==*AZƏRBAYCANA ZİYALI PREZİDENT SEÇİLMƏLİDİR*== *KQB - TopicsExpress



          

==*AZƏRBAYCANA ZİYALI PREZİDENT SEÇİLMƏLİDİR*== *KQB REJİMİ TARİXİN ARXİVİNƏ VERİLMƏLİ,DEMOKRATİK İDARƏETMƏ QURULMALIDIR* MİLLİ ZİYALILAR Mövcud istimai siyasi durumda Azərbaycanda ziyalı zümrəsi demək olar ki, hakimiyyətin bəzi strukturları tərəfindən dağıdılmışdır, Ərəb ölkələrində ki,kosmopolit və qeyri milli təfəkkür sisitemi, burda da tətbiq edilməsinə səy göstərilmiş və qismən də olsa buna nail olunmuşdur. Mübağiləsiz demək olar ki,ziyalı zümrəsi 1937 –ci il represiyalarından da daha dəhşətli represiyaya məruz qalmışdır. Bu,mənəviyyatın, maddi nemətlərlə imtahana çəkilməsi, satınalma,qorxudulmaq,ictimai qınaq,psixoloji təsir,cəmiyyətdən təcrid etmə,intelektual məhsulunun realizəsinə qadağa,nüfuzdan salma, maliyyə imkansızlığı yaratmaqla ruhdan salma,həbs təhlükəsi, övladlarına qarşı yönəlik qeyri hüquqi hərəkətlər qansız aparılan represiyalardır ki,ziyalı zümrəsini cəmiyyətin gözündən salmışdır. Azərbaycan Türk milli kökündən uzaqlaşdırılmış, nifuzunu itirmiş ziyalı zümrəsinin təsirindən çıxmış cəmiyyəti,oğurluq yolla topladığı sərvətin təsirinidən harınlamış quldurların əxlaq normaları idarə etməy başlamışdır. Lakin xalq ona görə həmişə ziyallarını başının üstündə saxlayıb ki,hətda bu vəziyyətdə belə öz haqq səsini ucalda bilmişlər. Bu gün Azərbaycan dövləti və millətimiz,biznesmen məmurlarla, komersant siyasətçilərin əlində oyuncağa çevrilib. Hakimiyyətə məddahlıq edənlərlə,hakimiyyətə gələnlərin yanında olanlar ziyalı sayılmazlar,xalqın yanında, ən əsas isə həqiqətin yanında olanlar işıqlı ziyalılardır. Bu gün, millətini sevən Azərbaycan Türk ziyalıları, Xəlil Rza,Məmməd Araz,dövlətini sevən Bəxtiyar Vhabzadə və İsmayıl Şıxlının yeri görsənir. Bu gün dövlət tərəfindən çox böyük maliyyə vəsaiti alan ziyalı birlikləri tamamilə cəmiyyətə təsir gücün itirmişdir.Azərbaycanın taleyini həll edən qlobal problemlərin həllində ziyalı sözünün kəsəri duyulmaz səviyyədədir.Ayri-ayriliqda edilən cəhdləri nəzər almasaq ziyalı zümrəsinin nüfuzu, ümumiyyətlə adi bir şou biznes numayəndəsinin fikirlərinin nüfuz dərəcəsindəndə aşağı düşüb. İndi əxlaq və mədəniyyət dərslərini ziyalılar deyil bu barədə ziyanlı təsəvvürə malik qeyri ciddi adamlar öyrədirlər. Dövlət rəhbərlərinə şəxsi istəklərini və övladlarının işə düzəlməsi və mənzil problemi ilə müraciət edən ziyalı təbəqəsi,ümumimilli məssələlərin həllində sanki seyrçi möqey tutur. Ərazilərimizn işğaldan azad olunması haqda aparılan danışıqlar heç bir nəticə vermədi.Prezidentin bütün cəhdlərinə baxmayaraq bu problem həll olunmaz vəziyət gətirilib. Böyük –böyük təşkiltlarda dövlət vəasaiti hesabına fəaliyyət göstərən birliklər, səxavətlə