Bu ayı necə büsbütün ibadətə çevirməli? İnsanın bu - TopicsExpress



          

Bu ayı necə büsbütün ibadətə çevirməli? İnsanın bu ayda hərəkətlərinin, rəftarlarının hamısı ibadət ola bilər. Bir şərtlə - səmimi, həqiqi mənada, ürəkdən Yaradana üz tutsa. Allahın dərgahında olmağını hiss edərək, bu ayla vücudi harmoniyaya daxil olmaq istəsə. Ramazan ayı bir aydır ki, iman əhlinə bunda oruc tutmaq vacib buyurulub. Rəbbimiz Öz mübarək Kitabında, “Bəqərə” surəsinin 183-cü ayəsində iman əhlinə müraciət edərək, buyurur: “Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi sizə (də) oruc yazıldı və qərara alındı (ki,) bəlkə (ruhunuz qüvvətlənsin və nəfsi istəklərdən) çəkinəsiniz”. Yəni o kəslər ki, iman gətirməyə iddialıdırlar, Allaha, Peyğəmbərin gətirdiklərinə inanandırlar, İslamın vacib buyurduğuna əməl edənlərdirlər - Uca Rəbb sizlərə müraciətlə oruc tutmağın vacibliyini buyurur və onun fəlsəfəsini açır. Dinimiz deyir ki, oruc sizin üçün yazılmış oldu, qərara alınmış oldu. Necə ki, yazılmış idi o kəslərə ki, sizlərdən öncə olmuşdurlar. Olsun ki, təqvalı olasınız. Uca Allah iman əhlinə müraciət edir, lətif bir müraciətlə. Sevgi dolu bir müraciətlə. Məhəbbətlə, rəhmət dolu bir müraciətlə. Hazırıqmı bu müraciətə? Ramazan ayında qəlblərimiz, vücudlarımız, qulaqlarımız, gözlərimiz Rəbbimizin bu müraciətini eşitməyə hazırdırmı? Hazırlamışıqmı özümüzü? Rəbbimiz hər birimizə ünvanlayır bu müraciəti. “Ey iman gətirənlər” - bir şirin müraciətdir. Allah-Təala bizləri sevərək müraciət edir. Hər birimizə müraciət edir. Hər birimizə ünvanlayıb öz göndərişini ki, iman gətirmisinizsə, oruc sizin üçün yazılmış oldu. Oruc sizin üçün qərar verildi. Necə ki, sizdən öncəkilər üçün oruc vacib qərar verildi. Sizlərdən hər biriniz üçün də oruc yazıldı. Oruc tutmaq vacib əməl kimi müəyyən edildi. Belə isə hər bir insan özünə sual etməlidir ki, Rəbbimin mənə vacib əməl kimi tapşırdığı bir əməli həqiqi mənada yerinə yetirirəmmi? /menbe:ceferiler,com ,,,,,,,,,,ZEHRA HUSEYNI,,,,,,,,,
Posted on: Sun, 14 Jul 2013 18:04:50 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015