Ləzgi məscidindəki cümə xütbəsi Beynəlxalq Mədinə İslam - TopicsExpress



          

Ləzgi məscidindəki cümə xütbəsi Beynəlxalq Mədinə İslam Universitetinin Məzunu Osman Sələfi (həfizəhullah)-İXLAS nemətdir! Xütbəni toplayan:Şadman Abdullah Sələfi. XUTBƏTUL-HACƏ Həmd ancaq Allahadır, Ona həmd edir, Ondan yardım və məğfirət diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq. Allah kimi hidayətə yönəltmişsə, onu heç kəs azdıra bilməz, kimi də azdırmışsa, heç kəs onu hidayətə yönəldə bilməz. Mən şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur. O, təkdir, şəriki də yoxdur və şəhadət edirəm ki, Muhəmməd onun qulu və elçisidir. «Ey iman gətirənlər! Allahdan lazımınca qorxun. Yalnız müsəlman olduğunuz halda ölün». (Ali-İmran 102). «Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun. (Adı ilə) Bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən qorxun. Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir». (ən-Nisa 1). «Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz) Allah əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar». (əl-Əhzab 70-71) . Şübhəsiz ki, sözlərin ən doğrusu Allahın kəlamı, yolların ən xeyirlisi Muhəmməd - sallallahu aleyhi və səlləm - in yoludur. Əməllərin ən pisi sonradan uydurulanlardır. Sonradan uydurulub dinə salınan hər bir əməl (iş) bir bidətdir, hər bir bidət isə zəlalətdir (sapıqlıqdır), hər bir zəlalət isə oddadır . Möhtərəm Müsəlmanlar Allah (sübhənahu təala) öz qullarina neçə neçə nemətlər vermişdir.Allah (sübhənahu təala) bəzilərini bəzilərində üstün tutmuşdur.Allah (sübhənahu təala) bəzi şeyləri digərlərindən seçmiş və ayırmışdır.Allah (sübhənahu təala) nın bizim üzərimizdə olan ən böyük neməti islam nemətidir.Allah (sübhənahu təala) nın bu nemətinə ilk öncə baxmalisan,Allah (sübhənahu təala) səni hardan gətirib,səni neçə miliyon insan içərisindən necə səni seçib,bilməlisənki Allah (sübhənahu təala) səni necə yaradıb,sənə məxluq yəni varlığ sifəti verid cansız əşya olmadın, daş olmadin,dəmir olmadin,digər əşyalar kimi olmadın Allaha (sübhənahu təala) sənən varliğ verdi,Allah (sübhənahu təala) özünə ibadətə dəvət edəndə ilk oncə,bu nemətini xatirladır insanlara onları yaratmasını.Allah (sübhənahu təala) buyurur ki: “Ey insanlar sizi və sizdən öncəkiləri yaradan rəbbinizə ibadət edin.!” Allah (sübhənahu təala) səni yaratdı,sənə varlığ verdi ondan sonra,ikinci nemət,ikinci üstünlük varlığ nemətindən sonra Allah (sübhənahu təala) səni minllərlə miliyonlarla insanların içərisindən çıxardaraq müsəlman elədi,Müsəlman oldun.Sonra Allah (sübhənahu təala) səni yenə ucaltdı,yenədə üstün tutdu,islamın içərisindən sənə səhih əqidəni sələf olmağı verdi,sələfi salehə tabe olmağı sənə verdi nəsib elədi.Ondan sonra Allah (sübhənahu təala) bir daha səni ucaltdı,bir daha səni üstün elədi,sənə elm verdi. Əbu Dərda (radiyAllahu anhu) deyirki: “Kim bacarırısa elm alsın,çalışın hər biriniz elm alın,əgər elm almağı bacarmırsa həmin insanlar çalışsınlar elm alanlarla bərabər olsunlar,sonra Əbu Dərda (radiyAllahu anhu) buyuru ki,əgər elm