Doktorlar.az saytinda maraqlı məqalə oxudum. Muəllimlər - TopicsExpress



          

Doktorlar.az saytinda maraqlı məqalə oxudum. Muəllimlər oxumaga dəyər bir baxın. Sənədin adı Azərbaycan təhsilinin dirçəliş proqramı! Müəllif Namiq Məmmədov Proqramın zəruriyyəti Hər kəs bilir ki, millətin, dövlətin və hər bir insanın dünyada tanınıb, seçilib, layiqli yer tutmasında, təhsil vacib rol oynayır. Təhsili yüksək olan cəmiyyətin yaşayış tərzi yüksək olur, inkişaf edə bilir və həyatın bütün cətinliklərindən bacarıqla addaya bilir. Bzim Azərbaycanımızın inkişafını təmin etmək, yüksək səviyədə təlim, təhsil görən vətəndaşlarımızin üzərinə düşür. Hal hazırda Azərbaycan mütəxəssislərinin biliyi və təhsili yüksək olmadığından dövlətimiz texnoloji üsul və avadanlıqları xaricdən gətirməli olur. Xaricdən gətirilən texnologiya və avadanlıqlar bizə baha başa gəlir. Göstərilən səbəblərdən bizm dövlətin yüksək bilikli mütəxəssislərə ehtiyacı var. Belə mütəxəssislərin ölkəmizdə yetişdirilməsi lazımdır. Azərbaycanda 120 000 nəfərlik ora məktəb müəllimi ordusu var, yüksək təminatlı məktəblərimiz də az deyil. Dövlət büdcəsindən təhsil sisteminə ildə 1300 000 000 manat vəsayit xərclənir. (Bəs effekti?) Bunların hamısı olan yerdə, nə üçün təhsilimizin səviyyəsi aşağıdır? Nə üçün məktəblərdə dərs keçmirlər? Nəticədə şaqirdlərimiz dəyərli vaxtlarını itirirlər, normal səviyədə təhsil ala bilmirlər. Bu da Respublikamızın inkişafına mənfi təsir göstərir. Səbəbi odur ki, müəllimlərin zəhmətini cəmiyyətimiz dəyərləndirə bilmir. zəhmət çəkib dərs deyən müəllimə və vaxtını keçirib uşaqlarımızın gələcəyini oğurlayan müəllimlərə eyni ölçüdə maaş verilir. Bu maaşlar, bizim cəmiyətimizin ixtisassız işçilərinin əmək haqlarından azdır. Dünən parta arxasından qalxan və vurma cədvəlini tam mənimsəməyən gənc qızın əmək haqqı, ali təhsilli müəlimin maaşından çoxdur. Bir supürgəçi, gündə beş ofisdə (cəmi100 kvadrat metrdə) alayarımçıq təmizlik işi aparırsa, ayda 500-600 manat maaş alır. Müəllimin orta əmək haqqı 200-230 manat təşkil edir. Belə olan halda biz müəllimdən nə tələb edə bilərik? Digər tərəfdən də, mən özünə müəllim deyib şagirdlərin qabağında boşboğazlıq edib gənclərin gələcəyini oğurlayan adamları da başa düşə bilmirəm. Müəllim sənəti səni, sənin ailəni təmin etmirsə, nə üçün başqa işlə məşqul olmursan? Məgər həkim sənə boşboğazlıq etməyi buyurub? Mən bəzi valideyinləri də başa düşmürəm. Onlar əziyyət çəkib övladlarını yedirdirlər, bəzəyirlər, məktəbə oxumaqa gönərirlər, amma maraqlanmırlar ki, ay balam sən nə oxudun, sənə kim necə dərs dedi , sən gələcəkdə kim olacaqsan, sən cəmiyyətdə insana laiq bir mövqe tuta biləcəksənmi? Bir külk düşmüş toyuqun altına 12 yumurta qoyurlar ki, cücə çıxartsın. Toyuq yumurtlara lazımı diqqət yetirmirsə, ona təsir edirlər (qaranlıq yerəd saxlayırlar, boğazına araq tökürlər, ki yumurtaların üstündə yatsın, yumurtalar xarab olmasın), yaxud gedib qonşudan başqa külk düşmüş toyuq axtarırlar ki, amandı 12 yumurta xarab olmasın. Bəs bəzi validryinlər 17 il əziyət cəkdiyi övladlarına nə üçün belə diqqətsizdilər? Nə üçün maraqlanmırlar ki, övladlarina necə təhsil verilir? Və sonda biləndə ki uşaqlarımıza orta məktəblərdə