Bir il ge­cik­miş ya­zı Onu tə­lə­bə­lik - TopicsExpress



          

Bir il ge­cik­miş ya­zı Onu tə­lə­bə­lik il­lə­rin­dən ta­nı­yı­ram. Azər­bay­can Döv­lət Uni­ver­si­te­ti­nin jur­na­lis­ti­ka fa­kül­tə­si­nə tə­zə­cə qə­bul olun­muş­du. Mən ar­tıq hə­min vaxtlar uni­ver­si­te­ti bi­tir­mək üz­rəy­dim, fi­lo­lo­gi­ya fa­kül­tə­si­nin IV kur­sun­da oxu­yur­dum. Şeir­lə­rim döv­ri mət­buat­da dərc olu­nur, efir­də səs­lə­nir, te­le­vi­zi­ya­nın ədə­bi-bə­dii məz­mun­lu ve­ri­liş­lə­rin­də gənc şair ki­mi çı­xış edir­dim. De­mək olar ki, uni­ver­si­te­tin müəl­lim və tə­lə­bə­lə­ri ara­sın­da yax­şı ta­nı­nır­dım. Bir ax­şam akt za­lın­da təş­kil olun­muş bir bay­ram təd­bi­rin­də eloğ­lum, jur­na­lis­ti­ka fa­kül­tə­si­nə tə­zə­cə da­xil ol­muş Ni­za­mi Na­ma­zov özü ki­mi uca­boy, gü­lə­rüz, xoş si­ma­lı bir oğ­lan­la mə­nə ya­xın­laş­dı, - ay Mu­sa, bu mə­nim dos­tum, tə­lə­bə yol­da­şım Ya­şar Və­li­yev­dir, -de­di. Bor­ça­lı eli­nin Arap­lı kən­din­dən­dir. Ata­sı Hi­da­yət müəl­lim həm gö­zəl ədə­biy­yat­şü­nas, həm də yax­şı rəs­sam­dır. Moskva Döv­lət Uni­ver­si­te­ti­ni əla qiy­mət­lər­lə bi­ti­rib, Əziz Şə­ri­fin tə­lə­bə­si olub. De­mə­yim odur ki, Ya­şar zi­ya­lı ai­lə­sin­dən çı­xıb, özü də zi­ya­lı bir oğ­lan­dır. Elə hə­min gün­dən Ya­şar­la ara­mız­da bir dostluq, ün­siy­yət kör­pü­sü­nün əsa­sı qo­yul­du. Al­lah Ni­za­mi­yə rəh­mət elə­sin! (Ye­ri gəl­miş­kən de­yim ki, onun ölüm xə­bə­ri­ni də bu ya­xın­lar­da Ya­şar mə­nə xə­bər ver­di.) Uni­ver­si­te­ti bi­ti­rə­nə qə­dər onun­la tez-tez gö­rü­şür­dük. Ya­dım­da­dır, Ya­şar şeir­lə­ri­ni mə­nə oxu­yar­dı, çək­di­yi dostluq şarjları, ka­ri­ka­tu­ra­la­rı xo­şu­ma gə­lər­di. Ya­şar uni­ver­si­te­tə gə­lə­nə qə­dər or­du­da xid­mət elə­miş­di, mək­təb­də ki­tab­xa­na­çı ki­mi əmək fəa­liy­yə­ti gös­tər­miş­di. Hə­ya­tın bər­kin­dən, bo­şun­dan çıx­mış bir gənc idi. Söh­bət­lə­rin­dən hiss edir­dim ki, dai­ma ax­ta­rış­da­dır. Pub­li­sis­tik ya­zı­la­rı uni­ver­si­te­tin çox­ti­raj­lı qə­ze­tin­də tez-tez dərc olu­nur­du. Gö­rüm­lü qə­ləm adam­la­rı ilə ün­siy­yət ta­pır, ta­nış olur, dostluğa, ya­xın­lı­ğa yol