alanlarlada birgə ola bilmirsizsə,elm almağ istəyənlərə əziyyət verməkdən çəkinin…” Üçündən biri olmalıdır ya elm sahibi olmalısan,ya elm sahibləri ilə bərabər olmalısan,yada onlara əziyyət etməkdən,dilinlə,gözünlə,sözünlə onların qeybəti ilə,uzağ olmalısan,bundan çəkinməlisən.Bu nemətlər Allah (sübhənahu təala) nın nemətlərini baxmaq, fikirləşmək ,düşünmək,neçələrinin içərisindən Allah (sübhənahu təala) bu neməti sənə verdi,üstünlüyü sənə verdi.Bu nemətlərdən biridə insanın ixlaslı olmasıdır.Allah (sübhənahu təala) nın şəriyyətini layiqincə yaşamasıdır,qəlbinin islahıdır. Muhəmməd (sallallahu aleyhi və səlləm) əli ilə sinəsinə üç dəfə işarə edərək deyir ki,Təqva buradadır,təqva buradadır ,təqva buradadır. Və digər hədisindədə: İzah edir insanlara,səhabələrə,müsəlmanlara,ondan sonra gələnlərə, ümmətin kişilərinə və qadınlarına deyir ki: “İnsanın bədənində bir ət parçası var,əgər o sağlam olacağsa,bütün bədən üzvləri sağlam olacağ,əgər o xəstə olacağsa,bütün bədən üzüvləri xəstə olacağ və oda qəlbdir” Əgər insanın qəlbi sağlam olacağsa,imanan dolacağsa,Allaha sevgiynən dolacağsa,Muhəmməd (sallAllahu aleyhi və səlləm) ə itaətlə dolacağsa, sünnətnən dolacağsa ,əllər pis işlər görməyəcək,gözlər xəyanət eləmiyəcək, sinələr Allahin istədiyindən başqasını özündə saxlamıyacaq , çünki Allah (sübhənahu təala) bunları biləndir.Sən biləndən sonra, Qurani kərimi oxuyandan sonra sənə bəlli olandan sonra,göz xayinlik eləmiyəcək,çünki biləsənki,Allah (sübhənahu təala) xayin gözləridə bilir,və sinələrinin gizlətdiyinidə bilir Allah bilir ,xayin baxışlarıda bilir,sinlərədə nələr gizlənin onlarıda Allah bilirşona görə ixlaslı olacagsan,çünki qiyamət günü elələri gələcə ki,dağlar boyda əməllərlə gələcəklər lakin Allah (sübhənahu təala) onların əməllərinə baxandan sonra,onları puç edəcək,Allah (sübhənahu təala) öz şərəfli ktabında, buyurur ki: “Onların əməlləri gətirildikdən sonra,onların əməlinə baxılır… Allah (sübhənahu təala) sonra : “Göydə uçuşan toz dənəcikləri kimi,Allah (sübhənahu təala) onları yox edir.” Çünki ixlas yoxuydu,çünki yardılış səbəbini nə üçün olduğunu həqiqətəndə başa düşməmişdi,islamda olsa belə,çünki dediki islamda nemətlər fərqlənir,Allah (sübhənahu təala) bizləri kiməsə göstərək deyə əməl etməmiz üçün yaratmadı,Allah (sübhənahu təala) bizi çoxlu əməl edək deyə əmr etmədi,Allah (sübhənahu təala) bizlərə gözəl əməl edək edək deyə buyurdu ölüm və həyatı onun üçün yaratdı.Allah (sübhənahu təala) iman gətirmiyənlərin,dində olmuyanların ,şəriyyəti bilmiyənlərin,qarşısında onların öz qarşısında verəcəyləri dünya boyda sualları var,suallara cavab tapa bilmirlər.Allah (sübhənahu təala) onu nə üçün yaratdı,hardan gəlin hara gedəcəyinin bilmir,nə üçün gəlib nə üçün gedir,nə üçün yaşıyır bilmir.Lakin Allah (sübhənahu təala) səni ucaltdı, sənə bəyan elədi,artığ kimdənsə soruşmağa ehtiyac qalmadı, çünki əz-zariyat sürəsi 56 ci ayəsin sən oxudun,bildin,başa düşdün,təfsirlərdən izahların veridi.Allah (sübhənahu təala) buyurdu ki: “Mən cinləri və insanları yalnız mənə ibadət etsinlər diyə