"Başlanğıc" ın bu bölümlərini oxumuş və "like" etmiş - TopicsExpress



          

"Başlanğıc" ın bu bölümlərini oxumuş və "like" etmiş dostlardan xahiş edirəm, təkrar "like" etməsinlər. Başlanğıc. Üçüncü bölüm. Bəs sonra nə oldu? Atam dəmir yolu stansiyasında həm gözətçi həm də yük boşaldan işləyirdi. Mən 14 yaşıma keçmişdim. Daha tamamən məktəbə getmədiyimi görən atam məni də özü ilə işə aparırdı. Biz vaqonlardan duz, daş, kömür, heyvan yemləri və sair şeylər boşaldırdıq. İş ağır olsa da həm çox, həm də nəqd pul verirdilər. Əgər dəmir yolunda iş olmurdusa bizim çoxlu mal-qoyunumuz var idi, onlara eşşək arabası ilə çöldən ot gətirirdim. Beləcə günlər keçirdi. Tay-tuşlarım məktəbə gedirdi, mən isə bir qaranlığın içinə, bir quyu dibinə yuvarlanıb gedirdim. Amma bir gün bu qaranlıq “quyuya” bir işıq düşdü. Mən 1975-ci ilin yayında eşqə düşdüm. Bir qıza vuruldum. Hər gün işdən-gücdən vaxt ayırıb o, qızı görməyə gedirdim. İki - üç ay belə davam etdi. Nəhayət bir gün gəldi ki, ona öz sevgimi bildirmək istədim, ancaq necə bildirəcəkdim?... Fikirləşdim və məktub yazmaq qərarına gəldim. Qələm-kağız götürüb yazmağa başladım, ancaq məlum oldu ki, yazımı oxumaq olmur, əyri-üyrü yazıram. Onsuzda əvvəldən səliqəsiz yazırdım, üstəlik neçə vaxt idi ki, əlimə qələm alıb bir şey yazdığım olmamışdı. Bəs nə etməli idim? Fikrimə gəldi ki, məktubu yaza bilən dostlarımdan birinə yazdırım, ancaq sonra bu fikirdən daşındım, düşündüm ki, belə etmək olmaz. Nə vaxtadək başqasına məktub yazdıra bilərəm? Üstəlik bu sevgi məktubudur, ondakı sirləri başqasına vermək olmaz. Bəs nə etməli idim? İlk dəfə həyat mənin qarşıma məhz bu sualı qoydu: “məktubu necə yazmalı?” Əslinə baxılsa bu sadəcə məktubu necə yazmalı kimi bəsit bir sual deyildi, bu sual bir toxmaq kimi məni təpəmdən vurdu, silkələyib ayıltdı mən oyanıb gördüm ki, bir “quyu” dibindəyəm. Və onu da anladım ki, hələ həyatımın başlanğıcındayam və hələ oxuyub öyrənməyim gec deyil. Bəs necə başlamalı idim? Hər gün düşünür, axtarırdım. Dərin düşüncələr içində olduğum günlərin birində evimizin qarşısındakı su arxının üstünə çıxdım və suyun üzündə qalın bir kitabın axdığını gördüm. Ağacla kitabı sudan çıxarıb evə gətirdim. Kitab M. S. Ordubadinin, Nizami Gəncəvinin həyat və dövründən bəhs edən “Qılınc və Qələm” əsəri idi. Kitabı höccələyə-höccələyə oxumağa başladım. Yazmağı öyrənmək üçün bir çox səhifələri dəftərlərə köçürdüm. Beləliklə bir ay sonra ilk sevgi məktubunu yazdım. Yəni quyudan bir pillə qalxdım. Həmin ilk məktubu yazana qədər çox yazıb–pozdum, yazdığımı bəyənmədim, yenisini yazdım. Beləcə hər gün o, qıza məktub yazmağa başladım. Əslində mənim gündəlik dediyim şey mənim sevdiklərimə və öz-özümə məktublarımdır. Hələlik məsələ bu idi ki, nə qədər çox yazsam da məktublarıma cavab ala bilmirdim və inadla yenisini yazırdım. Ona öz ürək yanğımı, sevgimi bildirmək üçün vasitələr arayırdım. Kitablardan söz axtarırdım, elə söz ki, sevgimə cavab verə biləcək qapıya açar olsun. Bir gün əlimə Aşıq Şəmşirin şer kitabçası düşdü. Bu kitabdan xoşuma gələn, mənim hisslərimi ifadə edən şerlərdən məktuba köçürüb o, qıza göndərirdim. Ancaq bununla da iş aşmadı. Başladım özüm də şeir yazmağa. Daha məktublarımı şerlə yazırdım, şerlə düşünürdüm. Elə bu zamanlardan başlayaraq mənim şeirə-sözə məhəbbətim yarandı. Demək olar ki, hər gün nə isə yazır və oxuyurdum. Ömrüm günüm həsrətə, möhnətə bürünüb gedirdi, o, cavab vermir, mən də inadımdan əl çəkmirdim. Çarə axtarırdım, ona görə də əlimdən kitab düşmürdü, işə gedəndə də özümlə kitab