Azərbaycan BMT-nin “Gender bərabərliyi” indeksində ön - TopicsExpress



          

Azərbaycan BMT-nin “Gender bərabərliyi” indeksində ön sıralarda Ötən 10 ildə gender bərabərliyinin təmin olunmasına yönəlmiş qanunvericilik islahatları, qadınların təhsilə və normal maaşlı işlə təmin olunma imkanlarının artması, qadın hüquqlarının qorunmasına dair görülmüş tədbirlərin nəticəsi olaraq Azərbaycan bu sahədə dünyanın inkişaf etmiş ölkələri ilə bir sıraya yüksəlmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin bütün sahələr üzrə inkişafına hesablanmış islahatların nəticəsi olaraq, Azərbaycan gender bərabərliyinin təmin olunması üzrə əksər keçmiş sovet respublikalarını qabaqlamışdır. BMT-nin İnkişaf Proqramının 2012-ci ildə açıqlanmış “Gender bərabərliyi” indeksinə (The Gender Equity Index) əsasən, Azərbaycan bu göstərici üzrə dünyanın 148 ölkəsi arasında 54-cü yeri tutdu. Azərbaycanın “Gender bərabərliyi” indeksi inkişaf etmiş Qərb ölkələrinin göstəricilərinə yaxın oldu və ölkə əksər keçmiş sovet respublikalarına nisbətən yüksək mövqe tutdu. BMT-nin hesabatına əsasən, Azərbaycan gender bərabərliyini və qadınların səlahiyyətlərinin artırılmasını təbliğ edən, bu yöndə ardıcıl islahatlar aparan ölkələr sırasındadır. Belə ki, Azərbaycan ibtidai və orta təhsil sahəsində oğlanlar və qızlar arasında tam bərabərliyə nail olmuşdur. Ölkədə qızların və oğlanların ibtidai və orta məktəblərə yazılma nisbətləri, uyğun olaraq, 0.98 və 0.97 faiz təşkil edir və bu da qəbul edilmiş bərabərlik göstəricilərinə uyğundur. Ali təhsildə və digər təhsil səviyyələrində isə qadınlar kişilərə nisbətdə üstünlük təşkil edirlər. BMT Azərbaycanda qadınların yüksək maaşlı işlərlə təmin olunma göstəricisinin də kişilərə yaxın olduğunu təsbit etdi. Azərbaycanda doğuş zamanı ana ölümü hallarının son illərdə bir neçə dəfə azalması da ölkənin gender bərabərliyi və qadın hüquqlarının genişləndirilməsi sahəsində apardığı islahatların nəticələrini göstərən amillərdəndir. Azərbaycanın “Gender bərabərliyi” indeksinin dünyanın inkişaf etmiş ölkələrinə yaxınlaşması ölkənin ümumi inkişaf göstəricilərindən biridir və bu göstəricinin daha da yaxşılaşdırılması üçün Prezident İlham Əliyevin rəhbərliyi altında hərtərəfli islahatlar davam etdirilir.
Posted on: Sat, 05 Oct 2013 05:15:06 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015