yartdım.” Yəni öz ibadətlərində yalnı məni təkləşdirsinlər,elədikləri hər bir şeyi yalnız mənimçün etsinlər deyə yartdım,əçəlin gözəlidə bu olacağdır. Allah (sübhənahu təala) buyuru ki: “Hansı ki,ölümüdə yaratdı,ölümü yaradanda odur,həyatı yaradada odur.” Hansı ki,daha gözəl əməl edəcək,Allah (sübhənahu təala) hansınız daha çox əməl edəcək buyurmadı ayədə,hansınız gözəl əməl edəcək,gözəl əməl ixlaslı olan və sünnətə uyğun olan,Muhəmməd (sallAllahu aleyhi və səlləm) ə tabeçilikdə edilən əməldir,Sünnətə müvafiq olunan əməldir.Yoxsa başqa əməl qəbul olunmayacağ! Və Allah (sübhənahu təala) sənə islam nemətini verdikdən sonra,özündə olanlara fəxr eləmiyəcəysən,səndə olanlara baxılmıyacağ,səndə olanıda sənə Allah (sübhənahu təala) verib,sənin özünü sənə Allah (sübhənahu təala) verib,sən Allahinsan,onunçün Əbu Hureyra (radiyAllahu anhu) deyir ki: “Allah (sübhənahu təala) Muhəmməd (sallAllahu aleyhi və səlləmə) buyurur ki,Allah (sübhənahu təala) sizlərin cəsədlərinizə və sürətlərinizə baxmaz,kimin gözəl kimin çirki olduğuna baxmaz,kimin boyunun uca,kimin qısa olduğuna baxmaz,çünki onların hamısının verən Allahdır!” Hər birini Allah (sübhənahu təala) verdi sənə,lakin Allah (sübhənahu təala) qəlblərə baxar,və əməllərə baxar,qəlblərə baxacağ və əmələrə baxacağ.Onunçun dünya həyatı,insanı və müsəlmanı aldatmasın,yaşadığı bu dünyada,sanki burda əbədi qalacağmış kimi fikirləşməsin, düşünməsin,və bu sözləri deyəndə,kimsə demirki müsəlmanın evi olmasın,kimsə demirki miniyi olmasın,kimsə demirki bağı baxçası olmasın,lakin yeganə söyləniləcək söz odur ki,dünya məqsəd olmasın,çünki məqsəd axirətdir.Çünki qalıcı diyar,diyarların ən gözəli,məskənlərin ən üstünü,gediləcək və qazanılacağ,yerlər üçün çalışılacaq olan axirət diyarıdır,axirət yurdudur,cənnətdir.Allah (sübhənahu təala) nın razılığını qazanmağdır,cənnətdə uca Rəbbimizi görmək üçün yarışmaqdır,Dünyada elə ol ki,qəribsən yaxudda yolcusan keçib gedəcəksən,dünya sənin üçün vasitə olacağ,vasitəni məqsədə çevirmiyəsən,yoxsa insan həlak olacağ.Allah (sübhənahu təala) dünyanı məqsəd seçənlər,axirətlərini satanlar,barəsində buyurur ki: “Kim ki,dünya həyatını istəyəcəksə,dünya həyatının bər bəziyini istəyəcəksə,onların əməlləri müqabilində dünyadan istədiklərinin-dən azalmadan onlara verərik…” Dünyanı istiyir,və Allah (sübhənahu təala) hər kəsə istədiyini verəcək,hər kəsə istədiyi veriləcək,həqiqətən sən Allah (sübhənahu təala) nı istəyirsənsə,axirəti istəyirsənsə,Allah (sübhənahu təala) vallahi ki,onu sənə verəcək.Yetər ki,sən sadiqlərdən ol,yetərki sadiq ol,doğru ol,Allah (sübhənahu təala) səni təsdiqliyəcək.Sən imaninda sadiq olmayınca,dini, ibadəti və yaxutda hər hansı işləri,dünya məqsədi üçün istifadə edəcəysənsə Allah (sübhənahu təala) müvəffəq etməyəcək.Sən sadiq olmayacağsan! Allah (sübhənahu təala) buyuru ki: “O kəslər ki,nə Allahı istədilər,nə şəriyyəti istədilər,nə rəsulunu istədilər,nə dinin istədilər yalnız dünya üçün çalışdılar,dünyanı istədilər,dünyanı abadlaşdırıb,axirəti xarab eldilər zay elədilər…” Allah (sübhənahu təala) onlar