açır­dı. Mən 1974-cü il­də uni­ver­si­te­ti bi­ti­rib Gənclik nəş­riy­ya­tın­da re­dak­tor ki­mi işə baş­la­dım. Elə nəş­riy­yat­da iş­lə­yər­kən də Ya­şar­la tez-tez gö­rü­şür, hal-əh­val tu­tur, dərsləri, im­ta­han­la­rı ilə ma­raq­la­nır­dım. Ya­şar müəl­lim­lə­ri­nin se­vim­li­si idi, əla və yax­şı qiy­mət­lər­lə oxu­yur­du. Ara-sı­ra döv­ri mət­buat­da ya­zı­la­rı çap olu­nur­du. Bir ne­çə il ke­çən­dən son­ra mən ar­tıq onu gör­mə­dim, öy­rən­dim ki, tə­yi­na­tı­nı doğ­ma Bor­ça­lı­sı­na alıb. Mar­neu­li ra­yo­nu­na qa­yı­dıb, ora­da müx­tə­lif və­zi­fə­lər­də ça­lı­şıb. (Ön­cə Azər­bay­can di­li və ədə­biy­ya­tı müəl­li­mi, Ye­ni Mar­neu­li qə­ze­tin­də müx­bir, şö­bə mü­di­ri, ra­yon ic­ra­ko­mun­da tə­li­mat­çı, təş­ki­lat şö­bə­si­nin mü­di­ri, ra­yon pe­re­fek­tu­ra­sı­nın təş­ki­lat şö­bə­si­nin mü­di­ri). Nə­ha­yət, 1994-cü il­də ai­lə­si ilə bir­lik­də Ba­kı şə­hə­ri­nə kö­çüb. Müx­tə­lif qə­zet və jur­nal­lar­da baş re­dak­tor müa­vi­ni, baş re­dak­tor ki­mi fəa­liy­yət gös­tə­rib. Bu qə­zet və jur­nal­la­rın sı­ra­sın­da Mü­ba­ri­zə qə­ze­ti də var, Bor­ça­lı və Zə­ka jur­na­lı da. Su­per­mar­ket və Həf­tə qə­zet­lə­ri­ni bu­ra­ya əla­və et­sək, Ya­şa­rın bir pub­li­sist ki­mi keç­di­yi hə­yat yo­lu­na nə­zər sal­mış ola­rıq. Qə­zet işi, re­dak­tor­luq Ya­şa­rın ən sev­di­yi peşədir. Hə­lə or­ta mək­təb il­lə­rin­də o, hə­mi­şə di­var qə­zet­lə­ri bu­ra­xar, re­dak­tor­luq edər­di. Ya­şar bir müd­dət də Azər­bay­can Döv­lət Te­le­ra­dio Ve­ri­liş­lə­ri Şir­kə­tin­də re­dak­tor iş­lə­yib, Azər­bay­can En­sik­lo­pe­di­ya­sı Nəş­riy­yat Po­liq­ra­fi­ya Bir­li­yin­də də el­mi re­dak­tor ki­mi fəa­liy­yət gös­tə­rib. O, ha­ra­da ça­lı­şır-ça­lış­sın, işin­də mə­su­liy­yət­li olub. Ge­cə­sin gün­dü­zünə qatıb. Dai­ma öz üzə­rin­də özü­nün ar­dı­cıl nə­za­rə­ti­ni qu­ra bi­lib. Ya­zı­la­rın­da real­lı­ğa söy­kə­nib, tə­bii­lik­dən, sə­mi­miy­yət­dən kə­na­ra çıx­ma­yıb. Azər­bay­can Res­pub­li­ka­sı­nın Mə­də­niy­yət Na­zir­li­yin­də baş inspektor iş­lə­yən Ya­şar 2000-ci ilin fev­ral ayın­dan hə­min na­zir­li­yin ay­lıq el­mi, me­to­di­ki, pub­li­sis­tik Mə­də­ni-maa­rif