Həzrəti Fatimə (ə) (4) Rəhimli və Rəhman olan ALLAHIN adı - TopicsExpress



          

Həzrəti Fatimə (ə) (4) Rəhimli və Rəhman olan ALLAHIN adı ilə بسم الله الرحمن الرحيم. اللهم صلي على محمد و آل محمد. اللهم بلغ مولاي صاحب الزمان صلوات الله عليه عن جميع المؤمنين والمؤمنات في مشارق الارض ومغاربها وبرها وبحرها وسهلها وجبلها حيهم وميتهم وعن والدي و ولدي وعني من الصلوات والتحيات زنة عرش الله ومداد كلماته ومنتهى رضاه وعدد ما احصاه كتابه و احاط به علمه . اللهم اني اجدد له في هذا اليوم وفي كل يوم عهدا وعقدا وبيعة في رقبتي اللهم كما شرفتني بهذا التشريف وفضلتني بهذه الفضيلة وخصصتني بهذه النعمة فصلي على مولاي و سيدي صاحب الزمان واجعلني من انصاره واشياعه والذابين عنه واجعلني من المستشهدين بين يديه طائعا غير مكره في الصف الذي نعت اهله في كتابك فقلت صفا كأنه بنيان مرصوص على طاعتك وطاعة رسولك وآله عليهم السلام اللهم هذه بيعة له في عنقي الى يوم القيامة. اللهم كنلوليك حجة ابن الحسن صلواتك عليه وعلى آبائه في هذه الساعة وفي كل الساعة وليا وحافظا وقائدا وناصرا ودليلا وعينا حتى تسكنه ارضك طوعا وتمتعه فيها طويلا... Rəhimli və Rəhman olan Allahın adı ilə. Aləmlərin Rəbbi olan Allaha həmd olsun. Allahın salam və salavatı ağamız və seyyidimiz Həzrət Məhəmməd və onun pak Əhlibeytinə, xüsusilə Allahın yer üzündə saxladığı şəxsə ( mütərcim- həzrət Məhdiyə (ə) ) olsun! Allah qiyamət gününədək onların düşmənlərinə lənət etsin. Keçmiş bəhslərimizin ümumi nəticəsi bu cümlədə əhatə olunur ki, Xatəmul-Ənbiyadan nəql edilən hədisə əsasən Fatimeyi-Zəhranın narahat olması onun narahatçılığı, könlünün açılması isə onun könlünün açılması deməkdir وما آتاكمالرسول فخذوه - Peyğəmbər sizə nə verirsə, onu götürün (əl-Həşr-7)-ayəsinə uyğun olaraq islamın bütün qrupları, hansı məzhəbə aid olmasından asılı olmayaraq, Fatimənin əzasını bu müsibətin əzəmətinə uyğun şıkildə təşkil etməlidir. Bu məsələ Allaha ibadət məsələsi deyil. Bu və ya digər məzhəbə mənsubiyyətdən asılı olmayaraq, Allaha və Xatəmul-Ənbiyaya imanın tələbinə əsasən, sarsılmaz sünnətin hökmü ilə Fatimiyyə şüarlarının bərpasıdır. Bu mövzu və araşdırmaların nəticəsi odur ki, Fatimiyyə təkcə şiələrə aid deyil, Qurana, Allahın rəsuluna və sünnətə imanı olan hər kəsə aiddir.(saydıqlarıma İmanı olanlar) sözsüz ki, Xatəm narahat olduqda narahat olmalı, sevindikdə isə sevinməlidirlər. Bu məsələ müqayisəsi özü ilə olan məsələlərdəndir. Ancaq (buməsələdə) ikidəstənin(qrupun) işi(vəzifəsi) daha çətindir. Birincisi alimlər və müsəlmanlar kitabın, həmçinin sünnətin incəliklərinianlayıb məsələyə olduğu kimi vaqif olan xüsusi şəxsləridir. Sözsüz ki, bu təbəqənin vəzifəsi daha çətindir. Ikinci təbəqə Siddeqyi-Kubra ilə qohumluq əlaqəsinə malik olan və onun övladlarındansayılanlardır. Bu təbəqənin də aydınlaşdırılmasına ehtiyac duyulan xüsusi bir məsuliyyəti vardır. Müsibətin əzəmətinə gəldikdə isə, Şiə məzhəbindəki sünnətin bəyanına əsasən burada bir hədisi qeyd etmək kifayətdir. Qarşıdan Fatimiyyə günləri gəldiyi üçün, bu əza sabahdan başlayıb cəmadiussani ayının 3-də başa çatır. Gərək o həzrətin fəzilətlərini, başına gələn hadisələri təblig edən məclislər, mərasimlər məmləkətin bütün guşələrində izdihamlı olsun. Bu hər bir müsəlmanın, xüsusilə