haqqında buyuru ki: “O kəslərə axirətdə cəhhənəm odundan başqa bir şey yoxdur,çünki gediləcək yerlərin ən pisini seçdilər.” Çünki,üstünü qoyub alçağı seçdilər,Allah (sübhənahu təala) nın qarşısında diz çökmədilər,Allah (sübhənahu təala) nın qaşısında belini bükmədi,Allahın ona verdiyi ən şərəfli,üzünü və başını Allah üçün alçaltmadı,vallahi fikirləş və bil yəqininən bu dünyada özünçün saydığın ən şərəfli yer başını Allah üçün alçaldasan ki,alçalma günündə qiyamət günündə,rəzil olma günündə,Allah səni ucaltsın,çünki o gündə insanlar səcdəyə çağırılacağ,bu dünyada Allah sənə səcdə etməyi əmr elədi,namazlar ibadətlər,səcdələr,tövhidi əmr elədi,şirk qoşmamağı əmr elədi,və Allah (sübhənahu təala) ordada səndə səcdəni istəyəcək,o gün səcdəyə çağırılacağlar,insanlara aləmlərin rəbbi gəlir səcdə edin deyiləcək lakin bacarmiyacağlar,çünki səcdə edənlərlə olmadılar. Məskən olarağ məscidləri seçmədilər,yer olarağ məscidlərə getmədilər,pis yerlər seçdikləri kimi,cəza əməlin növündən olacağ,nəyi seçmişdilərsə necə seçmişdilərsə,eləcədə olacağ.! Allah (sübhənahu təala) qurani kəriminə sözlərin ən üstününə,tabe olmağı biz müsəlmanlar olarağ bizə əmr edib.Allah (sübhənahu təala) qurani kərimə layiqincə tabe olmağı əmr edir.Sünnətə müvafiq layiqincə tabe olmağ əmr edir.Allah (sübhənahu təala) buyuru ki: “O kəslərin hidayətdə olduğunu və o kəslərin ağıl sahibi olduğunu bizə bəyan edib çatdiri deyir ki,o kəslər sözün ən gözəlinə qulağ asıb,ona tabe olurlar,o kəslər ki,sözün gözəlinə qulağ asar,və ona tabe olarlar.” Və alimlər deyirlərki,bu zaman bu ayədən sonra bütün QURANAN və SÜNNƏTƏ tabe olmağ lazımdır.Çünki qurani kərim gözəldir,sözün ən gözəli qurani kərimdir,sözlərin ən gözəli Muhəmməd (sallAllahu aleyhi və səlləmin) sözləridir.Kitaba və sünnətə tabe olmağ.Allah (sübhənahu təala) deyirki: “O kəslər ki,sözlərin gözəlinə qulaq asıb,ona tabe olarlar,Allahin hidayət verdiyi şəxslər onlardır.” “Və ağıl sahibləri məhz onlardır.” Çünki dünyadaikən onlar fərqi gördülər,Allah (sübhənahu təala) hər bir kimsəyə seçim verir,hər bir kəs dünya həyatının şərtlərində eyni olur,Allah (sübhənahu təala) sənədə mal verib kafirlərədə verib,sənədə veib onlarada verib,bəlkə onlara daha çoxu verilib,onların malları və övladları səni təccübbləndirməsin,çünki Allah (sübhənahu təala) onlarla ona onları alçaltmağ istəyib,rəzil eləməy istəyib,çünki fərqi bilmədilər,Qurani kərimdə Allah (sübhənahu təala) bizə müraciyyətlə edib fərqi görmək üçün suallar verib.Və hər bir sualin,cavabı verilməlidir,Allah (sübhənahu təala) neçə neçə yerlərdə sual verir: “Görənlə görməyən bir olarmı?” “İtiylə soyuq bir olarmı?” “Yaradanla yaratmıyan bir olarmı?” “Ölüylə diri bir olarmı?” Vallahi ağıl sahibləri cavab verər,Vallahi ey Uca Rəbbimiz bunların heç biri eyni ola bilməz,çünki fərqi olmalıdır,Allah (sübhənahu təala) buyuru: “Korla görən bir olmaz!” Kim nə diyir desin Allah (sübhənahu təala) özü cava verib bu suallara. “Zülmətlərlə də nur bir ola bilməz!” “Dirilərlə ölülər də bir ola bilməz!” Və Allah (sübhənahu təala) bir daha soruşur: “Yaradanla yaratmayan bir ola bilərmi?” Qarşısında diz çökdüyün malla cənnət bir olarmı!? İbadət elədiyin şeytanla ALLAH bir olarmı!? Qəlbdə biri olmalıdır! Ya Rəhman olacağ ya şeytan! Bunlar bir olarmı!? Vallahi ki, ola bilməz.Bunu biləcəksən dərk edəcəksən,və bununçunda yaşıyacaqsan və bununçunda öləcəksən.