Düşüncələr.... Uşaq olanda daha böyük düşünürük. - TopicsExpress



          

Düşüncələr.... Uşaq olanda daha böyük düşünürük. Yaş artdıqca böyük düşüncələr kiçilməyə, zaman isə qısalmağa başlayır. Bəzən düşünmək belə istəmirsən. Zaman keçdikcə realist olmağa başlayırsan. Realist olduqdan sonra, daha çox maddiyat səni maraqlandırır, çünki həyat bunu tələb edir. Bəzən bunun üçün nə etmək lazım olduğunu bilirsən, bəzən də yox. Amma yaşamaq üçün maddiyat lazımdır. Zaman keçdikcə insan həyatla kompramisə gedir. Daha sonra isə insan öz tələbatını yox, zamanın tələbatını ödəməyə başlayır. Artıq zamanla ayaqlaşıram ifadəsini işlədirsən. Bəs bundan sonra? Vücudunun ölümə meyilliliyini qəbul edirsən. Artıq sən də bəyənmədiyin yaşlıya çevrilmisən. Onlar kimi keçmişi düşünürsən və keçmişlə yaşayırsan. Çünki qarşıda heç nə yoxdur, ölüm deyilən acı həqiqətdən başqa. Hər kəs sənə hörmət edəcək. Ona görə yox ki, keçmişin səninlədir, ona görə ki, sən ölümə daha yaxınsan...
Posted on: Wed, 06 Nov 2013 18:15:09 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015