də, bu məzhəbin davamçılarının zəruri işlərindəndir. Şiə təriqi ilə qeyd olunan rəvayətlərin biri kifayətdir və o rəvayət budur: ابي عن ابن محبوب عن ابن رعاب عن ابي عبيدة عن ابي عبد الله – bu sənəd (hədisin silsiləsi) fiqhi baxımdan Şeyx Ənsari kimi bir alim üçün ən mühüm fiqhi məsələlərdə hüccətdir(əsasdır,dəlildir). (silsilədə) Vasitəçilərin az olması həmin hədisə olan inamın qətiliyində mühüm məsələlərdəndir. Bu hədisin birinci tərəfi. Ikinci məsələ Rical elmində (mühəddislərin, hədislərin nə dərəcədə etibarlı olduğunu araşdıran elm sahəsi) bu ravilərin (rivayət edənlərin) kimliyi və onların rəvayətləri məsələsidir.Rəvayəti söyləyən mühəddislərin hamısı Şeyx və Nəcaşi kimi qədim əshabın etimadı və təsdiqi ilə etibarlı şəxslərdir. Bir nəfər ümumi təsdiqə, etimada əsasən etibarlıdır. Bu ümumi etimad Şeyx Tusinin “Ğüddə”, Əli ibn İbrahimin Təfsirdə qeyd etməsindən irəli gəir. Rəvayəti söyləyənlər də (qeyd etdiyim) bu xüsusiyyətlərə malikdir. Rəvayətin mətni belədir: عن ابي عبد الله عليه السلام قال كان رسول الله bu forma davamedici zamanı bildirir. Yəni Allahın rəsulu daimən belə edərdi, təsadüfən yox. كان رسول الله يكثر تقبيل فاطمة وانكرت ذلك عائشة فقال رسول الله يا عائشة اني لما اسري بي الى السماء دخلت الجنة فأدناني جبرائيل من شجرة طوبى وناولني من ثمارها فأكلته Allahın rəsulu Fatiməni çox öpərdi. Aişə bunu bəyənmədiyini dedikdə Rəsulullah dedi: ey Aişə mən meraca aparılarkən Cənnətə daxil oldum. Cəbrayıl məni bir ağaca yaxınlaşdıraraq onun meyvəsini mənə verdi. Mən meyvəni yedim.Rəvayətin özəlliyi, özünəməxsusluğu bundan ibarətdir ki, onun bədənini formalaşdıran maye (nütfə) ابيت عند ربي يطعمني –“məni yedirdən və içirdən Allahımın yanında gecəliyirəm” məqamında əmələ gəlməlidir. Bu həqiqətlər heyrətamizdir. Ancaq hər kəs üçün yox, həmin gecə meracın əzəmətinə vaqif olub hansı qürbün (yaxınlığın) baş verdiyinibilənlər üçün (heyrətamizdir). (bunu bildikdən) sonra tuba ağacının nə olduğunu anlayarlar. O ağacın xüsusiyyətləri nədən ibarətdir? Bu, elə bir ağacdır ki, cənnətdə bütün ümmətlərin peyğəmbərlərinin qəsrində o ağacın (tuba ağacının)bir kökü mövcuddur. Onun cisminin yaranma mənşəyi olan həmin nütfə belə bir ağacdan (ağacın meyvəsindən) əmələ gəlmişdir. Daha sonra buyurdu: Mən yerə qayıtdım və Allah həmin ağacın meyvəsindən Fatiməni mənə verdi. O həzrət (peyğəmbər) bunu belə açıqlayır: فما قبلتها قط heç elə bir vaxt olmadı ki, mən onu öpəm və ondan Tuba ağacının iyini almayam. Bədəni belə olan şəxsin , görəsən ruhu necədir? burada ruhla bədən arasındakı əlaqə, bədənin ruhla mütənasibliyi ilə bağlı dərin məsələlərdə müfəssəl şəkildə izah ediləcək bir mövzu vardır. Bütün bu incəlikləri nəzərə almaqla əgər bədən tuba ağacındandırsa, cismin mənbəyi oradandırsa, bəs onda, ruhun mənbəyi haradandır?! Bədən belə bir bədəndirsə, bu bədəndə yerləşən nəfs (ruh) necə bir nəfsdir? Elə buna görə də, bu həqiqətlər aydın olduqdan sonra altıncı imamın dediklərinin mənası müəyyən qədər aydınlaşacaq. Nə üçün Fatimə Fatimə adlandırılmışdır? Nə üçün? (çünki) Fatimə fətəmə kökündəndir. Fətm kəsmək, ayırmaq deməkdir. buyurur Fatimə ona görə fatimə adlandırılmışdır