Hələ 18-20 yaşındasınızsa və kiməsə dəli kimi aşiq - TopicsExpress



          

Hələ 18-20 yaşındasınızsa və kiməsə dəli kimi aşiq olmusunuzsa bu sizi dünyanın ən dərdli insanı etməz. Çöldə insanlar ölür, ailəsini itirir, qolu-ayağı qopur, kiçik yaşda zorla evləndirilirlər. Atasından hər gün şillə yeyən dostlarım var. Bir il boyu həm oxuyub,həm də işləyib, imtahan günü iş yerindən icazə ala bilmədiyinə görə tələbə adını qazana bilməyən tanışım var. Xərçəng xəstəsi olan atasına və özünə zülm eləyən 3 qardaşına baxan və eyni zamanda məktəbə getməyə çalışan 14 yaşında qızlar var. Sizin isə kompyuteriniz var, telefonunuz var, ailəniz var, məktəbə və ya universitetə gedirsiniz, sağlamsınız. Axmağın biri ona bəslədiyiniz duyğulara qarşılıq vermədi deyə kədərlənib şikayət eləməyə, həyata küsməyə haqqınız yoxdu. Bəsdirin artıq !
Posted on: Wed, 21 Aug 2013 18:14:05 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015