Buna dəqiq əmin olun ki, siqaret sizin sağlamlığınız - TopicsExpress



          

Buna dəqiq əmin olun ki, siqaret sizin sağlamlığınız üçün təhlükəli olması ilə yanaşı, ətrafda insanlara zülm etməyinizlə, əziyyət verməyinizlə yanaşı, islam dininə görə də siqaret çəkmək haramdır və axirətdə bu əməlinizə görə böyük günah sahibi olurusnuz. Siqaretin məqbul, məkruh və s. halala yaxın adlandıranların sözlərinə inanmayın. İslam dininə görə siqaret çəkmək haramdır. Haramdan çəkinmək isə hamımızın borcudur. Allah təala Qurani- Kərimdə siqaretin haram olması barədə belə buyurur: “Sonra, o gün nemətlər barəsində hökmən sorğu- suala tutulacaqsınız” (Təkəsur surəsi, . Siqaret çəkməklə özünüzə, ətrafınızda olan digər insanlara əziyyət verdiyiniz üçün sorğu-sual olunacaqsınız. Allah təala yənə buyurur: “Yeyin-için, lakin israf etməyin. Şübhəsiz ki, Allah israf edənləri sevmir” (Əraf, 31). Allah təala siqaretin adını Qurani Kərimdə çəkməsə də hamımız bilirik ki, siqaret çəkmək israf etməkdir və Allah təala da bunu bizə qadağan edir. Həqiqi mənada isə Allah təala siqaret çəkməyi bizə qadağan edir. Qadağan olunan hər bir iş haramdır. Siqaret çəkmək də israf olduğu üçün haramdır. Ağılı olan heç kim siqareti təmiz, pak hesab etmir. Əksinə siqaret zərərli və zibillik törədən vasitədir. Müsəlman isə həmişə hər cəhətdən təmiz olmalıdır.
Posted on: Tue, 02 Jul 2013 01:37:07 +0000

Trending Topics



Recently Viewed Topics



1

© 2015