Bu il oskara yaxın filmlərdən biri də American Hustle (10 - TopicsExpress



          

Bu il oskara yaxın filmlərdən biri də American Hustle (10 nominasiyada namizəd)filmidir.Film 1978-ci ilin tipik amerikan həyatını çox maraqlı şəkildə göstərir.Filmdə saxta əsərləri gəlir mənbəyinə çevirən saxtakarın şərikindən və ailəsindən,həmçinin onun işini necə kübarcasına görməsindən və FBİ agentini necə kələk gəlməsindən bəhs edir.Nəzərə alsaq ki,film bioqrafiya deyil amma filmdəki bəzi səhnlər real həyatda baş verib,onda filmin bir növ spoyler olduğunu açıq-aydın başa düşmək olar.Ssenari yaxşıdır.Yəni oskar alma ehtimalı var.Aktyor heyəti də David O. Russelin komandasıdır.Yəni Devid O. Russel filmlərini sevirsinizsə,bu filmi sevməməyiniz bəlkə də qeyri mümkün olar.Çünki bu aktyorlar yetarincə tanınmış aktyorlar və aktrisalardır.Bir David O. Russel filmi kimi son 2 filminin aktyor heyətinin bəzi aktyorlarını bir yerə cəmləyərək tutuzdurub.Bəlkə də filmə baxmaq istəyənlərin çoxu məhz aktyor heyətindəki aktyorları bir yerdə görmək istəyənlər olacaq.Amma David O. Russel də pis rejissorluq etməyib və ssenaridə də dəsti-xətti olub.Jennifer Lawrence isə 2-ci plan aktrisa nominasiyasında oskara çox yaxındır.Filmin dekorasiyası və kostyumlar,qrim də filmi rəngarəng edir.Cazibədar paltarlar və 1978-ə uyğun saç düzümləri filmi bir pillə daha öndə edir.Musiqi isə artıq bu filmi tamamlayır.Filmdə həmçinin ara-sıra kiçik yumoristik anlar olur ki,bu da filmə marağı artırır.Eynən David O. Russelin Silver Linings Playbook-u kimi.Məncə watchlistinizə bədii yumor əlavə etmək istəyirsinizsə buyurun American hustle-ı əlavə edin. Filmin adı:American Hustle Aktyorlar:Christian Bale,Amy Adams,Bradley Cooper,Jennifer Lawrence,Jeremy Renner,Michael Pena,Robert De Niro və s. Әmsal:7.5 Yazdı:Nihad Jafarov
Posted on: Tue, 25 Feb 2014 16:51:46 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015