Deyimmi? Etirafım bomba partlayışı təsirini - TopicsExpress



          

Deyimmi? Etirafım bomba partlayışı təsirini buraxacaqdı. Əlbəttə, təşbeh çeynənmişdir. Bütün hisslərim çeynənəndə təşbeh haqqında düşünməyə dəyərmi? Deyimmi? Cavab əvvəlcədən məlumdur. İki, bəlkə üç, bəlkə, hətta beş xoşbəxt dəqiqəni onun heyrətdən lal olaçağına, donub qalacağına ayırıram. Bəs altıncı dəqiqə? Qəzəb? 51 İstehza? Laqeydlik? Bəlkə yumşaq bir tənbeh, bəlkə ağır bir təhqir? Fəqət hər necə olur-olsun rədd cavabı. Məni ağrıdacaq, incidəcək, kədərləndirəcək bir cavab. Amma məni bu qorxutmurdu. Ən dəhşətlisi o idi ki, bu rədd cavabı məni bir ay, beş ay, ən çoxu bir il, iki il, lap elə ən uzağı bir insan ömrü incidəcəkdi. Sonra hər şey keçib gedəcəkdi. Xatirələr solacaq, ehtiraslar yatacaq, hisslər boyatlaşacaqdı. Ən axırda isə ölüm bütün hisshəyəcan bəzəklərini öz qara rəngiylə malalayacaqdı. Bəs birdən… Birdən… Bəlkə bu beş dəqiqəlik heyrətdən sonra o, balaca sarı çantasını açacaq, yol biletini cıracaq: – Mən sənsiz hara gedə bilərəm, – deyəcək, – ayrılıqda da yaşamaq olarmı, sənsizliyə necə dözüm? – deyəcəkdi. Bəs onda? Mən sevincimdən atılıb-düşəcəkdim. Onun gecə rəngli gözlərinə gündüz işığında doyunca baxacaqdım. Onun səhər rəngli üzünü gecənin gizlinində doyunca öpəcəkdim. Bəxtiyar olacaqdım. Bir ay. Bir il. Yaxşı, iki il. Lap elə bir insan ömrü. Bəs sonra?
Posted on: Sat, 03 Aug 2013 11:52:14 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015