Bəyanat Son vaxtlar Dağıstanda fəaliyət göstərən - TopicsExpress



          

Bəyanat Son vaxtlar Dağıstanda fəaliyət göstərən separatçı və terrorçu “Sadval” ləzgi hərəkatı Azərbaycana qarşı genişmiqyaslı təxribatlar həyata keçirməyə başlayıb. Bu üzdəniraq qurum müxtəlif bəhanələrlə milli qarşıdurma yaratmağa, Azərbaycan-ləzgi xalqları arasına ədavət toxumu səpməyə, ölkəmizə qarşı ərazi iddiaları irəli sürməyə dair çağırışlar edir. Dərbənd şəhər yerli özünüidarəetmə orqanının və icra hakimiyyətinin qərarı ilə şəhərin mərkəzi küçələrindən birinə Azərbaycanın mərhum prezidenti, Dağıstan xalqlarının yaxın dostu olmuş Heydər Əliyevin adının verilməsi ətrafında çirkin kampaniya aparan “Sadval”bununla da əsl iç üzünü ortaya qoyub. Küçədən H. Əliyevin adının götürülməsi məqsədilə bir qrup “ Sadval ” ideoloqu təxribat xarakterli informasiyalar yayır, kütləvi aksiyalar keçirməyə cəhdlər edir. Bu məqsədlə iyunun 29-da Dağıstanın paytaxtı Maxaçqalada, Krasnodarda, Ryazanda, Krasnoyarskda və digər şəhərlərdə etiraz mitinqləri keçirmək planlaşdırılıb. Rusiya Federasiyasının bəzi dairələri tərəfindən idarə olunan “Sadval” təşkilatı ona cavab verilmədikcə daha da azğınlaşır, yeni-yeni tələblər irəli sürür, ölkəmizə qarşı yalan və böhtanlar uydurur, azərbaycanlıların milli heysiyyatına toxunan qondarma problemlər qaldırır, var qüvvəsi ilə Azərbaycanın şimalında da ictimai-siyasi sabitliyi pozmağa çalışır. Ləzgi xalqı tərəfindən heç bir dəstək almayan separatçı qurum ermənilərlə, bir qrup talış və avar separatçısı ilə işbirliyinə girərək özünün himayəsində olan internet saytları vasitəsilə və sosial şəbəkələrdə Azərbaycana qara yaxmaq, seçki öncəsi vəziyyəti qarışdırmaq, Azərbaycanda yaşayan digər etnik azlıqların hüquqlarının da tapdalanması kimi cəfəng iddialar irəli sürməklə erməni qardaşlarına yaltaqlıq etmək üçün dəridən-qabıqdan çıxır. “Sadval ” la eyni mövqedən çıxış edən Rusiya Federal Ləzgi Milli-Mədəni Muxtariyyatının prezidenti, Rusiya prezidenti yanında millətlərarası münasibətlər şurasının üzvü, qatı millətçi Arif Kərimov da son vaxtlar siyasətbazlıqla məşğuldur. Əslində aparılan çirkin kompaniyanın başında duran bu şəxs Avropaya səfərlər edərək ləzgi xalqının adından yalan məlumatlar yayır, saxta bəyanatlar verir. Sual olunur: Dərbənd şəhərində H.Əliyevin adına küçə verilməsinin Tümendə yaşayan ləzgilərə nə dəxli var? Avropa parlamentinin üzvlərinə nə aidiyyatı var? Əlbəttə cavab aydındır. Azərbaycanlıların yığcam yaşadığı Dərbənddə bu məsələni ortaya atmaqla Arif Kərimov kimilər bunun nə ilə nəticələnəcəyini yaxşı bilirlər. Rusiyanın bəzi dairələrinin və ermənilərin köləsinə çevrilən sadvalçıların aldıqları pulların əvəzində ara qatmaqdan başqa çarələri qalmayıb. Biz çox təəssüf edirik ki, Moskvada fəaliyyət göstərən “Azərros”, Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqı və digər diaspora qurumları susur, separatçılara layiqli cavablarını vermirlər. Azərbaycandakı siyasi partiyalar və ictimai təşkilatlar da susqunluq nümayiş etdirir, özlərində təpər tapıb separatçılara yerlərini göstərə bilmirlər. Azərbaycan və ləzgi xalqlarını çox qədim tellər bağlayır. Hər iki xalq tarixin imtahanlarından üzüağ çıxıblar. Dərdimiz və sevincimiz bir olub. Bizi birləşdirən tarixi və mədəni kökləri saymaqla qurtarmaz.Ləzgi xalqının nümayəndələri Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlər veriblər. Bu gün də Milli Ordumuzda ləyaqətlə xidmət edir, ölkəmizin iqtisadi inkişafı üçün görülən işlərdə fəallıq göstərirlər.Əsrlər boyu dost və qardaş kimi yaşayan azərbaycanlıların və ləzgilərin arasına nifaq toxumu səpmək istəyənlər deyəsən 90-cı illərin ortalarında baş verənlərdən ibrət dərsi götürməyiblər. Həmin dövrdə məhz ləzgi xalqı separatçıları yerində oturtdu, onlara layiqli cavablarını verdi. İnanırıq ki, yenə də belə olacaq. Rus və erməni mahnılarında “oynayan” “Sadval”ı məhz ləzgi xalqı tarixin zibilliyinə tullayacaqdır. Şimal regionu üzrə İnsan Hüquqlarının Monitorinq Mərkəzi Xaçmaz şəhəri Telefon: (050) 557-83-33
Posted on: Wed, 19 Jun 2013 06:47:36 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015