ki, insanlar onu tanımaqdan ayrı düşüblər, onu tanıya bilmirlər. ağılın əlini Onun sarsılmaz məqamına yetişməkdən kəsdi. Sübutu da budur ki, bədən belədirsə, cismin mayası ələl-illiyyindəndirsə (cənnətdəki ən yüksək mərtəbədəndirsə), bəs onda, görəsən, ruhun xəmiri haradandır? Elə burada altıncı imamın ruhun nədən xəlq edilməsilə bağlı verdiyi açıqlaması aydın olur. Bədən Tuba ağacındandır. Ancaq, ruh Allahın əzəmətinin nurundandır.Bu da, ruhun mənşəyi. Allahın əzəmətinin nurundan. Artıq burada hər bir qələm sahibinin qələmi sınır, heç bir fəqihin, hikmət sahibinin açıqlaması yetərli deyil. Bədən Tuba ağacından,ruh Allahın əzəmətindən...(belə olduğu təqdirdə) gecənin bir vaxtında bu bədən torpağa tapşırıla, onun kənarında duran mümkünat aləminin mərdi deyə ki, kaş ki, mən öləydim, ancaq bu vəziyyəti görməyəydim. Bu hadisə necə anılmalı, necə yad edilməlidir?. Burada Fatimənin övladlarının vəzifəsi çox mühümdür. Bu da ikinci qrup. Fatimənin övladları. Həqiqi olan hər bir övladı. Əvvəla övlad elə bir addır ki, ana tərəfdən də Fatimənin nəslindən olanlara şamildir . Quranın hökmü ilə ومن ذريته -onun nəslindən olanlar (əl-Ənam-84) (ayəsi) dediyimizə sübutdur. Övlad təkcə oğul tərəfindən artan nəsil deyil, qız tərəfindən (olanlar da) övladdır. Buna görə də, ilk növbədə ata tərəfindən fatimi (Fatimənin nəslindən) olanlar , daha sonra ana tərəfindən fatimi olanlar gərək o həzrətin cəmadiussaninin üçüncü günü olan şami qəribanını (qeyd etsinlər), bu il axşam olan kimi, məmləkətin bütün şəhərlərində seyidlərə məxsus heyətlərin küçəyə çıxması və anaları qarşısında öz vəzifə borclarını yerinə yetirmələri qərara alınmışdır. Burada iki məsələ var. Birinci məsələ odur ki, Şeyx Səduq “Uyun” əsərində bir rəvayət nəql edir. O rəvayətin məzmunu belədir: o həzrətin (Fatimənin) nəslindən olanların üzünə baxmaq ibadətdir. Bu söz öz mənşəyini haradan götürüb? Kəbəyə baxmaq ibadətdir, Qurana baxmaq ibadətdir, alimin surətinə baxmaq ibadətdir. Yalnız onunla qohumluq əlaqəsi olan bir fatiminin (Fatimə nəslinə mənsub olan kəsin) üzünə baxmaq ibadətdir? Səkkizinci imamdan sual olunur ki, baxmaq ibadətdir dedikdə Fatimənin nəslindən olan imamlara baxmaq nəzərdə tutulur? Imam cavab verir ki, Fatimə nəslindən olan bütün şəxslərə baxmaq nəzərdə tutulur. Yəni seyid 14 əsr sonra da gəlsə , yenə onun üzünə baxmaq ibadətdir. Bu, bir rəvayət. Ikinci rəvayət Səduqun “Əmali” əsərindədir. Rəvayətdə budur ki, qiyamət günü məhşəri bir zülmət bürüyər. Bu zülmət hər tərəfə çökdükdən sonra, məhşərdə nurlar parıldamağa başlar. Camaatı heyrət bürüyər ki, bunlar kimdir? Mələklərdir?, Peyğəmbərlərdir?, bəlkə şəhidlərdir? Bu zaman bir səs eşidilər ki, peyğəmbərlər deyillər, şəhidlər deyillər, bunlar xatəmul-ənbiyanın nəslindən olanlardır. Hər bir seyid iki xüsusiyyəti özündə birləşdirirsə, birinci rəsulullahın yolundan çıxmasın, ikinci günahın kirinə bulaşmasın, budur seyiddə dünyada üzünə baxmağı ibadət, qiyamətdə isə onu məhşərin yanar çırağına çevirən. Lakin, bütün bunlar nəyin bərəkətindən irəli gəlir? Gərək bunun kökünü, səbəbini tapaq. Rəsulun nəslindən olan ələvi seyyid və seyyidələr yalnız Siddeqyi-Kubranın yolu ilə olanlardır (ondan törənənlərdir). Bu da, dünyanın möcüzələrindəndir. Nə üçün onlar bura- (bu yüksək məqama) çatıblar? Bu imtiyaz öz başlanğıcını haradan götürür. Mənşəyi budur: dünyadan getdikdən sonra, artıq, onlar(baş verənlər) deyilməli deyil ....evdə heç kim yox idi. Yalnız Əsma evdə idi. Qüsl etdi. Xülasə sonra iki oğlan uşağı gəlib Əsma, anamıza nə olub ?