Aşuranın və Allahın ayı Muharramın fəziləti - TopicsExpress



          

Aşuranın və Allahın ayı Muharramın fəziləti Həqiqətən Allahın ayı olan Muharram ayı əzəmətli və mübarək aydır, o hicri ilinin və haram ayların birinci ayıdır. Uca Allah belə buyurur : "Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü (rəcəb, zülqə’də, zülhiccə və məhərrəm) haram aylardır. Bu, doğru dindir (İbrahim və İsmailin gətirdikləri dinin doğru hesabı və hökmüdür). Ona görə də həmin aylarda özünüzə zülm etməyin" (Tövbə surəsi, 36) ƏAbu Bəkr (r.a) deyir ki, Peyğəmbər (s.ə.s) belə buyurdu: «İldə on iki ay var, onların dördü haramdır: üçü ard-arda olan Zul Qadə, Zul Hiccə və Muharram, Rəcəb də ayrıca Cəmadi ilə Şabanın arasındadır» (Buxari, 2957) Muharram haram ay olduğu üçün belə adlandırılıb Uca Allahın "Onların dördü haram aylardır. Bu, doğru dindir. Ona görə də həmin aylarda özünüzə zülm etməyin" sözü o deməkdir ki, bu aylar haram aylardır və günah işlənməkdə başqa aylardan fərqlənir. Daha şiddətlidir Nafilə oruclarının tutulmasının Muharram ayında çoxalması Əbu Hureyrə rəvayət edir ki, Rəsulallah (s.ə.s) belə buyurdu : «Ramazandan sonra ən fəzilətli oruc Allahın ayı olan Muharram ayının orucudur» (Muslim, 1982) Burada «Allahın ayı» sözündəki «ay» sözünün «Allah» sözünə bağlanması bu ayın əzəmətliliyini göstərir. Bu ayın hamısını yox, çox hissəsini oruclu keçirmək qəsd olunub. Aşura orucunun fəziləti İbn Abbas (r.a) buyurur ki : «Mən Peyğəmbər (s.ə.s)-i bu gündən başqa və Ramazan ayından başqa heç bir günün orucunda təkid etdiyini görmədim» (Buxari, 1867) Başqa bir hədisdə Peyğəmbər (s.ə.s) belə buyurur: «Mən Allahdan istəyirəm ki, Aşura gününün orucu bir illik işlənilən günahlara kəffarə olsun» (Muslim, 1976) Bir günün orucunun bir illik günahlara kəffarə olması Allahın fəzilətindəndir, həqiqətən Allah əzəmətli fəziləti sahibidir. Oruc tutduqda Muharram ayının doqquzu və onu tutmaq daha çox bəyənilir. Çünki Peyğəmbər (s.ə.s) onu oruc tutdu və ayın doqquzunu da niyyət etdi. Bunun davamı olaraq Peyğəmbər (s.ə.s) belə buyurdu: «İnşallah gələn il olsa, ayın doqquzu oruc tutacağıq» (Muslim, 1916) Bununla belə Aşura gününün orucu bir neçə mərtəbəlidir: Onun ən aşağısı bir gün oruc tutmaqdır, ondan bir yuxarı mərtəbədə olan – ayın doqquzu və onu oruc tutmaqdır. Oruc tutmağın sayı çoxaldıqdca bu daha fəzilətli və daha yaxşı olur. İmam Nəvəvi rahimahullah belə dedi: Aşura gününün orucu bütün balaca günahlara kəffarədir, burada qəsd, böyük günahlardan basqa kiçik günahların bağışlanmasıdır. Sonra Peyğəmbər (s.ə.s) belə buyurdu: «Arafa gününün orucu iki il üçün kəffarədir, Aşura gününün orucu bir ilin kəffarəsidir, əgər imamın arxasında duranın amin deməsi ilə mələklərin amin deməsi üst-üstə düşərsə, Allah onun bütün günahlarını bağışlayar….» Sayılanların hamısı günahların bağışlanmasına uyğundur. Əgər balaca günahlardan olsa, ona kəffarə olar və onlar bağışlanar. Əgər nə böyük tapılsa, nə də balaca, onda ona savab əməl yazılar, və onun dərəcəsi qalxar. Əgər balaca günah tapmayıb böyük günah tapsa, istərdik ki, o böyük günahları yüngülləşdirsin (Məcmua şərhil məhzəb, 6-cı cild, Arafa günü oruc tutmaq) --------------------------------------------------------------------------------------------------------------------------------- Amma bela yox.bu ashura deyil , heç islam dini de deyil
Posted on: Mon, 30 Sep 2013 08:02:16 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015