Allahın qullarına yaratdığı şəfa qaynağı olan bir meyvə: - TopicsExpress



          

Allahın qullarına yaratdığı şəfa qaynağı olan bir meyvə: Avokado Bədənimiz həyat üçün vacib olan prosesləri gerçəkləşdirərkən oksigendən istifadə edir. Ancaq oksigendən istifadə edərkən bəzi tullantı maddələr meydana gəlir. Sərbəst radikal adlanan bu tullantı maddələr təmas etdikləri hüceyrələrin quruluşuna zərər verirlər. Əslində, dünya həyatına bağlanmamaq və dünyanın keçici bir yer olduğunun bilinməsi üçün Allahın yaratdığı yaşlanma və bəzi xəstəliklərin kökündə sərbəst radikalların təsiri durur. Lakin rəhmət və mərhəmət sahibi olan Uca Rəbbimiz bu sistemin dağıdıcı təsirini azaldan sistemləri, yəni antioksidləri də yaratmışdır. Belə ki, elm adamları meyvə və tərəvəzlərdə bol olan antioksidlərin hüceyrələrin enerji mərkəzlərini zərərli olan sərbəst radikallara qarşı gücləndirdiyini müəyyən ediblər. Sərbəst radikalların hüceyrəyə verdiyi zərərlər: Bəzi mühit faktorları, məsələn: hava kirliliyi, siqaret dumanı, aşındırıcılar, petrokimya məhsulları, dərmanlar, günəş şüaları, radiasiya, hətta qidalarda olan bəzi birləşmələr mitoxondridə, yəni hüceyrənin enerji mərkəzində oksigenin sərbəst radikallara çevrilməsinə səbəb olur. Bu molekullar hüceyrəni meydana gətirən lipid, zülal, hətta DNT kimi bütün normal molekullarda dağıdıcı təsir meydana gətirir, onların quruluşunu pozur və sərbəst radikallara çevirir. Bu dağıdıcı təsir yaşlanma ilə əlaqədar olduğu kimi, şəkər, hipertoniya kimi xəstəliklərin də başlıca səbəbidir. Əgər sərbəst radikallar neytrallaşdırılmasalar, bədəndə ciddi fəsadlara səbəb ola bilərlər. Bu fəsadları belə sıralaya bilərik: Hüceyrə qılafının zülallarını dağıdaraq hüceyrələri öldürür. Hüceyrə qılafının lipid və zülallarını yox edərək hüceyrə qılafını qalınlaşdırıb hüceyrənin funksiyasını yerinə yetirməsinə mane olur. Hüceyrənin nüvə qılafını yararaq nüvədəki genetik materiala təsir edir, DNT-ni qırılma nöqtəsinə və mutasiyalara açıq hala gətirir, immunitet sistemindəki hüceyrələri yox edərək immunitet sistemini zəiflədir. Sərbəst radikalların hüceyrəyə verdiyi zərər nəticəsində bədənin xəstəliklərə qarşı immuniteti azalır və bədənin bəzi yerlərində fəsada səbəb olan xəstəliklər meydana gəlir. Sərbəst radikalların səbəb olduğu bu xəstəlikləri dörd qrupa bölə bilərik: İrsi xəstəliklər (sümük iliyində kök hüceyrə çatışmazlığından yaranan Fankoni anemiyası, boy qısalığı, böyümə geriliyi, kiçik alt çənə, xarakterik formaya malik olan burun və qulaqlar, uzun və dar xarakterik üz quruluşu, fotosensitiv adlanan dəridə günəş şüalarına qarşı həssaslıq, üzdə qızartı, səs incəliyi və qısırlıq kimi əlamətləri olan fiziki və əqli inkişafda çatışmazlıq, immunitet sistemi çatışmazlığından yaranan xroniki ağciyər xəstəliyi, şəkər və xərçəngə, xüsusilə də Hodjkin xarici linfoma növü xərçənginə meyillilik (bir çox xəstə 25 yaşına qədər xərçəngə tutulur və həyatını itirir), qısa