Bu gün 28 may metrosundan istifadə edərək evə getmək - TopicsExpress



          

Bu gün 28 may metrosundan istifadə edərək evə getmək istəyirdim. Çoxlarınızın bildiyi kimi orda təmir hələ ki, bitməyib. Döşəmənin bir hissəsinə döşənən sürüşkən daşlar isə təhlükə mənbəyidir. Girişdən girib uzun yoldan sonra qatarların hərəkət etdiyi yerə yaxınlaşmağıma az qalmışdı. Gördüm önümdə gözdən əlil bir kişi çəliyi ilə pilləkənləri düşür.Amma hələ təzə daşların döşəndiyi hissəyə çatmamışıq. Kişi çəliyini divara vura-vura gedirdi. Bildim ki, bu kişi ayağını təzə daşlara qoysa sürüşüb yixilacaq.Ona görə də kişinin arxasınca getməyə başladım ki, yazıqdı yıxılmasın. Gücüm çatan köməkliyi edim ona. Normal insan sürüşür bu daşların üstündə, bu yazıq neyləsin. Elə ki, kişi ayağını yeni daşa qoydu irəliyə dogru sürüşməyə başladı. Tez kişinin qolundan yapışdım.Sağ olsun oğlanlar da kömək elədilər. Onların da yardımıyla gözdən əlil bir nəfəri yerlərdə sürünməkdən qurtardıq. Bunun kimi nə qədər hadisələr ola bilər orda. Lap götürək normal insanları. Hamı Allah Allahla yeriyir bu daşların üstündə. Görəsən o daşı ora düzdürməyə göstəriş verən şəxs harasıyla düşünüb bu qərarı verib.Onun özünü ora getirib o baş-bu baş sürüşdürüb yıxıltmaq lazımdı. Ehh.... ne isə, problemlər bitən deyil. Allah hamımızı xətadan-bəladan qorusun, nə deyim.
Posted on: Fri, 08 Nov 2013 16:04:28 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015