Bu günün tarixi (25.11.2013) İlin 327-ci günü İlin - TopicsExpress



          

Bu günün tarixi (25.11.2013) İlin 327-ci günü İlin sonuna 36 gün qalır Bu günün namaz vaxtları Fəcr - 06.23 Günəş - 07.38 Zöhr - 12.31 Əsr - 15.21 Məğrib – 17.33 İşa – 18.53 1177 — Mönjizare döyüşü baş vermişdir. 1810 — rus cərrah Nikolay Piroqov anadan olub. 1820 — rus yazıçısı Mixail Dostoyevski anadan olub. 1844 — alman mühəndisi, ixtiraçı, avtomobil istehsalının pioneri, avtomobil konstruktoru Karl Bens anadan olub. 1867 — Alfred Nobel dinamiti patentləşdirmiş dir. 1881 — Roma papası XXIII İohan anadan olub. 1887 — rus bioloqu, genetik, seleksiyaçı Nikolay Vavilov anadan olub. 1889 — türk yazıçısı Rəşad Nuri Güntəkin anadan olub. 1901 — azərbaycanlı aktrisa Mərziyyə Davudova dünyaya gəlib. 1915 — Çili diktatoru Auqusto Pinoçet anadan olub. 1917 — Rusiyada Müəssisan Məclisinə seçkilər keçirilmiş, bu seçkilərdə bolşeviklər cəmi 25% səs ala bilmişdilər. 1918 — azərbaycanlı yazıçı, ssenarist İmran Qasımov anadan olub. 1926 — amerikalı fantast Pol Anderson anadan olub. 1932 — SSRİ EA Qafqazşünaslıq Elmi Tədqiqat İnstitutunun bazasında Ümumittifaq Akademiyasının Zaqafqaziya Filialı təsis edilmişdir. Bir müddət sonra isə, Ümumittifaq Akademiyasının Zaqafqaziya Filialının Azərbaycan şöbəsi açılmışdır. 1936 — Almaniya və Yaponiya Antikomintern paktını imzalamışdır. 1961 — Dominikan Respublikasında dövlət başçısının sərəncamı əsasında siyasi xadim olan Mirabal bacıları vəhşicəsinə öldürülmüşdür. 1967 — Bakı metropolitenini n daimi istismarı və qatarların müntəzəm hərəkəti başlanmışdır. 1972 — Bakıda Şıx çimərliyi yanında Xalqlar Dostluğu parkı salınmışdır. 1973 — Dövlət çevrilişi nəticəsində Yunanıstan prezidenti Andres Papandreu hakimiyyətdən uzaqlaşdırılmış dır. 1977 — BMT İsrailin ərəb torpaqlarını işğal etməsini pisləyən qətnamə qəbul etmişdir. 1981 — ispan futbolçusu Xabi Alonso anadan olub. 1991 — Moskvada Nizami Gəncəvinin abidəsinin açılışı olmuşdur. 1991 — İlk dəfə Azərbaycanda İranın sənaye malları sərgisi keçirilmiş, sərgi 5 dekabrda başa çatmışdır. 1992 — Çexoslovakiya iki müstəqil dövlətə – Çex Respublikası və Slovakiyaya parçalanmışdır. 1994 — azərbaycanlı aktyor Məmməd Burcəliyev vəfat edib. 1997 — Bakıda GUAM blokunun (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) təşkil edilməsinə dair protokol imzalanmışdır. 2000 — Abşeron yarımadasında güclü zəlzələ baş vermiş, köhnə tikililər ciddi xəsarət almışlar. 2008 — Azərbaycanda ilk dəfə dövlət büdcəsindən kütləvi informasiya vasitələrinin maliyyələşdiril məsinə vəsait ayrılmışdır. #Fehruz
Posted on: Mon, 25 Nov 2013 05:43:05 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015