Arda Turan Premyer Liqa klublarının hədəfində Bu mövsüm - TopicsExpress



          

Arda Turan Premyer Liqa klublarının hədəfində Bu mövsüm göstərdiyi oyunla hər kəs tərəfindən bəyənilən Atletikonun (Madrid) futbolçusu Arda Turanla iki İngiltərə klubu maraqlanır. Qol.Az-ın Eurosporta istinadən verdiyi məlumata görə, bu mövsüm Madrid klubu ilə müqaviləni yeniləyən türk yarımmüdafiəçini Liverpul və Arsenal transfer etmək istəyir. Hər iki klubun nümayəndələri artıq Ardanın 10 matçdır ki, forma geyindiyi bütün matçları stadiondan izləyir. Liverpulu bəyənən və verdiyi müsahibələrdə Premyer Liqada oynamaq istədiyini bildirən 26 yaşlı oyunçunun qış transferi pəncərəsində hansı qərar verəcəyi maraqla gözlənilir. Qeyd edək ki, bu mövsüm müqaviləsini 2017-ci ilə qədər uzadan Ardanın təzminat qiyməti 41 milyon avrodur.
Posted on: Fri, 18 Oct 2013 10:30:00 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015