Kim məni qınayır, qoy qınasın! Amma mən son seçkilərdə - TopicsExpress



          

Kim məni qınayır, qoy qınasın! Amma mən son seçkilərdə xalqdan toplamda 100% səs almış iki kişiyə müraciət etmədən gözlərimə yuxu getməz. Çünki söhbət özümün və dostlarımın qanı və canı bahasına qurulmuş olan Dövlətimizin təhlükəsizliyindən və etibarından gedir. Şimaldan gələn təhdidlərin, qərbdən gələn qınaqların miqyası gün-gündən böyüməkdədir. Torpağımıza və namusumuza təcavüz etmiş erməni sərkisyanın ilk görüşdə sancmaq üçün səbri tükənməkdədir. Ən böyük təhlükə isə daxildə yaranmış olan süstlük və inamsızlıqdır. Yeşikləri doldurun əmrini verənlər və daha sonra kənardan yüksək texniki ustalıqla video-çəkiliş aparıb ATƏT nümayəndələrinə əlaltdan ötürənlər indiki vəziyyətdən nə qədər məmnun görünürlərsə, dəyişikliyə böyük ümid bəsləyənlər və hətta məcburiyyət qarşısında yeşikləri dolduranlar belə olduqca məyus durumdadırlar. Çünki, son nəticədə ölkəmizin etibarının və gələcəyə inamının təcavüzə məruz qaldığının fərqindədirlər. Odur ki, umu-küsünü bir yana qoyub əl-ələ verin. Yalnız bir olacağınız təqdirdə dövlətimiz legitim yönətimə malik olacaqdır. Özü də sərkisyanın 58%-lik saxta legitimliyindən fərqli olaraq 100%-li bir legitimlik əldə edəcəksiniz. Mən İrəvanda təhsil alanda erməni mənə deyərdi ki, kaş türkün sonrakı ağlı məndə olaydı. Gəlin bu ağlımızı vaxt itirmədən, bütün körpüləri yandırmadan, sonraya saxlamadan bu gün kullanaq. Gəlin hamını öz siyasi mədəniyyətimizlə şoka salaq. Kimsəyə bizi dili qısa edib öz şərtini diqtə etmək şansı verməyək. Bunun düsturu da çox asandır. Oturun və çıxış yollarını danışıb çözün. Hakimiyyəti simasız quldurlardan təmizləyin, parlamenti buraxın və orada xalqın təmsilçilik hüququnu bərpa edin. Daha sonra ləyaqətli, əqidəli, savadlı və dövlətə sədaqətli insanlardan ibarət bir hökumət formalaşdırın. Bizləri arxanızda bir güc olaraq istifadə edin ki, Sizi təkləyə bilməsinlər. Siz ikiniz Azadlıq meydanının tribunasında yanaşı dayansanız, önünüzdə sevinc gözyaşları içərisində olan xalqı görəcəksiniz. Bax o zaman görəcəyiniz və bütün dünyaya göstərəcəyiniz güc, hərbi paradlarda nümayiş etdirilən S-300-lərdən daha effektiv və düşmənlərimizi lərzəyə salan bir güc olacaqdır. Artıq bu addımı atmağın və birləşməyin zamanı çatıb. Öncədən sağ olun!
Posted on: Mon, 21 Oct 2013 20:00:02 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015