Bu il keçiriləcək prezident seçkilərinə bir aydan da az vaxt - TopicsExpress



          

Bu il keçiriləcək prezident seçkilərinə bir aydan da az vaxt qalıb. Hətta, bir müddətdir ki, qeydə alınmış namziədlərin təbliğat- təşviqat kampaniyasına başlanılıb. Amma, seçki prosesləri ilə bağlı ictimaiyyətdə müxtəlif fikirlər səslənir. Bəzi siyasilər seçki kampaniyasının dinamik şəkildə aparıldığını düşünsələr də proseslərdə süstlüyün müşahidə olunduğu qənaətində olanlar da var. Buna görə də, ölkədə baş tutacaq seçki kapmaniyası ilə bağlı hazırkı durumu öyrənmək üçün namizədlikdən imtina etmiş, Böyük Quruluş Partiyasının başkanı, millət vəkili Fazil Mustafa ilə əlaqə saxladıq. Seçki ilə əlaqdar “Şərq”in suallarını F. Mustafa cavablandırdı. Seçkidə iştirak edəcəyinizi bəyan etmişdiniz. Sonradan isə kampaniyaya qatılmayacağınızı bildirdiniz. Bu hansı zərurətdən irəli gəldi? Seçkidə iştirak etmək üçün maddi və digər resurslara malik olmaq lazımdır. Hazırkı hakimiyyətin maddi və inzibai şəraiti o qədər güclüdür ki, indiki şərtlər daxilində ciddi dəstəklə mübarizə qoşulmaq imkanı yoxdur. Seçkiyə qatılan namizədlər üçün bir hədəf qalır ki, bu da öz baxış və idealarını təbliğ etməkdir. Təbii ki, bu məsələdə bizim kifayət qədər hazırlığımız var. Cəmiyyətə də deyəcəyimiz fərqli bir mövqeyimiz və baxışlarımız mövcuddur. Problemlərin tamamilə fərqli bir təhlilini də ortaya qoya bilərik. Ona görə də bizim üçün bu hədəf əsas götürülə bilərdi. Çünki, qalıb gəlmə iddası indiki şərtlərlə realist yanaşma kimi qiymətləndirilə bilməzdi. Açığını desəm bunun üçün də şərtlər o qədər də əlverişli deyil. Yəni, debatlara 6 dəqiqə verilməsi, hər hansı bir şəkildə KİV-lərdən geniş istifadə edərək xalqla təmas qurmaq, əlverişli mitinq yerləri vasitəsilə insanları ora dəvət edib mövqeyi çatdırmaq kimi məsələlər əlverişli olmayan şərtlər var. Onsuz da biz vaxtaşırı sosial şəbəkələrdə yazılarımızı, mövqeyimizi əhali ilə bölüşürük. Televiziya imkanlarından istifadə edirik. Bu tempi yarımçıq saxlamırıq. Ona görə də bizim qərar realist davranmadan irəli gələn bir qərar idi. Ona görə də seçkidə iştirak etməməyi qərara aldıq. Sentyabrın 16-dan etibarən qeydə alınmış namizədlərin təbliğat-təşviqat kampaniyasına start verilib. Seçkilərlə bağlı hazırkı durumu necə dəyərləndirirsiniz? Seçkilərə az müddət qalsa da seçki atmosferi hiss olunmur. Azərbaycanda yalnız revanş atmosferi hiss olunur. Artıq rəqabət arxa plana keçib. Hər kəs əlində olan hansısa normal və çirkli kompromatları bir-birinə irad tutmaqla daha çox səs qazanacağını düşünür. Faktiki olaraq hamının düşünmədiyi bir məqam var. Yəni, Azərbaycan cəmiyyəti bu prosesin içində deyil. Azərbaycan cəmiyyəti biganə, laqeyd, hər hansı bir şəkildə proseslərə müdaxilə etmək istəyən, proseslərdə dəyişiklik yaratmaq istəyən cəmiyyət kimi görünmür. Oa görə də bu məsələyə daha realist yana.maq lazımdır. Ola bilsin ki, hanısasa namizəd hakimiyyət təmsilçisinə qalib gələ bilər. Amma, bu səhvi qoruma mexanizmləri Azərbaycanda demək