xərclədikləri vəsaitlərin məsuliyyətini hiss edirlərmi. Yuxarıdan göstəriş gözləyirlər ki,bu məsləni və digər həyati əhəmiyyətli problemləri ictimayyət qrşısında müzakirə etsinlər. Mən bəyan edirəm ki,bütün bu ,Yazarlar birliyi,Bəstəkarlar,Rəssamlar,və onlarla digər birliklər,AzTV, onlarla büdcədən maliyələşən dövlət qəzetləri,qeyri hökümət təşkilatları,xaricdə lobbiçilklə məşğul olan müxtəlif qurumlar, diospora təşkilatları,Azərbaycan dövləti üçün heç bir səmərələ fəaliyyət göstərmir və onlar dövlətin milyonlarla vəsaitini, xərcləməklə məşğuldurlar. Simasını cəmiyyət qarşısında itimiş bu birlik və təşkilatlar müasir gənclər üçün heç bir örnək nümayiş etdirmək iqtidarında deyillər. Narkamanlığın,tüğyan elədiyi bir zamanda,müxtəlif dini təriqətlərin, ideyası bəlli olmayan siyasi cərəyanların gənclərin beyinlərini korladığı bir dövrdə böyük bir ziyalı ordusu ətalətə sürüklənmişdir. Dünyanı təlatümə gətirən internet aləmində,virtual həyatda Azərbaycan ziyalısı o qədər acınacaqlı vəziyyətdədir ki,sanki müasir texnologiya hələ bu təşkilatlara gəlib çatmayıb. Gənclərin maraq dairəsinə təsir edən, dövlətə və milllətə doğma dünyagörüş təklif edən ziyalı zümrəsi,digər milli mənəvi dəyərlərimiz kimi keyləşdirilmiş,hadisələrə təsir gücünü itirmiş,məişət səviyyəsində intriqa yuvalarına çevrilmişdir. Lakin millətimizin dahiləri,bütün təhlükələrə baxmadan əllərinə düşən kiçicik imkandan belə millətinin mənafeyinə xidmət ediblər.İstər Nizamimiz olsun, Nəsimimiz, Fizulimiz, Mirzə Fətəli Axundzadə, Mirzə Cəlil , Sabir, Hadi, Həsən Bəy Zərdabi, Əli bəy Hüseynzadə,Əhməd Ağaoğlu,Mirzə Bal Məmmədzadə,Məmməd Əmin Rəsulzadə, Səməd Mənsur, Cavid, Müşviq, Cəfər Cabbarlı, Səməd Vurğun, Üzeyir Hacıbəyov, Vahid, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Şəhriyar, Xəlil Rza, İsmayıl Şıxlı, Məmməd Araz, və dünyasını dəyişmiş yüzlərlə türk millətçisi, millət tariximizin ən uca zirvəsində dayanan müqəddəslərimizdir. ***Gələcək nəsillər o insanları qiymətləndirib yaşadacaq ki, öz “mən”ini, öz xoşbəxtliyini, öz həyatını millətin mənafeyinə qurban vermişdir.. O, insanlar daima millətin qan yaddaşına həkk olacaq ki, o insanlar,öz millətinə sadiq olmuş, bütün xoşbəxt həyatını bu müqəddəs işə sərf etmişdir. Bu gün çox az sayda,ziyalılar var ki,bütün mərhumiyyətlərə baxmayaraq,bu avtoritar rejimin təzyiqləri qarşısında mətanətlə dayanaraq,öz fikirlərini deyir və cəmiyyətimizi tamamilə deqredasiya olmaqdan xilas edirlər.Məqsədləri kimisə hakmiyyətə gətirmək və kimisə hakmiyyətdən kənarlaşdırmaq olmayan bu ziyalı qrupu,Azərbaycanda,demokratik sistemin yaradılmasının mümkün olduğunu bəyan edir.
Posted on: Thu, 19 Sep 2013 04:42:30 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015