DEBAT NƏDİR? -Müəyyən mövzu ətrafında müxtəlif saylarda - TopicsExpress



          

DEBAT NƏDİR? -Müəyyən mövzu ətrafında müxtəlif saylarda olan ən azı 2 zidd tərəfin mövqe konfliktinə əsasən apardığı müzakirə debat adlanır. Debatlar struktur xüsusiyyətlərinə görə 2 cür olur: formal və qeyri-formal. Formal debatlar müəyyən struktur (reqlament) əsasında oynanılan intellektual oyunlardır. Bu cür debatlar əsasən komanda şəklində oynanılır. Formal debatların xarakterik cəhətləri fərdi inkişafa istiqamətlənməsidir: müşahidə, araşdırmaçılıq, analitika, mühakimə, əsaslandırma və natiqlik kimi keyfiyyətlərin təlimi və möhkəmləndirilməsi debatların şəxsin inkişafına olan əsas töhfələrindəndir. Qeyri-formal debatlara isə ictimai-siyasi debatları misal göstərmək olar.
Posted on: Fri, 21 Jun 2013 18:47:57 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015