Çünki yaradan səndən bunları istiyir,xaliqin səndən bunları istiyir,səni var elədi,sənə əmrlər verdi və sənə qadağalar qoydu,təslim olmağa məcbursan! Təslim olmalisan! Diz çökməlisən Allah (sübhənahu təala) qarşısında bükməlisən belini,və dizlərini,qırmalısan o qıçları çökmlisən Allah (sübhənahu təala) qarşısında,etiraf eləməlisən Ya Rəbbi yaradan sənsən,böyük sənsən,padşah sənsən,şahənşah sənsən,qiyamət gününün və dünyanın sahibi sənsən,yeganə ağa malik sənsənsən Ya Rəbbi bunu deyəcəksən! Çünki Allah (sübhənahu təala) öz nemətləri haqqında kimsə Allahın nemətlərini sayıb bitirə bilməz!Allah (sübhənahu təala) buyuru: “Allahın nemətlərinin saymağa qalxışsanız sayıb bitirə bilməyəcəksiz!” Vallahi sayıb bitirə bilməzsən,öz bədənindən saysan belə,özündən saysan belə,vallahi Allahin nemətini saya bilməzsən.Dünyada insanlar iki firqəyə ayrıldığı kimi,möminlə,müsəlmanlar və kafirləri ayırdığı kimi qiyamət günüdə iki yoldan başqası olmayacağ,iki gediş yerindən başqası olmayacağ,bir dəstə cənnətə,bir dəstə cəhənnəmə gedəcək.Cənnətliklər və Cəhənnəmliklər iki dəstəyə ayrılacağ iki dəstənin hər ikisinə qurani kərimdə uca Rəbbimiz bizə bəyan edərək xəbər veriri ki,iki dəstənin ikisinədə eyni suallar verilmişdir,eyni Rəsullar göndərilmişdir,eyni xəbərlər gəlmişdi,Allah (sübhənahu təala) buyuru ki: “Onlara deyildikdə ki,sizin rəbbiniz nə endirib?.. Rəbbiniz Rəsuluyla,Elçisiylə,Muhəmməd (sallAllahu aleyhi və səlləmlə) nələr göndərib!? Onlar deyəcəklər: “Əvvəlkilərin gətirdikləri yazdığları nağıl endirib…” Deyəcəklər.Uca Rəbbimizin ayələri haqqında nağıl deyəcəklər.!Fərqə burdan bax ikinci dəstəyə gələndə fərqə bax deyiləndəki Allah nə endirdi? Deyəcəklər nağıldır nağıl endirdi! Allah (sübhənahu təala) onlar özləriylədə bitməyəcək və digərlərini azdıracaqlar,nadancasına, elmsizcəsinə,Allah (sübhənahu təala) buyurur ki: “Qiyamət günü kamil olarağ,tam olarağ,öz günahlarını daşıyacağlar,və nadanlıqları üzündən elmisizlikləri üzündən, azdırdıqlarının da günahlarından daşıyacaqlar…” Allah (sübhənahu təala) buyuru ki: “Daşınılacaq şeylərin necədə pisidir günahlar,nə pis şey daşıyacaqlar onlar…” Çünki dünyada qəlblərində imanı daşımadılar,əzalarında ibadətləri daşımadılar,dillərində təsdiqi daşımadılar,onunçun dünyada nəyi daşıyiblarsa Allah (sübhənahu təala) da orda axirətdə,qiyamət günü onlara eynisini yükləyəcək zərrə qədər zülm olunmayacağ.Çünki Rəbbimiz adillərin adilidir,hakimlərin hakimidir,ən ədalətli hökmü rəbbim verəcək Allah (sübhənahu təala) verəcək.Kiməsə o gün zülm olunmayacağ,hamı əmin olsun,vallahi zərrə qədər,əgər zərrədə kiçik bir şey olsa o qədərdə vallahi zülm olunmayacağ.Allah yanlnda kiməsə zülm olunmayacağ.