ABŞ-da bir qız tanışlıq saytına elan verir: "Gözəl, şən, - TopicsExpress



          

ABŞ-da bir qız tanışlıq saytına elan verir: "Gözəl, şən, ağıllı qızam. İldə azı 500 min dollar gəliri olan oğlana ərə getmək istəyirəm". Gənc bir maliyyəçi oğlan, bu təklifə belə cavab verir: "Elanını böyük maraqla oxudum. Mənim kimi oğlanın nöqteyi nəzərindən sənin təklifin birmənalı olaraq pisdir. Qısaca, sən öz gözəlliyinin əvəzində mənim pullarımı istəyirsən. Əla. Amma sənin gözəlliyin solacaq, mənim kapitalım isə ancaq artacaq. Əlbəttə, kapitalımın artıb-artmayacağını sual altına qoymaq olar, lakin sən onsuz da getdikcə gözəlləşən deyilsən. İqtisadiyyat dilində - sən dəyərsizləşən aktivsən, mən isə gəlirli aktiv. Amma sən təkcə dəyərsizləşən aktiv də deyilsən: sənin qiymətin gündən-günə düşür, 10 il sonra sənin üzünə də baxan olmayacaq. Səni satın almaq (istədiyin məhz budur) - çox yaramaz biznesdir. Ondansa mən səni icarəyə götürüm. Sözlərim sənə qəddar görünərsə düşün ki, mənim pulum olmasa mən də sənə lazım olmayacam. Ona görə də sənin gözəlliyin tükənəndən sonra, mən sənin kimi bir aktivi rədd eləməliyəm. Çox sadədir. Ona görə də səninlə evlənmək yox, səni saxlamaq istəyirəm. İcarə variantlarını müzakirə etmək istəsən xəbər elə."... ©
Posted on: Sun, 11 Aug 2013 07:35:41 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015