Martın 11-i İsveçrənin paytaxtı Bern şəhərində - TopicsExpress



          

Martın 11-i İsveçrənin paytaxtı Bern şəhərində Birləşmiş Millətlər İnkişaf Proqramı tərəfindən təşkil olunan Yoxsulluqla mübarizə matçı keçiriləcək. Qarşılaşma İsveçin Yanq Boyz klubunun keçmiş və indiki futbolçularından ibarət komanda ilə Ronaldo və Zidan komandası arasında baş tutacaq. İkincilərin heyətində Ronald de Boer (Hollandiya), Steve McManaman ve Jamie Carragher (İngiltərə), Robert Pires, Claude Makelele, Christian Karembeu ve Patrick Vieira (Fransa), Jens Lehmann (Almaniya), Gaizka Mendieta, Fernando Hierro ve Michel Salgado (İspaniya), Paulo Ferreira, Fernando Couto, Luis Figo, Paulo Sousa ve Deco (Portuqaliya), Marta, Giovane Elber, Juliano Belletti ve Roberto Carlos (Braziliya), Pavel Nedved (Çexiya), Gianluca Zambrotta, Gennaro Gattuso, Christian Vieri ve Fabio Cannavaro (İtaliya), Hakan Şükür (Türkiyə) Hidetoshi Nakata (Yaponiya) ve Freddie Ljungberg (İsveç) kimi futbolçular yer alıb. Nominal meydan sahiblərinin baş məşqçisi İsveçrə millisinin sabiq baş məqşçisi Stephane Chapuisat, qonaqların baş məşqçisi isə Hakan Yakın olacaq. Keçmiş italiyalı FİFA referisi Pierluigi Collina-nın idarə edəcəyi matç İsveçrənin National Stadium stadionunda baş tutacaq. Bilet satışından əldə olunacaq gəlir Flippində baş verən Haiyan Tayfundan zərər çəkmiş insanlara kömək məqsədi ilə istifadə ediləcək.
Posted on: Tue, 18 Feb 2014 23:21:46 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015