Çünki,Uca Rəbbimiz deyirki: “Mən zülmü öz nəfsimə haram etdim və sizində bir-birinizə zülm etmənizi haram edirəm!” O Rəbbimizin bu sözlərini bildikdən sonra vallahi əmin ol hər kəsə layiq oldugu veriləcək qiyamət günü.Və Allah (sübhənahu təala) buyuru ki: “Sonra qiyamət günü Allah təala onları rüsvay edəcək və onlara deyəcək Hanı mənə qoşduğunuz o şəriklər hansı ki dünyada olarkən onlar barəsində mübahisə edirdiniz. Allaha ibadət edərkən qəbrləri çağırırdın,mübahisə edirdin,dəlillər gətirirdin,sübut eləmək istiyirdin,ki,Allaha yox şəriklərə də ibadət etmək lazımdır.Və Allah (sübhənahu təala) o gün soruşacağ, Məlik soruşacağ,hardadır o şəriklər !? kimsə cavab verə bilməyəcək.Çünki o günün tək ağası,tək sahibi,Allah (sübhənahu təala) olacağ.Allah (sübhənahu təala) yerləri sirkələyəcək,və soruşacağ hanı təkəbürlülər!? Və soruşacağ hanı Mülkün sahibi!? Və bu gün mülk kimindir!? “Bu gün mülk ,ağalıq, başçılıq,kimindir!?” Kimsə cavab verə bilməyəcək! Və Allah (sübhənahu təala) deyəcək Mülk,ağalıq,sahiblik,hər şeyə gücü yetən uca Rəbbimindir Allahindir mülk.O gün mülk Allahindir! “Elm verilmiş şəxslər deyəcəklər,bu gün rüsvayçılıq,və əzab kafirlərə olacağ.” Sonra isə onlara “Cəhənnəmin qapılarından əbədi olaraq ora daxil olun!” Təkəbbülülərin gedəcəyi yer necədə pisdir,dünyada pis məskən seçdikləri kimi eynisi ilə Allah (sübhənahu təala) onları cəzalandıracağ!Barlara digər yerlərə Allahın qadağan elədiyi yerlərə,səcdə edənlərlə olmadı,məscidlərdə olmadı,ibadətlərdə olmadı,pis məskənlər seçdi,və yerləridə pis məskənlər olacağ qiyamət günü! Allah (sübhənahu təala) bizi eyni şəkildə,möminlərə verilən suallara,xəbardarlıq edib,birinci dəstəyə verilmiş sual,və birinci dəstənin verdiyi cavab,haqqında xəbər verdi,və Allah (sübhənahu təala) ikinci dəstəyə veriləcək sual və onların verəcəyi cavab haqqında bizə bəyan edib,Allah (sübhənahu təala) bizə buyurur ki: “Təqva sahiblərinə,mütəqqilərə deyiləcək Sizin rəbbiniz sizə nə endirib? Eyni sual iman gətirmiyənlərədə verilmişdir? Onlar nağıl endirib dedilər.!Lakin təqva sahibləri möminlər elmdən xəbəri olanlar,Allahi taniyanlar,Muhəmməd (sallAllahu aleyhi və səlləmə) tabe olanlar deyəcəklər ki, Rəbbimiz xeyir endirib bizim üçün Rəbbimizin bizim üçün endirdiyi xeyirdir! Rəbbimiz xeyir endirib! “ Allah (sübhənahu təala) deyir ki: “Dünyada,dünya həyatında yaxşı işlər edənlərə əcirlər vardır,və axirət həyatıda çox xeyirlidir,və mütəqqilərin geəcəyi yerdə necə gözəldir.” Allah (sübhənahu təala) bizi onun dininə layiq olanlardan,ona itaət edənlərdən etsin əmin! Alllah (sübhənahu təala) bizi Muhəmməd (sallAllahu aleyhi və səlləmi) sevən və ona itaət edən və onun əmrlərini yernə yetirən,qullarından etsin əmin! Bizim qəlbimizi,bədənimizi,dinində sabit eləsin əmin! Qəlbizi çevirməsin əmin! Qardaşları qorusun,Müsəlmanlarda çətinliyi olanardan köməyində olsun əmin! Müsəlmanların xəstələrinə şəfa versin əmin!Borcu olanların borcunu qaytamağı kömək olsun əmin! Və sallAllahu alə nəbiyyinə Muhəmmədin və alə əlihi və əshabihi əcməin!
Posted on: Fri, 19 Jul 2013 14:24:32 +0000

Trending Topics



Recently Viewed Topics



Da

© 2015