 oktyabr 22 oktyabr — Qriqorian təqvimi ilə ilin 295-ci günü (uzun illərdə 296-cı). İlin sonuna 70 gün qalır. Azərbaycan 1688 – Türk (azərbaycanlı) soylu İran şahı Nadir şah Əfşar (1688-1747) Xorasanda anadan olub. Əfşar tayfasının nümayəndələri şah İsmayılın zamanından Səfəvi dövlətinin hərbi qüvvələrində xidmət ediblər, Nadir özü III şah Abbasın ordu komandanı olub. 1736-cı ildə sonuncu Səfəvi hökmdarı III şah Abbasın qəfil ölümündən sonra Suqovuşanda (indiki Sabirabad rayonu) Azərbaycan bəylərinin qurultayını çağıraraq özünü şah elan edib. Nadir şah Səfəvilərdən sonra güclü Azərbaycan dövləti qurmaq istəyirdi. Lakin onun şimallı- cənublu Azərbaycanı İran taxt- tacı ətrafında birləşdirmək niyyəti yerlərdə etiraz doğururdu, bir çox bölgələrdə ona qarşı üsyanlar baş vermişdi. 1747-ci il iyunun 19-da sui-qəsd nəticəsində öldürülüb. Nadir şahın 11 illik hakimiyyəti dövründə indiki İranı, Azərbaycanı, Orta Asiyanın bir hissəsini, Hindistanın şimalını ələ keçirərək qurduğu böyük imperatorluq ölümündən sonra dağıldı. 1917 – Bakı Fəhlə və Əsgər Deputatları Sovetinə seçkilər keçirilib. Seçkidə 40 faiz səs toplayan «Müsavat» partiyası ələbə qazanıb, ikinci yeri eserlər - «inqilabçı sosialistlər» (30 faiz) tutublar. Bolşeviklər (Rusiya K(b)P- nin Bakı komitəsi) isə yalnız üçüncü (15-16 faiz) olublar. Şaumyanın başçılıq etdiyi bolşeviklər seçkinin nəticələrini tanımadılar. Petroqradda 25 oktyabr (7 noyabr) üsyanından (Müvəqqəti hökumətin devrilməsi) sonra isə Bakı bolşevikləri də ruhlanaraq təhdid və zorakılıqla Bakı Sovetinin İcraiyyə Komitəsində (hökumət) yerlərin çoxunu ələ keçirdilər. «Müsavat» buna etiraz olaraq Bakı Sovetinə girməkdən imtina etdi və əslində siyasi meydanı bolşeviklərə verdi. Dekabrda Bakı Sovetinə yeni seçkilər keçirən bolşeviklər bu dəfə yerlərin əksəriyyətini qazandılar. 1919 – Böyük yazıçı və dramaturq Hüseyn Cavidin oğlu, bəstəkar Ərtoğrul Cavid anadan olub. 1943- cü il oktyabrın 14-də Sovet Ordusu sıralarında (Böyük Vətən müharibəsi) qulluq edərkın vərəmdən vəfat edib. 1999 - Avropa Birliyinin ali icra orqanı olan Avropa Komissiyası Cənubi Qafqazla bağlı qəbul etdiyi qərarda Azərbaycanı Ermənistanla iqtisadi əməkdaşlığa çağırıb. Azərbaycan Avropa Komissiyasının bu tövsiyəsini rədd edib. 2002 - Azərbaycanın Xəzər Dəniz Gəmiçiliyi İdarəsinə məxsus Merkuri-2 gəmi-bərəsi Bakının 130 kilometrliyində qəzaya uğrayaraq batıb. Qəza zamanı bərədə olan 51 nəfərdən yalnız 9 nəfərini xilas etmək mümkün olub. Bu, Azərbaycanın gəmi nəqliyyatı tarixində ən böyük qəza idi. Əhəmiyyətli hadisələr E.ə.202 — Hannibalın rəhbərlik etdiyi Karfagen ordusu Zama döyüşündə Roma legionlarına məğlub olmuşdur. 362 — Dafne şəhərində yerləşən Apollon məbədi səbəbi bilinməyən yanğında məhv olmuşdur. 1600 — Osmanlı ordusu, Macarıstanın Kanije qalasını fəth etmişdir. 1746 — The College of New Jersey (indiki adı ilə Prinston Universiteti) qurulmuşdur. 1883 — Nyu-York şəhərində yerləşən Metropolitan Operası Faust operasının premyarası ilə açılmışdır. 1931 — Amerikalı mafiya lideri Al Kapon (Al Capone) vergi ödəmədiyinə görə 11 il həbs cəzası almışdır. 1935 — SSRİ-də marşal rütbəsi təsis edilmişdir. 1938 — Amerikan mühəndis Çarlston surətçıxarma aparatını icad etmişdir. 1953 — Laos Fransadan müstəqilliyini elan etmişdir. 1960 — boksçu Məhəmməd Əli professional rinqdə ilk qələbəsini qazanmışdır. 1962 — Amerika Birləşmiş Ştatları prezidenti Con Kennedi (John F. Kennedy), Kubada SSRİ nüvə başlığları olduğunu açıqlamışdır və Karib böhranının qızğın vaxtında Kennedi Kubaya qarşı iqtisadi embarqo qoymağı təklif etmişdir. 1964 — Jan Pol Sartr (Jean-Paul Sartre) Nobel Ədəbiyyat Mükafatını qazanmış, amma mükafatı geri qaytarmışdır. 1980 — Roma papası Qaliley haqqında 1633-cü ildə çıxarılmış hökmü ləğv etmişdir. 1982 — Amerikada ilk Rembo filmi ekranlara çıxmışdır. 1983 — Qərbi Almaniya və Fransada 1 milyon 500 min nəfər nüvə silahı əleyhinə etiraz nümayişi keçirmişdir. 1990 — Qırğızıstanın müstəqilliyi haqqında konstitusiya aktı qəbul olunmuşdur. 1996 — Azərbaycan Respublikası Cibuti ilə diplomatik əlaqələr qurmuşdur. 2000 — Taliban hərəkatı Əfqanıstanda axşamlar idmanla məşğul olmağı qadağan etmişdir. 2006 — Alman avtombil pilotu Mixael Şumaxer karyerasına son qoymuşdur Doğumlar 1688 — Nadir şah Əfşar — İran şahı (ö. 1747). 1844 — Sara Bernar — fransız aktrisası . 1919 — Ərtoğrul Cavid. 1929 — Lev Yaşin - sovet futbolçusu. 1940 — Mailə Muradxanlı - tərcüməçi, dramaturq, publisist. 1943 — Katerin Dönöv - fransız aktrisası. 1949 — Arsen Venqer — futbol məşqçisi. 1966 — Tatyana Ovsienko — müğənni. 1968 — Şaqqi — musiqiçi. 1985 — Hadisə Açıqgöz - Türkiyənin Eurovision təmsilçisi. 1985 — Zak Henson — aktyor. Ölümlər 1981 — Həsənağa Salayev - Xalq artisti, aktyor (d. 1921). Bayramlar və xüsusi günlər Flag of Russia.svg Rusiya, Ağ leyləklər günü. Flag of Honduras.svg Honduras, Ordu günü. Flag of Somalia.svg Somali, İnqilab günü.
Posted on: Tue, 22 Oct 2013 04:19:53 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015