Dərs 4 1. O o [ou] hərfı, əsasən iki cür oxunur: a) О - TopicsExpress



          

Dərs 4 1. O o [ou] hərfı, əsasən iki cür oxunur: a) О hərfi vurğulu açıq hecada [ou] kimi oxunur, məsələn: no [nou] xeyr, yox note [nout] qeyd, qeyd etmək a rose [ərouz] qızılgül go [gou] getmək so [sou] beləliklə, belə ki. [ou] ikitərkibli səsdir (diftonqdur). İngilis [ou] səsi Azərbayean (o) və (u) səslərinin birləşməsi ilə müqayisə edilə bilər. b) Vurğulu qapalı hecada о hərfi [o] kimi oxunur. [о] səsi Azərbaycan dili (о) səsinin qısa və yarımçıq tələffiizünə oxşayır. Azərbaycan dilində on sözündəki (o) səsi ingilis dili [о] səsinə oxşayır, məsələn: on [on] üstündə (nəyinsə) hot [hot] isti (hava, su) dot [dot] nöqtə (işarə) not [not] yox (inkar hissəciyi) fond [fond] zərif, sevən pot [pot] gülqabı, dibçək 2. Qoşa oo hərfləri iki cur oxunur: a) OO hərfbirləşməsi adətən [u:] kimi oxunur, məsələn: too [tu:] həmçinin room [ru:m] otaq food [fu:d] yemək, ərzaq goose [gu:z] qaz (quş) spoon [spurn] qaşıq fool [fu:l] ağılsız, axmaq b) oo hərfbirləşməsi d,k,t hərflərinin qarşısında gələrsə qısa [u] kimi oxunur, məsələn: good [gud] yaxşı look [luk] baxmaq book [buk] kitab foot [fut] ayaq hook [huk] qarmaq goods [gudz] mal-dövlət, əmlak 3. U u [ju:] hərfi iki cür oxunur: a) u [ju:] hərfi vurğulu açıq və şərti açıq hecalarda [ju:] kimi oxunur. [ju:] səsi Azərbaycan dilində (yuu) səs birləşməsi ilə müqayisə edilə bilər, məsələn: due [dju:] lazımi, vaxtında, hesabına mute [mju:t] lal, səssiz student [stjuıdənt] tələbə b) u [ju:] hərfı vurğulu qapalı hecada [ʌ] kimi oxunur. [ʌ] səsini tələffdz etmək üçün ağız boşluğu açıhr, dilin orta hissəsi yuxarıya qalxır və dodaqlar adi vəziyyət alır. Bu vəziyyətdə sanki Azərbaycan dilindəki (a) səsinin qısa variantı tələffüz olunur, 4. Rr [a:] hərfi bir cür oxunur: [r] kimi. red [red] qırmızı read [ri:d] oxumaq rose [rouz] qızıl gül arrest [ərest] həbs (etmək) 5.th [ti:, eıtʃ] hərfbirləşməsi iki cür oxunur: a) cingiltili [ð] səsi kimi. ð] səsi Azərbaycan dilində yoxdur. Bu səsi [d] və [z] səsləri ilə qarışdırmaq olmaz. [ð] səsinin tələfffizü zamam dilin ucu dişlərin ara-sında olur və güclü nəfəs axını ilə dilin ucu geri çəkilir, məsələn: b) kar [Ө] səsi. [Ө] səsi Azərbaycan dilində yoxdur. Bu səsi [s] səsi ilə qanşdırmaq olmaz.[Ө] səsinin tələffüzündə dilin ucu dişlərin arasında durur və zoif nəfəs axını ilə dilin ucu geri çəkilir, məsələn: Sait və samit hərfbirləşmələri: 1. er [i:, a:] hərfbirləşməsi iki cür oxunur: a) üzərinə vurğu düşdükdə (vurğulu halda) [ə:] kimi oxunur. [ə:] səsi Azərbaycan dilindəki (ö) səsindən tam şəkildə fərqlənir. Azərbaycan dili (ö) səsindən fərqli olaraq ingilis dilində [ə:] səsi toləffüz olunarkən dodaqlar yanlara dartılır, ağız boşluğu azca açılır, ınəsələn: person [pərsn] şəxs, adam fern [fə:n] ayıdöşəyi, qıjı (bitki) her [hə:] onun (qadm cinsi) b) er vurğusuz vəziyyətdə neytral [ə] kimi oxunur və əsasən sözlərin sonunda işlədilir, məsələn: a sister [sıstə] bacı larder [la:də] anbar 2. ar hərfbirləşməsi bir cür oxunur: [a:] [a:] səsi Azərbaycan dilindəki (a) səsinin uzun tələffüz olunan variantına oxşayır. Təqribən Azərbaycan dilindəki saat, maarif, sait sözlərindəki (a) səsinə uyğun gəlir,məsəlen: a car [əka:] minik maşmı far [fa:] uzaq, kənar Sait hərfbirləşmələri: 1) ey [i:, waı] hərfbirləşməsi [ei] kimi oxunur, məsələn: hey [hei] nida (çağınş) they [öeı] onlar (şəxs əvəzliyi) grey [grei] boz (rəng) 2) ou hərfbirləşməsi adətən [u:] kimi. oxunur, məsələn: you [ju:] sən- siz (şəxs əvezliyi) group [gru:p] qrup, dəstə, bölmə
Posted on: Tue, 19 Nov 2013 17:34:10 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015