FEXRIMIZ OLAN,ATU-NUN CERRAHI XESTELILER KAFEDRASININ - TopicsExpress



          

FEXRIMIZ OLAN,ATU-NUN CERRAHI XESTELILER KAFEDRASININ MUELLIMI,TIBB UZRE FELSEFE DOKTORU QAZANDIQI NAILIYYETLERE GORE Cərrah Parviz Abbasov Azərbaycan Milli Elmlər Akademiyası(AMEA) tərəfindən Prezident Mükafatına namizəd göstərilmişdir. Bu haqda AMEA-in internet səhifəsində məlumat yayılmışdır. science.gov.az/az/index.php?id=6366 AMEA “Gənclər üçün Prezident Mükafatına 8 gənc alimin namizədliyini irəli sürəcək Azərbaycan Milli Elmlər Akademiyası “Gənclər üçün Prezident Mükafatı”na 8 gənc alimin namizədliyini irəli sürəcək. Bu haqda qərar AMEA Rəyasət Heyətinin noyabrın 20-də keçirilən iclasında qəbul olunub. Belə bir mükafatın təsis olunmasının ümumilikdə gənclərin, o cümlədən AMEA-da çalışan gənc tədqiqatçıların potensialının reallaşdırılmasına stimul yaradacağını qeyd edən AMEA-nın akademik katibi və müxbir üzvü, professor Rasim Əliquliyev namizədlərin müvafiq Ekspert komissiyasına təqdim olunmuş 24 nəfər arasından seçildiyini və Rəyasət Heyətinə təklif edildiyini bildirib. R.Əliquliyev akademiyanın mükafata layiq bildiyi gənc alimlərin siyahısının dekabrın 1-dək Azərbaycan Gənclər və İdman Nazirliyinə təqdim ediləcəyini söyləyib. Prezident mükafatına namizədlər AMEA Riyaziyyat və Mexanika, Fizika, Geologiya, Botanika və Ədəbiyyat institutlarının, həmçinin Azərbaycan Tibb Universitetinin elmi nəticələri ilə fərqlənən gəncləridir. Bunlar riyaziyyat üzrə fəlsəfə doktorları Toğrul Muradov və Rövşən Bəndəliyev, tibb üzrə fəlsəfə doktorları - Yusif Hacıyev və Pərviz Abbasov, filologiya üzrə fəlsəfə doktoru Elnarə Akimova, Fizika İnstitutunun böyük elmi işçisi, dissertant Xuraman Xəlilova, Geologiya İnstitutunun aparıcı elmi işçisi Rafiq Səfərov və AMEA Botanika İnstitutunun elmi işçisi Gülnarə Balakişiyevadır. Qeyd edək ki, mükafat 10 min AZN, diplom, mükafatın nişanı və vəsiqəsindən ibarətdir. WWW.SCIENCE.GOV.AZ science.gov.az Azərbaycan Milli Elmlər Akademiyası “Gənclər üçün Prezident Mükafatı”na 8 gənc alimin namizədliyini irəli sürəcək. Bu haqda qərar AMEA Rəyasət Heyətinin noyabrın 20-də keçirilən iclasında qebul olunub.
Posted on: Sun, 24 Nov 2013 09:27:43 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015