götürürdüm, və vaxt tapdıqca oxuyurdum. Kitabları əldə etməyimin də maraqlı bir tarixçəsi var. İlk vaxtlar ara-bir gedib o zaman iyli dəri yükləyib 3 manat qazandığım idarənin həyətinə tökülmüş kağız bağlamalarının içindən tapıb gətirirdim, Sonralarsa kitabların bol olduğu başqa bir yerə üz tutmuşdum, kitab oğurluğuna başlamışdım. Gecələr yaxınlıqda ki, kənd kitabxanasına gedib, mismar çəkənlə qıfılı yerindən çıxarır, və əlimə keçən kitabları özümlə apardığım zənbilə yığıb, sonra da qıfılı yerinə keçirib evə gəlirdim. Onu da əlavə edim ki, qaranlıqda götürdüyüm üçün bəzən eyni kitabları, ya da oxuya bilməyəcəyim kitabları götürmüş olurdum. Növbəti gedişimdə həmin kitabları qaytarıb yerinə qoyurdum. Bu oğurluğa getməzdən öncə öz - özümdən soruşdum ki, əgər tutulsan nə edəcəksən? O vaxtlar sovetlər dövrü idi, zəmanənin mənəvi rəhbəri Böyük Lenin sayılırdı. Haradansa ya eşitmiş ya da oxumuşdum ki, V. İ Lenin də kitab oğurluğu edibmiş. Fikirləşirdim ki, əgər tutulsam, mənə heç nə etməzlər, Odur ki, demək olar qorxmurdum. Beləcə iki-üç il kitab ehtiyacımı həminki və bir neçə başqa kitabxanadan ödəməli oldum. Həm də daha yaxşı üsul tapmışdım. Gündüzlər normal adamlar kimi gedir, bir kitab götürüb adıma yazdırırdım, ancaq bu zaman axşam gəlib oğurlayacağım kitabların yerini nişanlayırdım ki, gecə qaranlığında rahat götürə bilim. Öz-özümə fikirləşirəm ki, görən nə üçün belə edirdim? Bir halda ki, onlardan istədiyim qədər, qayda üzrə aparıb oxuya bilərdim? Məncə, iki səbəb var idi; birinci; istəyirdim kitab mənim özümün olsun, çünki oxuduqdan sonra onu qaytara bilmirdim, ikincisi isə qaydalara uymağı xoşlamırdım. Mən nədənsə başqaları kimi olmaq istəmirdim. İçimdə belə bir qəribə istək var idi. Burada onu qeyd edim ki, o zamanlar oxuduğum kitablar mənim dünya baxışıma mühüm təsir göstərdi. Əgər o, vaxtlar kitabxanaya gedib rahat-rahat kitab seçə bilsəydim və onlara pul verməli olsaydım həmin kitabların birini də almazdım. Və bundan başqa, həmin kitabları oğurlayan zaman mənim 16-17 yaşım vardı; yəni mənim kitablar haqqında məlumatım o qədər də çox deyildi ki, kitabları seçərək götürə bilim. Odur ki, əlimə düşən kitabların əksəriyyəti təsadüfi kitablar idi. Ancaq bu təsadüfi kitabların içində kimlər var idi? Dosdayevski, V. Hüqo, M. Polo, Şekspir, Höte, Qabusnamə və sair kitablar, demək olar ki, o, dövrün ən məşhur əsərlərindən idi bunlar. Bundan başqa artıq özüm pul qazana bildiyim üçün tez-tez kitab mağazasına gedib kitablar alırdım. Ən çox kiçik şeir kitabçalarını, gənc şairləri alırdım. İnşallah davamını sabah oxuyun. Rəy bildirməyi unutmayın. Əvvəlki bölümləri oxumaq istəyənlər Usta Maarif səhifəsinə getsin.
Posted on: Sat, 06 Jul 2013 10:28:57 +0000

Trending Topics



"stbody" style="min-height:30px;">
Temps still dropping and light precip still falling. Freezing
Here is what ministry is like: Because of continual theft at the
Here is the first release DKSV Music - Take Me Home. 5 remixes on
Ezequiel 28 - 1. E VEIO a mim a palavra do SENHOR, dizendo: 2.
Dedicated to my beloved South Bend Pals. Ive reconnected via
Just earned my first stripe! Looking back 2-3 months ago, who
" the medical-industrial complex is becoming increasingly corrupt.
Les conditions du Fpi pour un dialogue avec le pouvoir: La
Ça y est je suis. En France.mon mari me manque je m endors et je
can you get viagra on prescription
adidas Soccer Replica Jersey: adidas Chelsea Home Youth Long
Best Price Lenovo IdeaPad Yoga 11 11.6-Inch Convertible

Recently Viewed Topics




© 2015