ATİ-də seçki maarifçiliyinə həsr olunmuş görüş-tədbir - TopicsExpress



          

ATİ-də seçki maarifçiliyinə həsr olunmuş görüş-tədbir keçirilmişdir. Bu gün (02.10.2013) 2013-cü ildə Azərbaycan Respublikasında keçiriləcək prezident seçkiləri ilə əlaqədar ilk dəfə seçkidə iştirak edəcək tələbələr üçün seçki maarifçiliyi, seçki fəallığının artırılması, seçki hüququ ilə bağlı Azərbaycan Turizm İnstitunda görüş-tədbir təşkil olunmuşdur. ATİ-nin rektoru tarix elmləri doktoru, professor Cəfər Cəfərov görüş-tədbirin hər bir gəncin qərar vermək zamanı düşünülmüş addım atmasında əhəmiyyətini nəzərə çatdırmışdır. Səs vermək, seçmək hüququnu qarşıdakı 5 ilə inamı kimi dəyərləndirmişdir. Azərbaycan Respublikasında keçiriləcək prezident seçkilərilə əlaqədar ATİ-də seçki maarifçiliyinə həsr olunmuş görüş-tədbirdə Azərbaycan Respublikası Milli Məclisi Müdafiə Məsələləri Komitəsinin sədr müavini, YAP Siyasi Şürasının üzvü Aydın Mirzəzadə görüşün təşkili üçün ATİ kollektivinə təşəkkürünü bildirdi və çıxışı zamanı xüsusi vurğuladı ki: “ölkəmiz daha bir yeni dönəmin, inkişafın, tərəqqinin astanasındadır. Qarşıdakı 5 ildə Azərbaycan adlı ölkənin uğurları, dünya dövlətləri içərisində söz sahibi funksiyasını yerinə yetirməsi məhz siz seçicilərin düzgün seçimindən asılıdır. Bu bir faktdır ki, ölkəmizdə yaşından asılı olmayaraq hər birimizin seçkilərdə azad surətdə iştirak etmək və seçmək hüququ vardır. İnanıram ki, ölkə ali məktəbləri içərisində ən cavanı sayılan ATİ və onun tələbələri prezident seçkilərində xüsusi fəallıq göstərəcəklər. Öz seçimlərində yanılmayacaqlar.” ATİ-də təşkil olunmuş görüş-tədbirdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü Şaitdin Əliyev 2013-cü ildə keçiriləcək prezident seçkilərində seçicilərin 9,6%-ni ilk dəfə səs verəcəyini bildirdi. Ümumilikdə seçicilərin 40%-nin gənclərdən ibarət olduğunu diqqətə çatdırdı. Ölkə əhalisini maarifləndirmək məqsədilə Mərkəzi Seçki Komissiyası tərəfindən xüsusi yaddaş kitabçalarının, təlimatların, hər bir seçicinin məqsəd və vəzifələrini əks etdirən çap məhsullarının işlənib hazırlandığını bildirdi. Görüş-tədbir sual-cavab formatında davam etdirildi, ATİ-nin veteran müəllimi Rəhim Rəsulov, institutun dosenti Məhərrəm Zülfiqarlı, İctimai fənlər kafedrasının müəllimi Vüsalə Məmmədzadə, ilk dəfə səs verəcək tələbələrdən Ağamir Ağamirov, Aynur Şərifova öz çıxışlarında hər bir gənci prezident seçkilərində fəal olmağa səslədilər.
Posted on: Wed, 02 Oct 2013 09:50:07 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015