işi jur­na­lı­nın baş re­dak­to­ru və­zi­fə­si­nə irə­li çə­ki­lib. Məhz bu tə­yi­nat­dan son­ra əv­vəl­lər il­də 2-3 də­fə işıq üzü gö­rən Mə­də­ni-maa­rif işi jur­na­lı ay­lıq döv­riy­yə­yə ke­çib, tu­tu­mu 48 sə­hi­fə­dən 100 sə­hi­fə­yə çat­dı­rı­lıb, re­dak­si­ya ət­ra­fın­da sə­riş­tə­li qə­ləm sa­hib­lə­ri, elm və mə­də­niy­yət xa­dim­lə­ri top­la­nıb. Jur­nal Azər­bay­can Pre­zi­den­ti­nin ya­nın­da Ali At­tes­ta­si­ya Ko­mis­si­ya­sı­nın töv­si­yə et­di­yi el­mi nəşrlər si­ya­hı­sı­na da­xil edil­miş­dir. Ya­şar Və­li­yev mə­də­niy­yə­ti­mi­zi bir sı­ra öl­kə­lər­də təm­sil və təb­liğ edib. Onun bir pub­li­sist ki­mi qə­lə­mi daim iş­lə­yib, ye­ni-ye­ni uğur­la­ra im­za atıb. Ya­şar Və­li­yev 5000-dən ar­tıq mə­qa­lə­nin, 400 ka­ri­ka­tu­ra­nın və dostluq şar­jı­nın müəl­li­fi­dir. Üç ya­ra­dı­cı təş­ki­la­tın - Azər­bay­can Rəs­sam­lar İt­ti­fa­qı­nın, Azər­bay­can Ya­zı­çı­lar Bir­li­yi­nin və Azər­bay­can Jurnalistlər Bir­li­yi­nin üz­vü­dür. Müx­tə­lif ya­ra­dı­cı­lıq mü­sa­bi­qə­lə­ri­nin qa­li­bi, Qı­zıl Qə­ləm, Hə­sən bəy Zər­da­bi Cə­lil Məm­məd­qu­lu­za­də və di­gər mü­ka­fat­la­rın lau­rea­tı­dır. Ya­şar Və­li­yev 2005-ci il­də Azər­bay­can Pre­zi­den­ti­nin sə­rən­ca­mı ilə Tə­rəq­qi me­da­lı­na la­yiq gö­rü­lüb. Ədə­bi ya­ra­dı­cı­lı­ğa lap er­kən, on beş-on al­tı yaş­la­rın­da baş­la­yıb. On yed­di ki­ta­bın müəl­li­fi olan Ya­şar Və­li­ye­vin qə­ləm nü­mu­nə­lə­ri içə­ri­sin­də bə­dii də­yə­ri, yük­sək və­tən­daş­lıq duy­ğu­la­rı ilə se­çi­lən­lə­ri, oxu­cu ürə­yi­nə yol ta­pan­la­rı da­ha çox­dur. O gah şair ki­mi il­ha­mı­nı səs­lə­yir, gah na­sir ki­mi hə­ya­tın, cə­miy­yə­tin qa­ran­lıq nöq­tə­lə­ri­nə işıq sal­maq is­tə­yir, gah rəs­sam ki­mi ka­ri­ka­tu­ra­la­ra mü­ra­ciət edir, kim­lə­ri­sə gül­dü­rür, kim­lə­rə­sə ib­rət dər­si ve­rir. An­caq Ya­şar Və­li­yevin pub­li­sist ki­mi fəa­liy­yə­ti da­ha gö­rüm­lü­dür. Mə­də­ni-maa­rif işi jur­na­lı onun təş­ki­lat­çı­lı­ğı, tə­şəb­bü­sü sa­yə­sin­də res­pub­li­ka­mız­da ən çox abu­nə­çi­si olan, ən çox oxu­nan, çox po­pul­yar bir jur­na­la çev­ri­lib. O, bir re­dak­tor ki­mi xü­su­si is­te­da­da