Eli Qutman: Azərbaycanı asan rəqib hesab edənləri başa - TopicsExpress



          

Eli Qutman: Azərbaycanı asan rəqib hesab edənləri başa düşə bilmirəm 4 sentyabr 2013 11:15 Futbol üzrə İsrail yığmasının baş məşqçisi Eli Qutman DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycanla oyun öncəsi müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir. - Siz vaxt azlığından çox şikayətlənirsiz. Bu, doğrudan sizi çox narahat edir? - Bizə həqiqətən vaxt çatışmır. İşsiz qalmağı sevmirəm. Hərdən elə olur ki, komanda ilə işləmək üçün darıxıram. Əlbəttə, vaxt azlığı mənim yığmadan istədiyim hər şeyi meydanda göstərə bilməməyimizə də səbəb olur. Futbolçularla daim ünsiyyətdə olmağa çalışıram. Lakin bu, məşqləri əvəz etmir. - Qrupda üçüncü olmağın yaxşı nəticə olduğunu demişdiniz. İndi də bu fikrinizdə qalırsız? - Gözəl başa düşürəm ki, bizim indi qrupda daha yüksək yerlərdən birini tutmağımız üçün yaxşı şansımız var. Amma mən hadisələri qabaqlamaq istəmirəm. Bu kampaniyada biz yalnız bir oyunda uduzmuşuq – Rusiyaya. Azərbaycan və Portuqaliya ilə heç-heçə etmişik. İki dəfə Lüksemburqa, bir dəfə Şimali İrlandiyaya qalib gəlmişik. Hazırda 11 xal kifayət qədər qənaətbəxş nəticə hesab oluna bilər. - Amma bu, daha çox ola bilərdi... - Bəli, Rusiya ilə oyunda məğlubiyyətdən qaçmaq olardı. Çünki həmin oyunu evdə keçirirdik. Həmçinin Azərbaycanla səfər oyununda da xal itirməyə bilərdik. - İsrailin finişə Portuqaliya və Rusiyadan öndə çatacağına inananlar çox azdı... - Biz Rusiya və Portuqaliya ilə oyunlarda xal qazana bilərik. Amma hazırda yalnız Azərbaycanla oyunu düşünürəm. Tam olaraq bu görüşə köklənmişik. Mən çox istərdim ki, bu oyunda stadion tam dolu olsun. Bilirəm ki, bütün ölkə bizi dəstəkləyəcək. Hədəfimiz Azərbaycana qalib gəlməkdən ibarətdi. Rusiya ilə oyuna yaxşı əhval-ruhiyyədə yollanmaq istəyirik. - Azərbaycan yığması barədə nə deyə bilərsiz? - Azərbaycanlılarla Berti Foqts işləyir. O, çox inadkar komanda yaradıb. Bakıdakı oyunda bizim hücumçular demək olar ki, çox az boşluqlar tapa bilirdi. Mən onların Rusiya və Portuqaliya ilə də oyunlarına baxmışam. Portəgizlər son yarım saatda istəklərinə çatdılarsa, ruslar son dəqiqələrdə penalti qoluna sevindilər. Ona görə də Azərbaycanı asan rəqib hesab edənləri başa düşə bilmirəm. - Zədəlilərin çox olması sizi narahat etmir? - Bu barədə düşünməməyə çalışıram. Bunu futbolçulardan da xahiş edirəm. Biz sabah məğlub olsaq və ya xal itirsək, zədəlilərə görə özümüzə bəraət qazandıra bilmərik. Çünki yığmada başqa yaxşı futbolçular da çoxdu. MURAD
Posted on: Wed, 04 Sep 2013 09:14:32 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015