ömür kimi əlamətləri olan blum sindromu). Ətraf mühit faktorları (peşə xəstəlikləri, virus və bakterial infeksiyalar), həm irsi, həm də ətraf mühit xəstəlikləri (bronxial astma, ürək xəstəlikləri və s.). Erkən yaşlanma. Elm adamları hüceyrənin dözümlülüyünü artırmaq və sərbəst radikalların dağıdıcı təsirlərini azaltmaq üçün müxtəlif araşdırmalar aparırlar. Sərbəst radikalların hüceyrəyə verdiyi zərərin qarşısını alan bir antioksid: Avokado yağı Elmi araşdırmalar beta-karotin, askorbin turşusu və alfa-tokoferol kimi antioksidlərin sərbəst radikalların səbəb olduğu oksidləri zərərsizləşdirdiyini və sərbəst radikalların xəstəlik və yaşlanmağa səbəb olan təsirini azaltdığını göstərmişdir. Eynilə E və C vitaminlərinin də sərbəst radikalların dağıdıcı təsirini azlatdığı məlumdur. Kök, pomidor, brokoli, kələm, kərəviz, çiyələk, böyürtkən, itburnu, kivi və mürdüm əriyi kimi bir çox meyvə və tərəvəzdə olan antioksidlər sərbəst radikalların mənfi təsirini böyük ölçüdə azaldır. Ancaq bu qidalardakı antioksidlər mitoxondrinin içinə girmirlər. Dolayısı ilə sərbəst radikallar mitoxondriyə zərər verməyə davam edir, enerji istehsalını dayandırır və hüceyrənin ölməsinə səbəb olur. Bu, neft sızması zamanı sadəcə neftin yayıldığı ərazini təmizləyib, sızıntıya səbəb olan qaynağın qarşısının alınmamasına və neftin sızmağa davam edərək balıqların ölməsinə bənzədilə bilər. Ancaq aparılan təcrübələr avokado yağının mitoxondridəki sərbəst radikallara qarşı qoruyucu təsirinin olduğunu ortaya qoymuşdur. Uca Allah avokado yağında sərbəst radikallara qarşı dözümlülük göstərən xüsusi bir quruluş, eyni zamanda, oksidləşmənin qarşısını alan bitki qaynaqlı piqmentlər yaratmışdır. Aparılan təcrübələr avokado yağının sərbəst radikallarla qarşılaşdığı zaman böyük dözümlülük göstərdiyini ortaya qoymuşdur. Avokado yağı mitoxondridə enerji artımına səbəb olur. Bu da sərbəst radikal istehsalını artırır. Ancaq hüceyrə sərbəst radikallara məruz qalsa və mitoxondri bu vəziyyətdə sərbəst radikal istehsal etsə belə, hüceyrə funksiyalarına davam edir və özünə vacib olan enerji istehsalını əldə etmək üçün qidalardan istifadə etməyə davam edir. Bu, avokado yağının sərbəst radikalların səbəb olduğu bir çox xəstəliyin qarşını ala biləcəyini ortaya qoyur. Belə ki, avokadonun xolesteroldakı qan təzyiqini və diabet xəsətələrində yüksələn və infarkta səbəb olan bəzi yağları azaltdığı elmi cəhətdən sübut edilmişdir. Avokadonun digər faydaları Avokadonun əsas vətəni Meksika, Qvatemala və Cənubi Amerikanın şimal sahilləridir. Kürəvari, oval, ellips və ya armud formasında olan yaşıl, qırmızı rəngli meyvə Allahın qullarına bəxş etdiyi mükəmməl bir nemətdir. Avokadonun digər faydalarından bir qismi isə belədir:
Posted on: Wed, 31 Jul 2013 12:27:30 +0000

Trending Topics



text" style="margin-left:0px; min-height:30px;"> The Electric Universe version of geology. Here is some interesting

Recently Viewed Topics




© 2015