olar ki yoxdur. Məhkəmə mexanizmləri ilə bunu qorunması təbii ki, hakimiyyətin xeyrinədir. Digər kütlənin müəyyən dərəcədə öz iradəsini ortaya qoyma imkanları məhduddur. Bu baxımdan hesab edirəm ki, kampaniya müddətində müxalif qüvvələr hakimiyyəti islahat prosesinə təşviq edəcək. Onu dəyişikliklərə məcbur edəcək bir taktika hazırlamalıdırlar. Yəni hakimiyyəti səndən alacağıq deməklə məsələ həll olunmur. Bunun əvəzinə hakimiyyəti islahatlara səsləmək lazımdır. Müxalifətin iddiası bu məsələlələr yönələrsə, məncə hakimiyyəti islahatlar təçviq etmək daha asan olan. İndi şərtlərdə bu məsələlər önə çəkərdim. Seçkilərim imitasiya xarakterli olmasını nəzərə alaraq, bizim seçkidən kənarda qalmağımız normal hal kimi dəyərləndirilməlidir. Güman edirəm ki, İctimai TV-nin efirində qeydə alınmış namziədlərin ödənişsiz debatlarını izləyirsiniz. Debatlarda namizədlər öz platformaları və gələcək konsepsiyaları ilə bağlı çıxışlar emirlə. Onlar daha çox bir-birin tənqid etməklə məşğuldurlar. Hətta, bəzən bu polemika və tənqidlər təhqir və söyüşə keçir. Doğrudandamı namizədlər öz platformalrını bu cür təqdim etməlidirlər? Platforma ümumi sözlərlə hazırlana bilər. Amma, namizədlərin Azərbaycanın problemləri ilə bağlı baxışları aydın olmalıdır. Açığı bu baxışlar məlum bir hazırlı və nəzəri mövqelərlə diyə qədər işlənib, cilalanıb cəmiyyətə çatdırılmalı idi. Təssüf ki, bu yoxdur. Belə olan halda hansı konsepsiyadan, Azərbaycanın hansı gələcəyi ilə bağlı problemlərə baxışdan söhbət gedə bilər. Azərbaycan siyasətində mövcud olan kasadlıq və axsaqlıq elə budur. Siyasi səhnəyə atılmış insanların əksəriyyəti bir büt olaraq tərəfdar olaraq mövcuddurlar. Yəni flankəsin qəlyanı, filankəsin saqqalı, filakəsin kostyumu xoşuma gəlir. Buna görə də kimlərinsə 5-10 il ərzində hansı işlər gördüyü, hansı problemlərin çözüm yolunu təklif etməsi gündəmdə deyil. Ona görə də hazırda belə bir mənzərənin ortaya çıxması gözləniləndir. Hesab edirəm ki, debatlar namizədlərin özlərinin problemlərə baxışı debatı olmalıdır. Namziədlər bir –birini ifşa etmək yolunu tuturlarsa, bu artıq hazırlıqsızlığın göstəricisidir. Məncə daha fərqli bir ytaktiki variant hazırlanmalıdır və məsələyə də bu prizmadan münasibət bildirilməlidir. Qeydə alınmiş namizədlərə ayrılmış ödənişsiz efir vaxtlarının 19:00 da seçilməsi ictimaiyyətdə müəyyən narazılıqlara səbəb olub. Bəziləri iddia edir ki, təyin olunan vaxt iş saatına düşdüyünə görə sakinlər debatı izləyə bilmirlər. Vaxtın 21:00 –a dəyişdirilməsini tələb edirlər. Sizcə vaxtın belə seçilməsi hər hansı bir problemə yol aça bilərmi? Məsələni işin yumor tərəfinə yönəltsək. Bu vətəndaşlaeın xeyrinə düşünülmüş bir addım kimi də qiymətləndirilə bilər. Çünki, debatları dinləyəkən ürək ağrısı keçirə bilərlər. Üstəlik Azərbaycanda siyasi mədəniyyət haqqında daha pessimist təsəffürlərə malik ola bilərlər. Ona görə də vaxt vaxt məsələsi önəmli deyil. Baxan adan saat neçə olursa olsun baxır. Bunun seçki proseslərinə heç bir təsiri yoxdur. Zənnimcə əhali