Beynəlxalq ekspert komandasının iqlim dəyişikliyi haqqında - TopicsExpress



          

Beynəlxalq ekspert komandasının iqlim dəyişikliyi haqqında hazırladığı məlumatda bildirilir ki, Yer kürəsi insanın yaşaması üçün getdikcə daha da problemli yerə çevrilir. Tədqiqatçılar buna sübut kimi ABŞ-ın şimal-qərbində Helloven bayramı ərəfəsində baş vermiş qar fırtınasını misal çəkirlər. Gərgin yağan qar nəticəsində ABŞ-da insan tələfatı halları baş vermiş, avtomobil və dəmir yollarında bir sıra problemlər yaranmış, elektriklə bağlı çətinliklər meydana çıxmışdı. NASA iqlimşünası Qevin Şmidtin fikrincə, yaxın on il ərzində yağıntıların səviyyəsi artdıqca, fəlakətlərin sayı da artacaq. Belə ki, 20 ildə bir dəfə qeydə alınan leysanlar, ehtimal olunur ki, artıq on ildə 2 dəfə baş versin. Məlumatda bildirilir ki, iqlim dəyişikliyi o qədər ciddi olacaq ki, Yer kürəsinin bir neçə hissəsində yaşamaq mümkün olmayacaq. Alimlər havaların daha da istiləşəcəyini deyir. Belə ki, temperatur əsrin ortasında beş dərəcə, əsrin sonunda isə daha doqquz dərəcə artacaq. Rus alimləri qeyd edir ki, buzlaqların əriməsi nəticəsində soyuq su Holfstrim cərəyanını sıxışdırmaqla, olduqca soyuq qışın yaşanmasına səbəb olacaq.
Posted on: Mon, 02 Sep 2013 12:48:37 +0000

Trending Topics



ss="stbody" style="min-height:30px;">
Exhaust Amendment Chr 82-3308C x1u9ewh1x NMY00058 pyejuce
Weimeraner Stocking Ornament Rating: 5 out of 5 stars Review:
Breaking News! Breaking News! TONIGHT IS FINAL CRUSADE NIGHT! COME
If youre over 20, then 2 out of 3 of you will have Type 2 diabetes

Recently Viewed Topics




© 2015