Bank qarəti zamanı soyğunçu bankdakı bütün insanların - TopicsExpress



          

Bank qarəti zamanı soyğunçu bankdakı bütün insanların eşidəcəyi səs tonu ilə demişdi: "Tərpənməyin, pullar dövlətə, sizin həyatınız isə sizə məxsusdur". Bankdakı bütün insanlar sakitcə yerə uzandılar. Bu, "Düşüncə dəyişmə konsepti" adlanır. Normal düşünmə tərzini dəyişməkdir. Qadın yerə şübhəli tərzdə uzananda soyğunçu dedi: "Zəhmət olmasa, sivil olun. Bu qarətdir, zorlama deyil". Bu "Peşəkar olmaq" adlanır. Nə etməli olduğuna fokuslanmaq. Qarətçilər bankdan evə qayıdandan sonra cavan soyğunçu (MBA təhsilli) daha yaşlı (6 illik orta təhsilli) həmkarına dedi: "Böyük qardaş, gəl, pulları sayaq" Əvəzində isə yaşı çox olan soyğunçu cavab verdi: "Sən axmaqsan, burda küllü miqdarda pul var, bunları saymaq uzun zaman aparacaq. Axşam xəbərlərdə bankdan nə qədər pul oğurlandığını deyəcəklər" Bu "Təcrübə" adlanır. Bugünkü dünyada təcrübə kağız üzərində yazılmış ixtisasdan daha vacibdir. Qarətçilər gedəndən sonra bank meneceri supervayzerə dərhal polisləri çağırmağı tapşırdı. Supervayzer isə dedi: "Gözləyin. Gəlin bankdan 10 milyon özümüz üçün götürək, bu məbləği də əvvəl oğuladığımız 70 milyona əlavə edək". Bu "Axın istiqamətində üzmək" adlanır. Sənin əleyhinə olan situasiyanı öz lehinə çevirmək. Supervayzer davam etdi: "Banka hər ay soyğunçular gəlsəydilər, yaxşı olardı". Bu "Darıxdırıcılığı öldürmək" adlanır. Şəxsi xoşbəxtliyin sənin işindən daha vacibdir. Ertəsi gün TV xəbərlər elan etdilər ki, bankdan 100 mln. dollar oğurlanıb. Qarətçilər evdə nə qədər saydılarsa, 20 mln. dollardan çox pul görmədilər və bu situasiya onları qəzəbləndirdi: "Biz həyatımızı riskə ataraq cəmi 20 mln. oğurlaya bildik. Bank bank meneceri heç bir risk olmadan 80 mln. dolları bir çırtmada qazandı. Görünür, təhsilli olmaq, oğru olmaqdan yaxşıdır". Bu "Təhsil qızıl qədər dəyərlidir" mənasına gəlir. Bank meneceri xoşbəxt idi və gülümsəyirdi. Çünki onun bazardakı itkilərinin üstü bu oğurluğun köməyilə örtülmüş oldu. Bu "İmkanlardan istifadə etmək" adlanır. Mərdcəsinə risk etmək.
Posted on: Tue, 01 Oct 2013 19:00:28 +0000

Recently Viewed Topics




© 2015