Madrid Atletikosu erməniləri havalandırdı İspaniyanın - TopicsExpress



          

Madrid Atletikosu erməniləri havalandırdı İspaniyanın Atletiko klubunun matçları Ermənistanda yayımlanmayacaq. Anspress-in məlumatına görə, Ermənistan tərəfi Atletikonun Xocalı soyqırımı ərəfəsində oyunlara qara sarğı ilə çıxması qərarından sonra bu addımı atıb. Ermənistanda Atletiko komandasının yayım hüququna malik olan ATV kanalı rəhbərliyi klubun matçlarını yayımlamamağa qərar verib. Qeyd edək ki, Ermənistan ATV kanalı sabah baş tutacaq Osasuna-Atletiko matçını canlı yayımlamağı planlaşdırsa da, fikrindən daşınıb. Xatırladaq ki, Atletiko klubu futbolçuları Xocalı soyqırımının ildönümü ərəfəsində keçirəcəkləri matçlara qollarında qara sarğı ilə çıxmağa qərar veriblər. Başda Arda Turan olmaqla Xocalı soyqırımını pisləyən bir neçə futbolçunun videoçarxı isə klubun rəsmi saytına yerləşdiriləcək.
Posted on: Sun, 23 Feb 2014 11:20:34 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015