ADƏM KİMDİR? Adəm kimdir? İlk insan yoxsa hər kəs? - TopicsExpress



          

ADƏM KİMDİR? Adəm kimdir? İlk insan yoxsa hər kəs? Adəmin yaxınlaşdığı ağac nədir? Ağaca yaxınlaşanlar yoxsa Ağaca sahiblənənlər? Cənnət nədir ? Cənnətdən qovulma nədir? Bildiyniz kimi bütün insanlar Adəmi insanlarin babası olaraq bilirler.Fəqət elmi nöqteyi nəzərdən bunun məhz bu cür olması düşüncə xaricində və quranın məntiqinə ziddir. Nece? Ilk öncə hər kəsin bildiyi kimi insanlığın tarixi milyonlar öncəsinə söykənir. Lakin insanlar Adəmdən danışdıqda yeddi min ildən uzağa getmirlər. Adəmin ilk insan iflası burda başlanir. Ikinci iflas isə Adəmin bütün insanların atası olmaqla yanaşı hər üç irqin atası olması yalanıdır. Təbii ki, insanın geni dəyişməz olaraq qalır və qalacaq.Digər tərəfdən dindar zehniyyət,irqlərin əmələ gəlməsini yaşadıqları coğrafi şəraitə uyğun olaraq dəyişdiyini iddia edirlər. Bir irqin mənsubu milyon illər belə digər irqlərlə yanaşı qalsa belə o insanin irgi dəyişməz olaraq qalacaq. Yaxud bir irqin mənsubu olan qadın və kişidən, başqa irqlər doğula bilməz. Lakin bu dindar zehniyyətin dediyinə görə əgər Adəm doğurdan da yeddi min il bundan öncə mövcud olubsa və bir neçə yüz ilə ondan negroid və mongoloid irgi meydana gelibse belə bir sual ortaya cixir bəs niyə 500 il öncə Avstraliyani zebt etmiş ingilislerin irqi yerli hindu xaqina uygunlaşaraq dəyişmədi? Nəyə görə 400 il öncə Amerika qitelerini zebt edən fransizlar, ingilisler, ispanlar, portuqallar yerli xalqlardan olan hindu zenci tayfalarina uyğun olaraq dəyişmədi? Bu siyahını artırmaq olar. Fəqət məncə düşünmək üçün bəs edər! Biz quranı oxuyaraq incələdiymizdə Adəmin ilk insan olaraq keçdiyini heç yerdə görmədik. Bəlli məsələdir ki, bu din tacirlərinin marağına uyğun olaraq min illərdir insanlara Adəmin məhz bu cür təqdim olunaraq təfsir olunması, onların bir çox həqiqətləri gizlədib öz marağlarına uyğun tərcümə və təfsir olunmuşdur. Bəs o zaman Adəm kimdir? Qaynaq olaraq quranı ələ alacağıq.Çünkü Adəmin ilk insan olmasını bunlar quranla “isbatlayırsa” o, zaman biz də bunların bu iddialarını quranla alt-üst edəcəyik. Ümumiyyətlə Quranda Adəm mövzusu daim Cənnət, Qadağan ağac və Cənnətdən qovulma hadisələri ilə anladılır. Ənbiya 30: Biz hər bir canlını sudan xəlq etdik. Yasin suresi 82: Allah bir şeyə yaranmasnı əmr edər o, şey də yaranma prosesinə başlayar. Hər bir şeyin yaranmasnın əsas dayağı, Allahın hər canlı və cansızı ümumiyyətlə hər şeyi təkamüllə yaradıb əmələ gətirməsidir. Və bu da təbiidir. Ətrafa nəzər saldıqda anidən yaranan heç bir şey görə bilmərik. Insanın ana bətnində doqquz aylıq yaranma mərhələsi, bitkilərin, toxumların, təbətin və sairlərin yaranma mərhələləri. Zatən anidən yaranma Allahın təbiətdə qoyduğu qanunlara ziddir.Allahın qoyduğu qaydalarda dəyişiklik görməzsiz. Demək ki, Adəm ilk insan deyil. İlk insan Bəşərdir. Elmi dillə desək Primat. Adəmin ilk insan olması yalanı burda da bitdi. Bəs nə səbəbdən Quran Adəmin üzərində bu cür dayanır? Hər şeyi incələyərək ələ alacam. Taha surəsi 117 dən başlayaraq bu ayələri oxuyuruq: Ey Adəm şübhəsiz İblis sizin düşməninizdir. İmkan verməyin sizi Cənnətən çıxartsın. Cənnətinizə sahib cıxın! Ey Adəm şübhəsiz sənin ac qalmaman, susuz qalmaman, paltarsız qalmaman və günəş altında yanmaman ordadır. Və bu ağaca yaxinlaşmayin!!! Cümləyə diqqət edin! Demək Cənnət elə yerdir ki, orda ac qalmaq, susuz qalmaq, çılpaq qalmaq və günəş altında yanmaq yoxdur! Ayənin ardınca oxuyuruq: Və Şeytan Adəmə dedi ki: "Ey Adəm Sənə dağılmayan, sonu gəlməyən, daim artan mülkiyyəti göstərimmi?" Deyərək ona Qadağan olunmuş ağacı göstərdi! Adəm ağaca yaxınlaşdı və zövcəsi ilə birlikdə Cənnətdən qovuldular! İlgincdir bir ağaca görə cənnətdən Allah qovarmı? Allah ikram edələrin ən kərimlisi deyilmi? O, zaman ağacın nə ağacı olduğuna siz baxın! Ağac Simvoldur! Nəyin simvolu? Ağac xalqın təbii sərvətlərinin, xalqın ümumi malının simvoludur. Baxın: Ağac torpaqdan çixar, ağacdan atəş əldə edilər, ağacın tərkibində su var və ağac havaya oksigen buraxar! Zərdüşt, Məzdək, Mani, Musa, Isa, Muhəmməd peyğəmbər ayrı-ayrı zamanda yaşasalar belə hər birinin ortaq bir sözü var! Mən bu sözlerin qizıl hərflərlə yazılmasını istərdim! O, söz budur: "Bütün insanlar üç şeyə şərikdirlər. Bu üç şeyin alınıb satılması qadağandır! Bunlar Su, Ates, Torpaqdir. Hər il Novruz bayramını keçiririk, novruzu da yazın gəlişi ilə bağlayırıq.Amma novruz tamamilə başqa bir şeylə bağlıdır. Novruz insanların bərabərlik prinsipinə əsaslanan bir həyatının başlanğıc simvoludur. Novruz bayramına qədər biz dörd cərşənbəni bayram edirik Bunlar: Su ,Atəş, Torpaq, Hava çərşənbələridir. Hər kəs əsas etibarı ilə üc növ şirniyyat bişirər. Şəkərbura, Paxlava və Qogal. Şəkərburanın üzərinə diqqətle baxın üzərindəki naxişlar dənizin üzərində olan dalğaları, qirağindakı burmalar isə dənizin ləpə döyənini, sahlini rəmz edər. Şəkərbura suyun rəmzidir. Paxlava yalnız romb şəklində bişirilir və qıziılı rəngdə olur.Paxlava atəşin rəmzdir. Qoğal əsasən 14 qat xəmirdən düzəlir və hər qat ayrı-ayrı olur,ortasında isə istiotlu şor ici olur. Şorqogalı torpagi, yer kürəsini rəmz edər. Biz yer kürəsinə kənardan baxsaq ümumi olaraq 14 qat torpaq olduğunu bilirik. Bu qatlarin icndə olan istiotlu şorlu iç isə yer kürəsinin içində olan mantiyanı rəmz edər! Deyəsən mənalar yerinə oturdu. Bəli bütün bunlar yəni su, atəş, torpaq insana məxsusdur və heç kəs bunları insanlara sata bilməz, insanların əlindən ala bilməz, insanları bundan məhrum edə bilməz. Günümüzdə olan su, neft, qaz, elektrik, benzin,torpaqlar, evler bu qəbildəndir. Bütün insanlar ac qalmamaq susuz qalmamaq çilpaq qalmamaq ücün çarpışmırlarmı? Müasir dillə deyim: Nə qədər ki, Adəm hər kəsin ortaq malı olan bu üç şeyə sahiblənməmişdi insanlar firavan yaşayırdılar.Hamının rahat evi var idi.Hər kəsə kommunal xidmətlər pulsuz idi.Benzin, qaz, su, elektrik pulsuz idi.Hər kəsin bu şeylərdə bərabər haqqı var idi və heç kəs onların əlndən ala bilməzdi. Benzinin pulsuz olma səbəbindən qida məhsulları ucuz olaraq hamının tox olmasını, soyducusunun dolu olmasını təmin edirdi. Hər kəs firavan idi. Yəni həyatları bir sözlə Cənnət idi. Zatən bütün insanlar: miskinlər, məzlumlar,əyri yola düşənlər, borc içində sürünənlər və sairləri bu üç şeyi- Ac qalmamaq, Susuz qalmamaq, Paltarsız qalmamaq Günəşin istisində yanmamaq, qışın sərt şaxtasında donmamaqdan ötəri ev sahibi olmaq üçün çarpışmırlarmı? Ama bu insanların zillətlə əldə edəcəyi şeylər onlara havayı verilməli idi. Verilmir!Səbəbi isə : Adəm xaqlın ümumi malına, təbii sərvətinə (Ağaca) sahibləndi, bu üç şeyi insanlara satmağa başladi. Bu üç şey insanların həyatında ən vacib şeylər olduğu üçün onu əldə etməyin yollarını axtardı. Kimisi miskinliklə , ac qalmaqla çollərdə sürünməklə dilənərək, kimisi dava dalaşla, kimisi fırldaqla, kimisi əyri yola düşməklə,kimisi oğurluqla, qumarla, pozğunçuluqla əldə etməyə başladı.Bu zaman insanlar arasında hərc mərclik başlanar, bu üç şeyi təmin etmək üçün insanlar ogurluga, pozğunluğa, sələmçiliyə, insanlari kölələşdirməyə başlarlar.Insanlar bir birnin ayağının altnı qazmağa, öldürməyə, yalan danişmaga bir-birinə böhtan atmaga başlar. Və Allah da buna Cənnətdən qovulma deyər.Adəmin yaxinlaşıb sahibləndiyi ağac bu ağac idi. Adəmi isə o ağaca sahiblənməyə sövq edən İblis isə insanın Eqosudur. Zatən insanın içindəki, eqo insanı digərlərindən üstün olmağa digərlərini əzməyə kölələştirməyə sövq edər. Allah isə insana, iblislə yəni öz eqosu ilə daim mübarizə etməyə onunla düşmən olmağa əmr edər.Adəm mövzusu daim aktual məsələdir. Quranın Adəmi nə vaxtsa yaşamış biri deyil. Adəm hər bir kəsdir. Öz eqonuzu düşmən olun, onu ozünüzə Rəbb etməyin! EY ADƏMLƏR! AĞACA SAHİBLƏNMƏYİN! YOXSA CƏNNƏTDƏN QOVULARIQ! (Necə ki, qovulmuşuq)
Posted on: Mon, 15 Jul 2013 00:32:56 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015