Fasebookda müzakirə yazılarını oxuyuram,obyektiv təhlil - TopicsExpress



          

Fasebookda müzakirə yazılarını oxuyuram,obyektiv təhlil etmək istəyənlərlə şüar tipli yazanların bir tavan altında toplanmasını normal hesab edirəm. Hər şəxsin öz fikrinin olması normaldır,çünki insanlar düşüncələrində fərdidir, ancaq totalitar rejimlərdə ütülənmiş məddah fikirlər üst üstə düşə bilər. Ancaq heç bir fundamentə söykənməyən yazılardan zəhləm gedir, elə yazıların müəlliflərini ciddi adam hesab etmirəm. Bu gün mən camaatın diqqətini 2013-cü il prezident seçkisinə yönəltmək istəyirəm çünki budur Azərbaycanın taleyüklü məsələsi. Sizin bir hissəniz hadisələri 2005-ci il parlament seçkiləri ,daha doğrusu mənim Azərbaycana qayıda bilməməyimə yönəldirsiniz. Əlbəttə bu məsələdə müzakirə olunmalıdır. Ancaq bu müzakirə 2013-cü ildəki seçkiyə pozitiv bir şey verəcəksə. Söhbət mənim qəhrəmanlığımdan və ya qorxaqlığımdan getmir. Mənim Azərbaycana dönə bilməməyim faktdır, ancaq yerdə qalan bütün müxalifət liderləri Bakıda idi və biz uduzduq və ağır məğlubiyyətə uğradıq. Söhbət ondan gedirki 2008 və 2010-cu ildə ümumiyyətlə heç bir müqavimət göstərə bilmədik. 2005-ci ildə Bakının küçələrinə çıxarılan təpədən dırnağa silahlanmış qoşunlar və zirehli texnikanı ancaq 1990-cı il Yanvarında Biləcəridə Bakını işğal qabağı toplaşmış Sovet qoşunları ilə müqayisə etmək olardı. 1990-cı ildə Əliyevi ,1993-cü ildə S.Hüseynovu Bakıya buraxmamaq üçün çıxarılan silahlı qüvvələr 2005-ci ildəki gücün heç bir faizidə deyil idi. Siz hansı dünyanın ,hansı tarixində oxumusunuz ki, bir nəfər təkbaşına bağlanmış sərhədlərdən,bağlanmış aeroportlardan keçib qəfildən haradasa peyda ola bilər. Bunları müzakirə üçün yazmıram sadəcə nəzərinizə çatdırıram. Yenidən diqqətinizi 2013-cü ilə yönəltmək istəyirəm. Milli Şura yaranıb. Bu kifayət qədər ümidin artması və pozitiv enerjinin inkişafına səbəb olub. Ancaq məsələ ondadır ki, camaatın böyük əksəriyyəti düşnür ki, M.Ş. Yunan mifologiyasında olan qəhrəmanlardan biridir və o xalqı xilas edəcək. Özünün iştirakını ya görmür,ya da evində oturub M.Ş.-nı tərifləməyi dəstək hesab edir. Və M.Ş.-dan kimlərsə hökümət təşvişə düşüb ( təşvişə düşməyə düşüb,çünki sonra hansı addımın atılacağını bilmir) , yıxılacaq,qaçacaq deyəndə onsuzda passiv olan camaat dahada rahatlaşır və oturub bu hadisənin nə vaxt baş verəcəyini gözləyir. Xalqı başa salmaq lazımdırki onun aktiv iştirakı olmadan bu hakimiyyəti dəyişəcək qüvvə mövcud deyildir.
Posted on: Sun, 30 Jun 2013 15:07:19 +0000

Trending Topics



dalam

Recently Viewed Topics




© 2015