ma­lik­dir. Mə­də­ni hə­ya­tı­mız­da baş ve­rən ən üm­də ha­di­sə­lər, sə­nət adam­la­rı­nın im­za at­dıq­la­rı ye­ni ya­ra­dı­cı­lıq uğur­la­rı, xa­ri­ci sə­fər­lər­də Və­tə­ni­mi­zin, tor­pa­ğı­mı­zın adı­na ün­van­la­dıq­la­rı al­qış çələngləri, elm, bi­lik mən­bə­yi olan ki­tab və ki­tab­xa­na­la­rın işıq­lan­dı­rıl­ma­sı, təb­liğ olun­ma­sı onun rəh­bər­lik et­di­yi, im­za­sı ilə res­pub­li­ka­mı­zın bü­tün böl­gə­lə­ri­nə çat­dır­dı­ğı jur­na­lın hə­yat de­vi­zi­dir. Ya­şar Və­li­ye­vin püx­tə qə­lə­mi, il­ha­mı, qay­nar ürə­yi var. O, jur­na­lın hər nöm­rə­si­ni se­vinc və hə­yə­can­la göz­lə­yir, oxu­cu rə­yi­nə, mü­tə­xəs­sis fik­ri­nə hör­mət­lə ya­na­şır. Ne­cə de­yər­lər, da­ha çox öy­rən­mə­yə, da­ha çox öy­rət­mə­yə ça­lı­şır. Doğ­ru­dan, hər bir qə­zet, jur­nal re­dak­to­ru həm də bir müəl­lim, bir öy­rət­mən­dir. Onun keç­di­yi dərs da­ha ge­niş miq­yas­lı olur. Ya­şar Və­li­yev də bu mə­na­da öz jur­na­lı, öz dər­si ilə öyü­nə bi­lər. Bu sə­tir­lə­rin müəl­li­fi­nin də şeir­lə­ri və xa­ti­rə ya­zı­la­rı hə­min jur­na­lın sə­hi­fə­lə­rin­də də­fə­lər­lə işıq üzü gö­rüb, əks-sə­da do­ğu­rub. Onu ya­xın­dan ta­nı­yan bir qə­ləm dos­tu ki­mi mən Ya­şa­rın müs­təs­na ədə­bi zöv­qü­nü, sa­də, sə­mi­mi, meh­ri­ban, is­ti­qan­lı tə­biə­ti­ni, dostluqda sə­da­qət­li, ai­lə­can­lı, qay­ğı­keş, zəh­mət­se­vər, xe­yir­xah şəx­siy­yə­ti­ni, düz­lü­yə, tə­miz­li­yə söy­kə­nən, güc­lü mə­su­liy­yət his­si­nə kök­lə­nən qə­lə­mi­ni yük­sək qiy­mət­lən­di­ri­rəm. Yu­xa­rı­da qeyd et­di­yim ki­mi, Ya­şar zi­ya­lı ai­lə­sin­də bö­yü­yüb bo­ya-ba­şa ça­tıb. Onun ata­sı rəh­mət­lik Hi­da­yət müəl­lim bü­töv Bor­ça­lı ma­ha­lı­nın hör­mət elə­di­yi ağır, san­bal­lı ki­şi­lər­dən olub. M.V.Lo­mo­no­sov adı­na Moskva Döv­lət Uni­ver­si­te­ti­nin fi­lo­lo­gi­ya fa­kül­tə­si­ni əla qiy­mət­lər­lə bi­ti­rib. El­mi rəh­bə­ri, gör­kəm­li ədə­biy­yat­şü­nas alim Əziz Şə­rif onun is­te­dad və ma­ra­ğı­nı gö­rüb as­pi­ran­tu­ra­da sax­lat­dır­maq is­tə­sə də, Hi­da­yət müəl­lim Bor­ça­lı­da yo­lu­mu göz­lə­yən üç ba­lam var - de­yə ra­zı­laş­ma­yıb. Be­lə­cə sək­kiz dil bi­lən zi­ya­lı bü­tün öm­rü­nü