təhsil verilmir susurlar, başqa yollar axtarlar, rüşvət verib attestat alırlar. Proqramın mahiyyəti. Təklif edirəm ki, müəllimin və məktəbin “bazara çıxartdığı məhsuluna” ( TQDK testlərindən müvəffəqiyətlə keçib tələbə adını qazanan şagirdlərin sayına və topladığı ballara) uyğun müəllimlərə mükafat verilsin. Yəni hər abiturientin topladığı hər bir balına uyğun müəllimlərə 10 manat mükafat verilsin. Bu mükafatın 5 manatını məktəbin pedoqoji kollektivi abiturientin yetişdirilməsində zəhməti olan müəllimlər arasında bölür. Qalan 5 manatı abiturient ərizəsində göstərdiui fənn müəllimləri arasında topladığı balların sayına uyğun bölünür . Beləliklə hər bir məktəb və hər bir müəllim çəkdiyi zəhmətin müqabilində mükafatını alır. Bir məktəbdən 10 şagird gəbul olubsa və hər şagird 350 bal toplaya bilibsə, məktəbə daxil olan mükafatın həcmi: 10 şagird X 350 bal X 10 manat=35000 manat mükafat edir. Bu mükafat zəhmətkeş müəllimlər arasında paylanır, stimul olur. Proqramın effekti İbtidai sinif müəllimindən tutmuş fənn müəllimlərinə kimi, hər bir müəllim TQDK dan (dövlətdən) mükafat ala biləcək. Bu halda şagirdin bilikli olub, ali məktəbə qəbul olmasında məktəbin və müəllimin maraqlı olacaq. Hər bir məktəb direktoru, məktəbə gələn şagirdin vaxt kecirməsini deyil, yüksək bilik almasını təmin edəcək. Bütün müəllim kollektivləri şagirdə bilik verməyə çalıçacaqlar ki, ilin sonunda mükafat ala bilsinlər. Əlavə dərsə ehtiyac qalmasın deyə repetitor müəllimlər məktəbdə dərs prosesində şagirdə yüksək şəkildə bilik verəcəklər. Repetitor müəllimlər valideyinlərdən aldıları puldan artığini ilin sonunda qəbul olunan şagirdlərin sayəsində mükafat şəklində dövlətdən ala biləcəklər. Əlavə dərs kecməyə, vaxt itirməyə ehtiyac olsada çox az olacaq. Nəhayət ali məktəblərə daxil olan şagirdlər də təhsil aldıqları müəllimlərinə qiymət verə biləcərlər, kolxozçu psiologiyasından azad olacaqlar. Məzunların da rəylərini cəmiyyət dəyərləndirəcək. Onları da cəmiyyətimiz vətəndaş kimi qəbul edəcək. Vaxt. Proqramı bu gündən həyata keçirməyə başlamaq olar, yetər ki qərar qəbul edə bilən bir adam tapılsın, Azərbaycan cəmiyyətini savadsızlıq uçrumundan qurtarsın. Proqramın əlavə üstünlükləri Proqram sayəsində məktəbin və müəllimin nüfuzu yüksələcək. Şagirdlərin biliyi artacaq və onlar məktəbə əylənmək üçün deyil, bilik almaq üçün gedəcəklər. Müəllimlər məktəbə, gələcəyimizi oğurlamaq üçün deyil, cəmiyətimizi yeni zirvələrə aparamaq üçün gələcəklər. Şagirdlər (ali məktəblərə qəbul olanlar) müəllimlərinə qiymət verə biləcəklər. Müəllimlərin arasında seçim yaranacaq. Öz peşəsini yaxşı bilməyən müəllim, ya savadını artırmalı, yaxud başqa peşənin dalınca getməli olacaq. Respublikamızin orta məktəblərində tez bir zamanda biliyin səviyyəsi artacaq. Proqrama lazım olan vəsait. Proqramın həyata keçməsi üçün təqribən ildə 120 milyon manat vəsait yetərlidir. Nəticə Bilik elə bir çıraqdır ki, onu söndürmək olmur. Bilik elə bir yükdür ki, onun çəkisi insana güc verir. Bulik elə bir xəzinədir ki, onu talamaq olmur. Bu xəzinədən bizim milləti məhrum etməyin! Namiq Məmmədov 12.07. 2013cü il.
Posted on: Thu, 25 Jul 2013 19:33:17 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015