Bir gün həzrət Əli Mürtəza evdə Həsən və Hüseynin - TopicsExpress



          

BDU

Bir gün həzrət Əli Mürtəza evdə Həsən və Hüseynin analarının qarşısında oturub ağladığını gördü. Həzrət Əli (ə) soruşdu: "Nə baş verib ki, mənim gözümün nurları, qəlbimin meyvələri, ruhumun sevincləri ağlayırlar? Fatimə (s.ə.) dedi: "Ya Əli! Həqiqətən artıq bir gün ötüb, onlar heç nə yeməyiblər.” Həmin vaxt ocaq üstə qazan vardı. Əli (ə) dedi: "Qazandakı nədir?” Fatimə (s.ə.) dedi: "Qazanda sudan başqa bir şey yoxdur. Onu ocağın üstünə qoymuşam ki, bir şey bişirdiyimi güman etsinlər.” Əli (ə) pərişan oldu. Əbasını götürüb bazara getdi. Onu altı dirhəmə satıb təam aldı. Amma yolda bir yoxsulla rastlaşdı. Yoxsul haray çəkib kömək istəyirdi. Əli (ə) aldığı təamı ona verib evə qayıtdı. Hadisəni Fatiməyə (s.ə.) danışdı. Fatimə (s.ə.) dedi: "Yaxşı iş görmüsən, ey Əbəl-Həsən. Sən həmişə xeyir içindəsən.” Həzrət Əli (ə) namaz qılmaq üçün peyğəmbər məscidinə gəldi. Bir ərəb dəvə satırdı. O dedi: "Ya Əbəl-Həsən! Bu dəvəni satıram al.” Əli (ə) dedi: "Onun müqabilində veriləcək pulum yoxdur.” Ərəb dedi: "Bunu sənə verirəm, nə vaxt pulun olsa, ödəyərsən.” Əli (ə) dəvəni altımış dirhəmə alıb yola düşdü. Yolda başqa bir ərəblə rastlaşdı. Ərəb dedi: "Ya Əli! Bu dəvəni mənə satarsan?” Əli (ə) dedi: "Sataram.” Ərəb qiymət soruşdu. Əli (ə) dedi ki, neçəyə istəyirsən o qiymətə. Ərəb dedi: "Yüz iyirmi dirhəmə.” Əli (ə) yüz iyirmi dirhəm alıb evə qayıtdı. Əhvalatı Fatiməyə (s.ə.) danışdı. Sonra dəvə aldığı ərəbin pulunu vermək üçün evdən çıxdı. Yolda peyğəmbərlə rastlaşdı. Peyğəmbər (s) buyurdu: "Ya Əli, hara gedirsən?” Əli (ə) əhvalatı ona danışdı. Peyğəmbər (s) sevinib onu müjdələdi və dedi: "Ya Əli! O sadəcə bir ərəb yox, Cəbrail idi. Dəvəni səndən alan isə Mikail olub. Dəvə isə behişt dəvələrindən imiş. Bütün bunlar sənin yoxsula verdiyin təamın mükafatıdır."............ Nece neferin oxumasina vesile olduq? Paylasin ......... Ildirim
Posted on: Mon, 12 Aug 2013 12:03:53 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015