bütölükdə bu proseslərdə maraqsızdır. Bu da cəmiyyətimizn xarakteri ilə bağlı məsələdir. Cəmiyyətimiz daha çox sabitlik faktoruna üstnıük verir. Azərbaycan cəmiyyətin demokratiya istəyən bir çoxluq müşahidə olunmur. Belə ab-hava yoxdur. Cəmiyyətdə bu tendensiya varsa, saat neçədə olsa da izləyəcəklər. Seçkiyə maraq yoxdursa, vaxtı dəyişəklə daha çox auditoriyanı cəlb etməyi düşünmək sadəlövlük olar. Qeyd etdiniz ki, cəmiyyətdə seçki proseslərinə maraq göstərənlər azdır. Onda belə aydın olur ki, builki kampaniaada d seçkiyə qatılan elektoratların sayı elə də yüksək olmayacaq? Əlbəttə, əhalinin xeyli hissəsi seçkiyə qatılmağa maraq göstərmir. Çünki, dəyişikliyə ümidlər yoxdur. Azərbaycanda radikal hakimiyyət dəyişiklikdən söhbət getmir. Adamlarda düşüncə dəyişikliyinin nə formada baş verəcəyindən söhbət gedir. Adamlar ümumi Azərbycn problemlərinə laqeyd olduqları kimi demokratiya məsələsinə də laqeyddirlər. Eyni laqeydlik Qarabağ məsələsinə münasibətdə deyil? Qarabğı düşündüyünü hamı deyə bilər. Amma, onu düşünüən hərəkətləri, davranışları müşahidə edilmir. Bu isə o anlama gəlir ki, bu hələ ki müəyyən proseslərin pozitiv balanslaşmaya doğru irəliləməsinə hazılığımız zəifdir. Cəmiyyəti buna hazırlamaq lazımdır. Müxalifətin də əsas vəzifəsi insanları düşüncə baxımından özlərinə bağlamaqdır. Narazı insanlar həmişə olur. Amma, bu narazılığın müxalifətə tərəf yönəlməməsi olduqca düşündürücü məsələdir. Tapılan tezilər, səslənən rəylər insanların içinə hopmur. İnsanlara yönəlmir. Bu da gələcəyimiz barədə hələ nikbin danışmağa əsas vermir. MSK ilə bağlı müəyyən ittihamlar irəli sürülür. Hətta, “Real “ hərəkatının sədri İlqar Məmmədov namizədliyinin qeydə alınmamasına görə sözügedən qurumla bağlı məhkəməyə müraciət edib. Ümumiyyətlə MSK-nın fəaliyyətini necə dəyələndirirsiniz? Burda ədalətli qərar məələindən daha çox hüquqi qərar məsələsinə diqqət ayrımalıyıq. Yəni, baxmlıyıq ki, MSK nə dərəcədə hüquqa uyğun qərarlar qəbul. Hələ ki, bu aspektdə xüsusi inadırıcı sənəd ortaya qoyulmayıb. Bir faktı qeyd edim ki, bəzi adamlar bildirilər ki, onların imzaları düzgün qiymətləndirilməyib. Hətta strukturu olan partiyaların belə imzatoplmada böyek problemlərlə qarşılaşdığı ortadadır. Əhaliyə seçkiyə maraq göstərmirsə, imzaya neə araq göstərə bilər? Məsələnin kökündə bu dayanır. Bir çox hallarda MSK-nın qəbul etdiyi qərarları bu cür açanda anlamaq olmur ki, bu cür qərarlarda nəyi irad tuturlar? Real imza toplmlrınımı sübut etməyə çalışırlar. Açığı mən bunu bir çox hallarda inandırıcı saymıram ki, bu şərtlərdə hakimiyyət namizədindən başqa və partiya strukturu olan BAXCP, Ədalət, Ümid partiyalarından başqa qurumlar imza toplama imkanına sahib olsunlar. Bu çox çtin prosesdir. Ona görə də MSK –nı itiham edərkən əsaslı sübutlar və dəlillər olmalıdır. Bu ortaya qoyulsa, qurumun fəaliyyətini daha dəqiq qiymətləndirmək olar. Amma, bütüövlükdə MSK-nın fəaliyyəti təbii ki, müxalifəti qane etmir. Çünki, bir sıra məqamlarda açıq-aşkar çoxluğun iradəsini təmsil