-soruşdu. Hər ikisi peyğəmbərin qəbrinə sarı qaçıb “va əhmədah, ya mühəmmədah” deyərək onu köməyə çağırdılar. Sonra məscidə daxil oldular. Bel bükən şey isə budur: Əmirəlmöminin kimdir? O kəsdir ki, bədənində min zərbənin izi var idi. Heç bir zərbədə ah çəkmədi. Ancaq, bu iki uşağı (o vəziyyətdə) görən kimi qəşş elədi. Onun vəziyyəti haqda yazılan budur: üzünə su vurdular. Yerə yıxılmışdı, sonra ayağa qalxdı, gəlib evə daxil oldu. Evə daxil olduqdan sonra(Fatimənin) üzünə örtülmüş örtüyü qaldırdı. Mətləbin (mövzunu) əsası buradadır. فكشف عن وجهها فاذا برقعة عند رأسها فاذا فيها بسم الله الرحمن الرحيم هذا ما اوصت به فاطمة بنت محمد اوصت وهي تشهد ان لا اله الا الله وان محمدا عبده و رسوله وان الجنة حق والنار حق وان الساعة آتية لا ريب فيها وان الله يبعث من في القبور يا علي أنا فاطمة بنت محمد زوجني الله منك لاكون لك في الدنيا والآخرة انت اولى بي من غيري حنطني وغسلني و كفني بالليل وصلي علي ولا تعلم احدا Üzünü açdı, başının yanında bir məktub var idi. Məktubda yazılmışdı: rəhimli və rəhman olan Allahın adı ilə. Bu, Məhəmmədin qızı Fatimənin vəsiyyətidir. O şahid olduğunu bildirir ki, Allahdan başqa allah yoxdur, həqiqətən, Məhəmməd onun qulu və rəsuludur. Həqiqətən Cənnət haqdır, Cəhənnəm haqdır və o saat (qiyamət günü) gələcək, buna heç bir şübhə yoxdur, Allah qəbirdə olanları dirildəcək. ya Əli! Mən Məhəmmədin qızı Fatimə- Mən sözü ilə hər şeyi dedi, mən kiməm, bədənim nədən əmələ gəlib, ruhum nədir.- Həm dünyada, həm də Axirətdə sənə aid olam deyə Allah məni səninlə evləndirdi. Mənə layiq sənsən. Məni gecə ikən hünutla, qüsl et, kəfənlə, mənə salavat göndər və heç kimi xəbərdar etmə! Sonra isə dedi: Ya Əli səni Allaha tapşırıram. Yəni təkcə yavərin, yeganə rüknün mən idim, mən də getdim. Sonuncu cümləsi budur.seyidlər artıq başa düşsünlər ki, hansı vəzifələri var. Ilk öncə Əlinin və Fatimənin nəslindən olan kişi və qadınlar! məmləkətin hər bir yerində Həzrəti Zəhranın şəhadəti –cəmadiussani ayının üçü sizin vasitənizlə həmişəlik zəmanət altına alınmalıdır. Axşam düşdükdən sonra (şami-qəriban) seyidlər küçəyə çıxsın, seyid olmayanlar da onların arxasınca gəlsin, nə üçün? Çünki bu bir təbliğdir, kimsə bunu tövsiyə -təbliğ edib, kimsə təbliğ üçün vasitədir. sizə çatdırmaq istədiyi məsələ nədən ibarətdir? Vəsiyyət bununla bitir: واقرأ على ولدي السلام الى يوم القيامة - övladlarıma qiyamət gününədək mənim salamımı çatdır. Bu sözün mənası var, yəni onlara onlara de ki, gecə yarı hünut edildi, kəfənləndi və dəfn edildi. Bütün seyidlərin vəzifəsi bəlli oldu. Ilahi! Bizi Siddiqeyi-Kubranın ruhuna xatir bağışla! Bizi mümkünat aləminin qütbü olan övladının nəzər-diqqətindən məhrum etmə.
Posted on: Tue, 08 Oct 2013 14:47:06 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015