ta­le­yin ona bəxş et­di­yi gə­lə­cək el­mi uğur­lar­dan im­ti­na edə­rək Bor­ça­lı­ya qa­yıt­mış, müx­tə­lif mək­təb­lər­də pe­da­qo­ji fəa­liy­yət gös­tər­miş, al­tı öv­la­dı­nın al­tı­sı­nın da sa­vad­lı, xe­yir­xah bö­yü­mə­lə­ri­ni tə­min et­miş­dir. Ya­şa­rın ədə­bi ya­ra­dı­cı­lı­ğa mey­li ana­sı Tər­lan xa­nı­mın söy­lə­di­yi na­ğıl­lar­dan, de­di­yi ox­şa­ma­lar­dan ,ba­ya­tı­lar­dan qay­naq­la­nıb. Onun ana­sı­nın ölü­mü­nə həsr et­di­yi bir şeir mə­ni xey­li tə­sir­lən­dir­di: Bu dərd yan­dı­ra­caq mə­ni hər za­man, Yo­lun­da zəh­mə­tim ol­ma­dı, ana, Bü­rü­yür öm­rü­mü çən, çis­kin, du­man, Yo­lun­da zəh­mə­tim ol­ma­dı, ana. Tut­qun bir pa­yı­zı an­dı­rır ürək, Qay­ğı­lı, kə­dər­li, pə­ri­şan, köv­rək. Yo­lum­da çək­sən də nə qə­dər əmək, Yo­lun­da zəh­mə­tim ol­ma­dı, ana! Tək­ra­rən xa­tır­la­dı­ram ki, Ya­şar ai­lə­can­lı, ev­can­lı adam­dır. Se­vim­li ömür-gün yol­da­şı El­mi­ra Hə­sən­qı­zı da ya­zı­çı­dır. Ne­çə-ne­çə ma­raq­lı ki­tab­la­rın müəl­li­fi, Dün­ya-press qə­ze­ti­nin tə­sis­çi­si və baş re­dak­to­ru­dur. Bö­yük oğ­lu Nik­bi­nin to­yun­da mən də iş­ti­rak edir­dim. Ya­şa­rın o ax­şam­kı hə­yə­ca­nı, se­vin­ci məc­lis­də­ki­lə­rin ha­mı­sı­na si­ra­yət elə­miş­di. Təb­rik üçün söz al­dım. Onun bir qə­ləm sa­hi­bi, bir sə­mi­mi in­san, nə­ha­yət bir ata ki­mi özəl mə­ziy­yət­lə­rin­dən da­nış­dım, ürə­yi kök­sü­nə sığ­mır­dı, xa­hiş elə­di ki, bəy-gə­li­nin şə­rə­fi­nə bir mə­həb­bət şei­ri də oxu­yum. Şeir məc­lis­də­ki­lə­rin sü­rək­li al­qış­la­rı ilə mü­şa­yiət olun­du. İn­di Ya­şar ba­ba, El­mi­ra xa­nım isə nə­nə­dir. Üç gö­zəl nə­və­lə­ri var: Ni­had, Ya­şar, El­mi­ra... Bö­yük nə­və­lə­ri Ni­had dərs əla­çı­sı­dır. Mən bu ya­zı­mı bir il ön­cə – Ya­şa­rın altmış il­li­yi ərə­fə­sin­də yaz­ma­lıy­dım. Tək­cə Ya­şa­rın özü­nə və mə­nə mə­lum olan üzrlü sə­bəb­dən bu ya­zı ge­cik­di. Mən qə­ləm dos­tu­ma möh­kəm can­sağ­lı­ğı, ai­lə səa­də­ti, ye­ni-ye­ni ya­ra­dı­cı­lıq uğur­la­rı ar­zu­la­ya­raq bu ya­zı­mı bi­tir­mək is­tə­yi­rəm. Mu­sa Ələk­bər­li, 525-ci qə­zet, 1 may 2012-ci il
Posted on: Thu, 06 Mar 2014 07:11:23 +0000

Trending Topics




© 2015