etdiynə görə onu uyğun da qərarlar qəbul edirlər. Prezident seçkilərinə Avropa Parlamenti və ATƏT-in müşahidəçi göndərməməsi nə dərəcədə düzgndür? Bu nəyə işarədir? Əslində müşahidələrin də bir effektli variant deyil. Müşahidəçi gəli nəyi dəyişir ki? Müşahidəçi bir saat bir mənətəqədə olur, bir saat da başqa məntəqədə. Yekunda da bir dəfə baş çəkir.Ortalıq prosesdə müşahidəçinin kampaniyaya hər hansı bir təsiri olmur. Ona görə də müşahidə məsələsini də şişirtmək lazım deyil. Müşahidəçilərin gəlib-gəlməməsi seçkinin nəticələrinə təsir etmirsə bunu tələb etməyə lüzum görülmür. Ona görə də Avropa şurasının qərarı anlaşılandır. Onar faktiki olaraq bizim kimi ölkələrdə nəyinsə dəyişməısinə maraq göstərmirlər və buna həvəslidə yanaşmırlar. Amerika ölkəmizdə keçiriləcək seçkilərlə bağlı hansı mövqedə durur? Bu məsələdəmi iki standartlara uyğun addımlar atır? AZərbycanla bağlı məsələlərdə ABŞ həmişə ikili standartlara uyğun addımlar atır. ABŞ-ın seçki kampabniyasında hansısa təiredici imkanları yalnız hakimiyyətin mövqeyinə yaxın olaraq qiymətləndirilməlidir. Çünki, Rusiya və ABŞ –ın Azərbaycanla bağlı layihələrində daha çox təhlükəsizlik və enerji problemləri önə çəkilir. Demokratiya məsələsi ümumiyyətlə nəzərdə tutulmur. Bu baxımdan ABŞ-ın mövqeyi üzdə demokratiyanı dəstəkləmək istəməsi görünsə də onların əsas hədəfi Azərbaycanla münasibətlərini davam etdirmək siyasəti durur. ABŞüçün indiki iqtidar çox əlverişlidir. İqtidar onunla ardıcıl münasibəti ABŞ-ı qane dir. Ötən gün qeydə alınmış namizədlərin debatında namizədliyi deokratik qüvvələrin Milli Şurasının təşəbbüs qrupu tərıfindən irəli sürülmüş Cəmil Həsənli 22 sentyabr tarixində Yasamal rayon Idman-Sağlamlıq Kompleksinin stadionunda aksiya keçiəcəklərini bəyan etdi. Sizcə bu aksiyalar gər hansı bir dəyişikliyə gətirib çıxara bilərmi? Seçkiöncəsi belə aksiyalrın keçirilməsi əhəmiyyətlidir. Amma, əsas məslə seçki qutusundadır. Əhəmiyyət seçkinin nəticələri ilə bağlı dəstəyin ortaya qoyulamsıdır. Bu baxımdan indiki şərtlərdə mitinqlərin deyil, televiziyanın effekti böyük olur. Çünki, əhalininn əksəriyyəti vaxtını mitinqlərə səfərbər edə bilmir. Proses dah çox telemıkanlardan izləməyə üstünlük verirlər. Amma, güman etmirəm ki, bu mitinqdə fövqəladə dəyişilik və abı-hava yran mitinq olsun. Seçkilərlə bağlı gözləntilərinizi bilmək istərdim. Nıdir sizin gözlənti? Dəyişiklik olacaqmı? Hesab edirəm ki, seçkidə iqtidar təmsilçisi qalib gələcək. Burad müxalifətin ən böyük uğuru ikini tura qalması ola bilər. Amma, bütün hallarda ölkədə insanları seçkinin nəticəsindən daha çox seçkidən sonrakı islahatlar insanları maraqlandırır. Amma, islahatların həyata keçirilməsi hələdə aydın görünmür. Ümid edək Azərbycanda iqtidarı zamanın tələbini nəzər alaraq, iqtisadi və siyasi sahədə ciddi islahalara yönləndirəcək bir müxalifətçilik olacaq. Bu da Azərbycanda düşüncə dəyişikliyinin təməlini qoyacaq. Ayyət Əhməd
Posted on: Thu, 19 Sep 2013 21:25:57 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015